Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kremlin “qalaqurma siyaseti” – Azerbaycan üçün de böyük sınaq

03 Ekim 2016
6:40 am


03/10/2016 [10:36]: xeber –
ABŞ dövlət katibi Con Kerrinin ötən həftəsonu Suriya mövzusunda verdiyi açıqlamalar sensasion sayıla bilər. Amerika xarici siyasət idarəsinin başçısı ilk dəfə olaraq Rusiya ilə dərin ziddiyyətlərin olduğunu açıq etiraf elədi, Kremli diplomatik kələkbazlıqda suçladı, daha önəmlisi, iki ölkə münasibətlərinin yeni və daha kəskin mərhələyə girmək üzrə olduğunun, faktiki anonsunu verdi.Həm Kerrinin, həm də ardınca Dövlət Departamentinin sözçüsü Con Kibrinin dövlət katibinin fikirlərinə verdiyi sərt tonda şərh göstərir ki, Ağ Ev Kremllə üstəlik, ultimativ dildə danışmağa başlayıb. Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları daha da sərtləşdirməyə hazırlaşması bunun başqa bariz sübutu hesab edilə bilər.Müşahidəçilərə görə, baş verənlər Rusiya ilə ABŞ arasında münasibətlərin pozulmağa doğru getdiyinin təzahürüdür. Bu isə iki supergüc arasında gərginliyin tezliklə başqa konfliktli bölgələrə də sirayət edə biləcəyi deməkdir. Söhbət həmçinin, ABŞ və Rusiya maraqlarının potensial toqquşma nöqtələrindən sayılan Cənubi Qafqazdan gedir. Məsələ ilı bağlı sahə ekspertlərinin maraqlı şərhləri və ilginc proqnozları var.***Politoloq Qabil Hüseynli yerli mediaya müsahibəsində (Olke.az) bu və digər nüanslara toxunaraq deyir ki, Rusiyanın get-gedə güclənməsi, milli gəlirin çox hissəsini hərbi xərclərə ayırması və bu zəmində ABŞ və Avropanın maraqları olan bölgələri təhdid etməsi ABŞ-da həyəcan doğurmaqdadır: “Rusiya Gürcüstana hücum edib və onun iki böyük əyalətini zəbt edib, Avropa Birliyinin maraq dairəsində olan Ukraynanı məhv edib. Rusiya Ukraynanın iki böyük əyalətini işğal edərək qondarma respublikalar yaradıb və Ukrayna üçün çox böyük əhəmiyyətə malik Krımı da öz tərkibinə qatıb. Rusiya tam imperialist, işğalçılıq siyasəti həyata keçirir”.Onun sözlərinə görə, 21-ci əsrdə yeni, demokratik və insan haqlarına, sosial ədalətə söykənən bir düzən quracağını düşünən ABŞ Rusiya tərəfindən qəfildən yaxalanıb: “Rusiya isə dünyaya yeni bir siyasət, işğalçılıq, kiçik dövlətlərə qarşı şantaj, ABŞ və Avropaya əzələ nümayiş etdirmək, Avropa İttifaqını parçalamaq, hətta Avropa İttifaqında bəzi dövlətləri işğalla hədələmək siyasəti həyata keçirməyə başladı. Rusiyanın bu siyasəti son olaraq Suriyada özünü göstərdi. Suriyadakı hadisələr nisbətən nizamlanmağa başladığı vaxt Rusiya orada peyda oldu və günahsız, əslən Azərbaycandan olan türkmənləri qırmağa başladı. Bununla da Suriyada vəziyyət daha da gərginləşdi. Rusiya Suriyaya böyük qüvvələr yerləşdirdi. Bu zəmində Rusiyanın Türkiyə ilə münasibətləri pisləşdi və Türkiyəni təhdid etməyə başlayan Rusiya PKK-nın dili ilə Türkiyəni böləcəyini bildirdi. Suriyaya Rusiyanın müdaxiləsi Suriyadakı hadisələri qızışdırdı və bu gün də qızışdırmaqda davam edir”.Politoloqa görə, Rusiyanın iddiasının əsasında duran odur ki, ABŞ-ın hegemonluq etdiyi dünya düzəni dəyişməli, ikiqütblülük yaranmalı və Rusiya da fövqəldövlət olmalıdır. “Rusiya fövqəldövlət olmağa, ABŞ-la bərabər dünyanın taleyini həll etməyə, kiçik xalqlara hökm etməyə meyllidir. Bunu həyata keçirmək üçün hərbi avantüralardan geniş istifadə edir. ABŞ isə səbrlə Rusiyanın hərəkətlərini izləyirdi. Ancaq son dövrlərdə Rusiya ilə bağlı xüsusi bir strategiya həyata keçirməyə başlayıb. Bu strategiya Rusiyanı parçalamağa və kiçiltməyə yönəlib. Strategiyada Azərbaycanın da maraqları var. Bu strategiya Rusiyanın gücsüzləşdirilməsi və bizim regiondan vurulub çıxarılması ilə nəticələnəcək. O zaman Azərbaycanı öz bölgəsində hegemon dövlətə çevirəcək və öz problemini özü həll edəcək” – politoloq proqnoz edib.Ekspert Rusiya-ABŞ münasibətlərinin çox gərgin həddə çatdığına xüsusi diqqət yönəldir: “Bu hədd artıq o dərəcədədir ki, Suriyada bu iki dövlət toqquşa bilər. Bu isə bütün dünyaya sirayət edəcək. Kreml və Ağ Evin ortaq məxrəcə gəlmə imkanları mümkünsüzdür. İki dövlət arasında soyuq müharibə dövrünə xas münasibətlərin bərqərar olması isə gələcəkdə bu münasibətləri iri miqyaslı qarşıdurmaya çevirə bilər”.***Baş verənlər və gözləntilər sözsüz ki, Azərbaycan üçün də mühüm önəm daşıyır. Özü də elə bir məqamda ki, Bakı ilə Qərb, o cümlədən Avropa Birliyi (AB) arasında əlaqələr təzədən istiləşməyə üz tutub. Azərbaycan Milli Məclisinin son iclasında Avropa Parlamenti ilə əlaqələrin bərpasına dair qəbul etdiyi qərar bunun mühüm təzahürüdür.Bakının Qərblə isti münasibətləri isə Moskvanı həmişə, yumşaq desək, qıcıqlandırıb. Zamanında Azərbaycanın AB ilə assosiativ üzvlüklə bağlı danışıqlarına Rusiya XİN-in yüksək çinli rəsmisinin sərt reaksiyasını bu yerdə yada salmağa dəyər. Az sonra Moskva onun razılığı olmadan Xəzərdə transmilli qaz kəmərlərinin çəkilməsinin mümkün olmayacağı barədə hədə dolu, təxribatçı bəyanat səsləndirmişdi.Məsələ də ondadır ki, Kremlin Azərbaycana əsas iki ciddi təsir rıçaqı var – Dağlıq Qarabağ konflikti (Ermənistan) və Xəzər hövzəsi vasitəsilə. Hər ikisinin qayəsində hərbi təhdidlər amili dayanır. Təsadüfi deyil ki, Bakıdakı son Beynəlxalq Müdafiə sərgisi ərəfəsində Rusiya Bakıya hərbi gəmi göndərmişdi. Bu, dostluq mesajından daha çox, Azərbaycanı diqqətli olmağa çağıran növbəti xəbərdarlıq idi…***Öz növbəsində təhlükəsizlik eksperti Sülhəddin Əkbər deyib ki, 2017-ci il postsovet məkanı üçün, Azərbaycan üçün sınaq ili olacaq: “Postsovet məkanı uğrunda Amerika, NATO və Avropa Birliyi bir tərəfdə dayanıb, Rusiya isə digər tərəfdə. Qarşıdakı dövrdə bu qarşıdurmanın daha da dərinləşəcəyi gözlənilir. Ukraynada müharibə gedir, Azərbaycan-Ermənistan müharibə vəziyyətindədir. Mərkəzi Asiyada gedən prosesləri də hər kəs görür. Rusiya və Amerika arasında gedən vəkalət müharibəsi onu göstərir ki, qarşıdakı müddətdə bizim regionda sabitliyin pozulması gözləniləndir”.S.Əkbərə görə, qarşıdakı zamanlarda postsovet məkanında vəziyyət aydın şəkildə ortaya çıxacaq: “Qara dəniz məsələsinə diqqət çəkmək istəyirəm. Postsovet məkanında birinci istiqamət Qara dəniz, ikinci istiqamət Cənubi Qafqaz və Xəzər, üçüncü isə Mərkəzi Asiyadır. Hər üç istiqamətdən Rusiyanı təhdid gözləyir. Bu baxımdan təhdidlərlə bağlı səslənən fikirlər əsaslıdır. Rusiya Türkiyə, İran və postsovet ölkələrini ətrafına yığaraq, ”qalaqurma siyasəti” aparır. Regionda strateji maraqların, xüsusən siyasi hakimiyyət maraqlarının üst-üstə düşməsindən Rusiya regional müdafiə xətti qurmaq üçün istifadə edir”.Beləliklə, Azərbaycanı daha bir sınaq gözləyir. Seçim imkanları isə geniş deyil. Əksinə. Onu da unutmaq olmaz ki, ABŞ-dakı prezident seçkilərdə qələbəsi daha çox ehtimal olunan Hillari Klinton Rusiyaya, Putinə münasibətdə sərt siyasət tərəfdarlarındandır. Demək, Kreml-Ağ Ev rəqabətinin daha da kəskinləşəcəyi ehtimalı bir az da artır.Kəsəsi, 2017-ci il həqiqi mənada geosiyasi seçimlər, “kartların açıldığı” il ola bilər – o cümlədən də ABŞ və Rusiya maraqlarının toqquşduğu 4 bölgədən biri kimi Güney Qafqazın ölkələri üçün, özəlliklə də Azərbaycan üçün.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler