Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kreml ve Ankara Azerbaycanla Ermenistanı barışdırır -Müdhiş plan

26 Temmuz 2016

7:08 am


26/07/2016 [11:05]: xeber –
ABŞ səfiri Robert Sekutanın Azərbaycanda səfir kimi fəaliyyətə başlamasının bir ili tamam oldu. Səfir bu münasibətlə “ABŞ-Azərbaycan münasibətləri: sabit və firavan gələcək naminə ortaq məqsədlər” adlı məqalə yazıb. Azərbaycan mediasının demək olar ki, tamamının dərc etdiyi həmin məqalədə cənab Sekuta iki ölkə arasında münasibətlərin yeni mərhələsinin anonsu kimi qiymətləndirilir. Obrazlı desək, “Səfir Sekutanın  şifrəli mesajları”nda Amerika ilə Azərbaycanın əməkdaşlığının indiki və gələcək perspektivlərinin açarı yerləşdirilib. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ayın əvvəllərində Rusiyada həmkarı Vladimir Putinlə bir araya gələcək. Keçən il noyabrın 24-də baş vermiş – iddialara görə, gülənçilərin təxribatı nəticəsində baş verib –  “Su-24″ insidentindən sonra bu, iki lider arasında ilk görüş olacaq. O üzdən ona diqqət və maraq olduqca böyükdür.Diqqət həmçinin ona görə böyükdür ki, iki regional super güc kimi Türkiyə və Rusiyanın yaxınlığı və bundan sonrakı əməkdaşlığının perspektivi regiondakı bir sıra böhranlı və həlli çatan problemlərə (Suriya, İŞİD terroru, təhlükəsizlik və Qarabağa məsələləri və s.) bilavasitə təsir eləmək gücündədir. Daha bir maraqlı mövzu Ankara-Moskva münasibətləri fonunda Türkiyə-ABŞ, Türkiyə-NATO ilişgilərinin taleyi ilə bağlıdır. Çünki bəzi analitiklər belə fikir səsləndirməyə başlayıblar ki, Rusiya-Türkiyə yaxınlaşması hətta iki dövlət arasında böyük müttəfiqlik müqaviləsinin imzalanmasına gətirə, Türkiyə ABŞ-dan uzaqlaşa və hətta NATO-nu parçalaya bilər. Bu kimi ehtimal və versiyalar yəqin ki, avqustda nəzərdə tutulan Ərdoğan-Putin görüşündən sonra bəlli olacaq. Bir şey dəqiqdir ki, iki ölkənin əməkdaşlıq, müttəfiqlik edə biləcəyi sahələr gerçəkdən də genişdir. Onların arasında sözsüz ki, Qarabağ və Ermənistanla sərhədlərin açılması məsələsi də var. ***“Türkiyə və Rusiya prezidentlərinin çox yaxında bir araya gəlməsi, əslində geniş və mövcud gündəmi dəyişəcək müzakirələrdən xəbər verir”. Bu barədə politoloq Qabil Hüseynli axar.az-a açıqlamasında danışıb. Ərdoğan və Putinin gözlənilən görüşünü şərh edən sabiq dövlət müşaviri Qarabağ məsələsinin də müzakirələrdə yer alacağını bildirib.“Tərəflər ən yüksək səviyyədə və qısa zamanda bir araya gələcəklər. Türkiyə Dağlıq Qarabağla bağlı prinsipial mövqe nümayiş etdirsə də, Azərbaycanın istədiyi əsas nəticənin əldə olunması üçün müəyyən zaman lazım olacaq. Ərdoğan və Putin münasibətlərin yeni dönəmini daha çox diqqətdə saxlayacaqlar. Düzdür, Qarabağ məsələsi və digər problemlər diplomatik müzakirələrdə əksini tapacaq, ancaq torpaqlarımızın azad olunması planı, eyni zamanda Türkiyənin əsas oyunçu kimi prosesə qoşulması ilə bağlı ümumi qərarlar ola bilsin məhz bu görüşdə alınmasın. Bunun üçün zəmin formalaşsa da, əsas addım və detalların növbəti görüşlərdə müzakirəsi daha məqsədəuyğundur” – politoloq qeyd edib.Ekspert elə bir həssas məqamda Türkiyənin Qarabağla bağlı daha ehtiyatlı davranacağını düşünür:  “Yəni Türkiyə lazım gələrsə, Qarabağ üçün Qarabağdan ”vaz keçəcək”. Türkiyədə artıq belə bir fikir formalaşıb ki, Azərbaycan torpaqlarından heç bir güzəşt edilə bilməz. Ankara, sadəcə, müəyyən müddət üçün düşünülmüş taktiki bir gediş edəcək. Çünki Rusiya fürsətcil ölkədir və indiki situasiyanın Moskva üçün əlverişli olması Rusiyaya Türkiyə ilə bağlı müəyyən məsələlərdə diktə edən tərəf imkanı yarada bilər. Ankara bu amili əldən verməyəcək. Bundan sonrakı görüşlərə qədər isə Türkiyənin əvvəlki vəziyyətinə qayıdacaq, hətta daha yaxşı olacaq. Üstəlik, Ankara-Moskva yaxınlığı kifayət qədər intensivləşəcək. Türkiyə məhz belə bir əlverişli şəraitdə Qarabağla bağlı hərəkətə keçəcək. Dağlıq Qarabağla bağlı həlledici görüşlər hələ qabaqdadır”.*** Sözsüz ki, belədir. Bu, bir prosesdir və müəyyən vaxt ala bilər. Ancaq Ankara və Moskva qarşılıqlı etimadı zəruri səviyyəyədək qaldırarlarsa, onlara arasında qadağan olunan mövzular qalmayacaq. Onlardan biri də Türkiyə-Ermənistan sərhədlərinin açılmasıdır. Bu yerdə yada salaq ki, Rusiya XİN başçısı Sergey Lavrovun son İrəvan səfəri zamanı Ermənistan rəsmiləri ilə qapalı görüşlərdə Türkiyə ilə sərhədlərin açılması və Ankaranı Qarabağ sülh prosesinə qoşmaq məsələsinin də müzakirə olunduğu haqda Rusiya KİV-ləri məlumat yaymışdı. Deyəsən, 15 iyul hərbi çevriliş cəhdindən sonra məsələ təzədən gündəmə qayıdır.           “Türkiyə hökuməti Ermənistanla barışıq prosesi və sərhədlərin açılmasına dair müzakirələri yenidən başlamağı nəzərdən keçirir”. Belə bir sensasion məlumat “Hürriyet” qəzetinin yazarı Fatih Çekirgenin son köşə yazısında yer alıb (virtualaz.org ).Müəllifin yazdığına görə, bu məsələdə Türkiyə hökuməti Azərbaycanın da mövqeyini öyrənməyə çalışıb. Xarici işlər naziri Mövlut Çavuşoğlu Bakıya iyunda etdiyi son səfər zamanı Azərbaycan tərəfinin Ermənistanla barışıq prosesinin və sərhədlərin açılmasına dair müzakirələrin yenidən başlaması ilə əlaqəli “nəbzini yoxlayıb”.Fatih Çekirge xarici işlər naziri Çavuşoğlunu iyunun 15-də Bakıya, daha sonra Tiflisə səfərdə müşayiət edib. Onun yazdığına görə, yol boyu xarici işlər naziri jurnalistin Rusiya ilə münasibətlərdəki böhranın aradan qaldırılmasına dair qeydinə belə cavab verib: “Bəli, baxarsınız, daha gözəl şeylər olacaq, sülh naminə çox gözəl xəbərlər gələcək”. Fatih Çəkirgə Çavuşoğlunun nəyi nəzərdə tutduğunu dəqiqləşdirməyə çalışsa da nazir əlavə detallar verməyib.“Ancaq indi diplomat dostlarımdan öyrənirəm ki, iqtidarın düşmənləri azaldıb dostları artırmaq vədi Ermənistanla sərhədlərin açılmasını da əhatə edir. Çavuşoğlu barış həmləsinin ilk addımını iyunun 14-15-də Bakıya səfəri zamanı atıb. Ermənistanla yenidən və köklü barış axtarışı üçün Bakıda nəbz yoxlayıb. Müsbət ab-hava da var. Daha irəli getmək üçün zəmin hazırdır” – Çekirge yazıb.Türkiyəli yazarın bildirdiyinə görə, hökumətin Ermənistanla müzakirələrə yenidən başlamaq və “bəlkə də sərhədlərin açılması” planları Azərbaycan-Ermənistan münaqişəsinin nizamlanması kontekstində nəzərdən keçirilir. “Lakin Azərbaycanla danışıb Ermənistanla yeni normallaşma təqvimi müəyyənləşdirmək barədə müzakirələr gedərkən xainlər daxildə demokratiyaya savaş açıblar” – Çekirge Türkiyədə baş tutmayan hərbi çevriliş cəhdinin hökumətin Rusiya və digər qonşularla münasibətlərini normallaşdırmaq səylərinə cavab ola biləcəyinə eyhamla yazır.***Xatırladaq ki, 2009-cu ildə Türkiyə hökuməti Azərbaycandan gizli şəkildə Ermənistanla barışıq prosesinə başlamışdı və bu proses Azərbaycan ərazilərinin işğaldan azad edilməsi şərtini kənara qoyurdu. Proses Sürix protokollarının imzalanmasına qədər gəlib çıxdı, lakin Azərbaycan hakimiyyətinin qətiyyətli addımları, cəmiyyətin sərt reaksiyası həmin protokolların reallaşmasına imkan vermədi. Ondan sonra Türkiyə rəhbərliyi dəfələrlə bəyan edib ki, Ermənistanla münasibətlərin normallaşması Azərbaycan ərazilərinin işğaldan azad edilməsi ilə paralel baş tuta bilər.Lakin indiki situasiya 2009-dan prinsipial olaraq fərqlənir. Bu fərq də ondadır ki, əgər o zaman Rusiya sərhədlərin açılmasına olduqca qısqanc yanaşırdısa (Sürix təşəbbüsü ABŞ-a məxsus idi), indi – Türkiyə ilə münasibətlərin sürətlə istiləşdiyi zamanda Kremlin özü bunda maraqlı ola bilər – təbii ki, Ermənistan, Qarabağ məsələsində Ankara ilə müəyyən bazarlaşmadan sonra. Hansı bazarlaşmadan? Bunu yəqin ki, yaxın zaman göstərəcək.(musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler