Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Kremlin dostu olan ölkeler son yüz ilde yalnız problemler yaşayıb…”

04 Ağustos 2016

9:44 pm


05/08/2016 [01:38]: xeber –
Avqustun birinci on günlüyündə episentrində Azərbaycanın da bulunduğu bölgədə çox ciddi siyasi hadisələrin yaşanacağı gözlənilir. Avqustun 8-də Rusiya və İran prezidentlərinin eyni gündə Bakı təmasları olacaq və üç ölkə rəhbəri təbii ki, təkcə iqtisadi deyil, beynəlxalq və regional problemləri də müzakirə edəcək. Bundan bir gün sonra isə Türkiyə Prezidenti Ərdoğanla Rusiyalı həmkarının Sankt-Peterburqda tarixi görüşü gözlənilir. Belə bir həssas dönəmdə təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl durumu sayt-a şərh edib:Rusiya və dostları…                                                  2008-ci ilin Pekin Olimpiadasında Vladimir Putin (o vaxt baş nazir idi) Çini vaxtından xeyli əvvəl tərk etməyə məcbur olmuşdu, səbəb də Gürcüstan Abxaziya və Cənubi Osetiya cəbhəsində yaranmış kritik vəziyyət və Gürcüstan Ordusunun irəliləməsi idi. Yenə avqustdu, yenə Olimpiada günləridi və yenə də Putin Qafqaz və ona yaxın bölgə ölkələrinin rəhbərlərilə üç gün ( 8-9-10 avqustda) ərzində kritik görüşlər keçirmək ərəfəsindədir. İyul ayında hər üç ölkə – baş tutmayan çevriliş cəhdindən sarsıntılar keçirmiş Türkiyə, 15 gün İrəvanda polis binasını tutub hakimiyyətə meydan oxuyan “Sasna Tsrer” qrupunun yaratdığı siyasi çaxnaşmadan hələ ayılmayan Ermənistan, iqtisadi böhranın siyasi böhrana keçməməsi üçün ölkənin siyasi sistemində dəyişikliklər etməyə qərar vermiş Azərbaycan  Putinin patronajlığıyla problemlərini çözmək ümidindədirlər. Problemlərində fərqli və oxşar cəhətlər olan bu ölkələrin məhz Rusiyanı seçməsi yalnız Rusiyanın bölgədəki vacib rol oynamasıyla şərtlənmir, bu həm də hər üç ölkənin daxili siyasi sisteminin dəyişiklik ərəfəsində olması  və buna nail olandan sonra ( yəqin ki, nail olunacaq) Rusiyanın simasında mövcud rejimlərin ömrünü uzatmaq məqsədidir.Türkiyə hələ 15 iyul hadisələrindən əvvəl Rusiyadan vurulmuş təyyarəyə görə üzr istəyib, münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlar atmışdı və çevrilişə cəhd baş tutmayandan sonra Putinlə Ərdoğanın görüş tarixi müəyyənləşdi. Görüş ərəfəsində Türkiyə ABŞ başda olmaqla ənənəvi tərəfdaşlarını çevrilişə birbaşa və dolayısıyla dəstək verməkdə qınadı və ittiham dolu bəyanatlarını Qərbə ünvanlamaqda davam edir. Türkiyə xarici siyasət kursunda ciddi dəyişiklik etməkdədir və çox güman ki, Avropa ölkələrilə münasibətlərdə gərginliklər yaşanacaq. Belə bir zamanda Rusiyayla birgə xarici siyasət kursu müəyyənləşdirmək və bununla da Qərbdən üz döndərmək xətti aparmaq Türkiyənin indiki rəhbərliyinə hava və su kimi lazımdır. Bu siyasətin hətta qısa zaman kəsiyində belə  uğurlu olacağı böyük sual altında olsa da, Türkiyəyə böyük zərər vuracağı sözsüzdür. SSRİ dövründən bəri Rusiyanın dostu olan heç bir ölkə, Rusiyayla eyni siyasəti bölüşən heç bir dövlət uğur qazanmayıb. Son dövrün Suriyası buna əyani sübutdur. Türkiyə rəhbərliyi bilir ki, Avropadan fərqli olaraq Rusiya heç vaxt insan haqlarıyla bağlı heç bir dövlətə, o cümlədən son vaxtlar insan haqları məsələsində ciddi problemlər yaşayan Türkiyəyə irad bildirmir və bildirməyəcək. Türkiyə Konstitusiyasına dəyişiklik etməyə hazırlaşır – parlament idarəetmə sistemindən prezident üsul-idarəsinə keçməklə, Ərdoğan hakimiyyətin bir əldə cəmlənməsinə və beləliklə avtoritar idarəetmə rejimini daha da gücləndirməsinə çalışır. Dövlət çevrilişinə cəhddən sonra Ərdoğanın  xarici  ölkəyə ilk səfərini Rusiyaya etməsi də siyasi dairələrin diqqətindən yayınmayıb.Sankt-Peterburq görüşündə Rusiya – Türkiyə münasibətlərinin çox tərəfləri müzakirə olunacaq. Bizim üçün vacib olan təbii ki, Qarabağ problemidir. Qarabağ bu görüşün əsas müzakirə predmeti olmasa da, yəqin ki, toxunulacaq. Bunu deməyə həm də o əsas verir ki, Putin  bir gün əvvəl Bakıda İran prezidenti Ruhaniylə və Azərbaycanın prezidenti  İlham Əliyevlə, avqustun 10-da isə Ermənistan prezidenti S.Sarkisyanla görüşlər keçirəcək. Rəsmən elan olunmuş – iqtisadi-siyasi məsələrlə yanaşı Qarabağ məsələsinin müzakirə olunacağı da şübhə doğurmur.  Azərbaycan iyulda  Türkiyə və Ermənistan kimi siyasi kataklizmlər yaşamasa da idarəetmədə siyasi sistemi dəyişməyə – Konstitusiyada dəyişiklik etməyə qərar verib. Türkiyədə olduğu kimi Konstitusiyada dəyişiklik etməklə hakimiyyətin  bir əldə cəmlənməsinin ömrünü uzatmaq xətti götürməyə qərar verilib. Sentyabrda keçiriləcəyi nəzərdə tutulan referendum prezident seçkilərini vaxtından əvvəl keçirməyə imkan verəcək və iqtisadi böhranın hər gün dərinləşdiyi bir zamanda hakimiyyətə dividend gətirə biləcək hadisə – Qarabağla bağlı Azərbaycanın xeyrinə  müəyyən addımların atılacağının ən azı siqnallarını verməkdir. Bu siqnal yalnız Rusiya tərəfindən verilə bilər. Problemin mərhələli həlli istiqamətində tərəflər arasında razılığa gəlmə Rusiyanın əlilə mümkündür.., amma? Amma Ermənistan  bu plana razı deyil və Sarkisyana yönəlik son ittihamlar, onun istefasının tələb edilməsi məsələni qəlizləşdirən tərəfdir. Avqustun 10-da Sarkisyanla görüşdə Ermənistanda son zamanlar yaranmış anti Rusiya əhval-ruhiyyəsini doğuran səbəblər, Qarabağ problemini həllində guya Rusiyanın Ermənistanı satması kimi formalaşan fikirlər mütləq müzakirə olunacaq. Rusiya Sarqsyanın vaxtından əvvəl istefaya göndərilməsinin əleyhinədi, eyni zamanda Ermənistan rəhbrliyinin son hadisələrlə bağlı qətiyyətsiz olması, bina zəbt edənləri vaxtında zərərsizləşdirməməsi Rusiyanı narahat edən məqamlardı. Sarqsyan da Konstitusiya dəyişikliyi edib prezident üsul-idarəsindən parlament idarəetməsinə keçmək və siyasi ehtirasları bir qədər sakitləşdirmək xətti götürüb. Hədsiz narazı erməni cəmiyyəti sakitləşəcəkmi? Rusiyanın Qarabağla bağlı  siyasəti Sarqsyanı vaxtından əvvəl də istefaya göndərə bilər və ya mövqelərini möhkəmlədə bilər. O zaman Azərbaycanda vəziyyətin dramatikləşməyəcəyinə zəmanət yoxdur, hətta xalqın bu gün proseslərə biganə münasibətini əlində əsas tutan pessimistlər də yanıla bilərlər. Putinə də çətin olacaq. Bu gün yaxınlaşmalar olsa da  Rusiya Türkiyəni heç vaxt özünə etibarlı  mütəffiq kimi bilmir. Azərbaycana Qarabağ məsələsində heç bir töhfə verməyən Putin bölgədə təsirini azaltmamaq üçün ən azı bir neçə rayonun qaytarılmasını həll etməyə məcburdur, amma Ermənistanın daim sürüşkən xarakterini də bildiyi üçün uyğun yol tapmaqda müəyyən çətinliklər yaşayır. “Qurdun tox, qoyunun salamat qalması” dilemmasını həll etməyin çətinlikləri reallıqdır.   Göründüyü kimi, hər üç ölkə – Türkiyə, Azərbaycan, Ermənistan  Konstitusiyalarına dəyişiklik etməyə qərar veriblər. Məqsəd idarəetməni demokratikləşdirmək deyil, mövcud siyasi hakimiyyətlərin  ömrünü uzatmağa yönəlib. Bir oxşar cəhət də var. Türkiyə və Ermənistan iyul hadisələrindən sonra xüsusi xidmət orqanlarının strukturunda dəyişiklik etməyə qərar verib. Azərbaycanın ötən ilin noyabrında qəbul etdiyi kimi kəşfiyyat və əks kəşfiyyat qurumlarını ayırıb müstəqil etmək. Hər üç ölkə Rusiyanı özünə dost seçib, Rusiyaya sığınıb. Rusiyanın özü isə çətin günlərini yaşayır, mütəxəssislər 2017-ci ildə Rusiyanın hətta maaş və təqaüdlərin verilməsində çətinliklər yaşanacağını proqnozlaşdırırlar. Rusiya rejiminin dostları olan ölkələr son yüz ildə yalnız problemlər yaşayıb, Rusiya da itirib, onlar da…Aydın məsələdir ki, 8-10 avqust görüşləri on illərin problemlərini-xüsusilə də Qarabağ problemini  bir günə həll etməyəcək, amma gələcək həllində önəmli addımlara imza atmaq mümkündür. Qloballaşan dünya da, bizim bölgə də gərgin siyasi münasibətlər dönəmini yaşayır. Bu dönəmdə yalnız siyasi hakimiyyətin taleyini deyil, xalqın, dövlətin  taleyini düşünən siyasət qalib gələ bilər, əks halda tələyə düşüb ölkənin tarixinə sağalmaz zədə vurula bilər”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler