Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kreml Putin ve Ərdoğanın görüşünden danışdı

09 Ağustos 2016

7:32 am


09/08/2016 [11:31]: xeber –
Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın bu gün Sankt-Peterburqda görüşü baş tutacaq.sayt bu barədə İTAR TASS-a istinadən xəbər verir. İki ölkə liderinin görüşü Rusiya-Türkiyə münasibətlərinin bərpası üçün həlledici impuls olacağı gözlənilir. Münasibətlərdə böhran 2015-ci ilin noyabr ayında Türkiyə HHQ məxsus qırıcının Suriya ərazisində terror əleyhinə əməliyyatda iştirak edən Rusiyanın “Su-24” təyyarəsini vurması səbəb olmuşdu. “Münasibətlərimizin bərpası üçün hansı tempin və ardıcıllığın təyin ediləcəyinə dair ciddi fikir mübadiləsi gözlənilir”, – Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Peterburq görüşü ərəfəsində söyləyib. TASS-ın baş direktorunun birinci müavini Mixail Qusmana səfər öncəsi verdiyi müsahibəsində Ərdoğan sammitin əhəmiyyətini vurğulayıb. “Bu tarixi səfər, yeni başlanğıc olacaq. Dostum Vladimir ilə danışıqlarda ikitərəfli münasibətlərdə yeni səhifənin açılacağından əminəm. Ölkələrimiz birgə çox işlər görməlidir”, – o deyib. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler