Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kreditler bahalaşır…

22 Eylül 2016

10:36 am


22/09/2016 [14:32]: xeber –
Azərbaycan Mərkəzi Bankının (AMB) uçot dərəcəsini 9,5%-dən 15%-ə qaldırmasından və Əmanətlərin Sığortalanması Fondunun qorunan manat əmanətlərinin faiz tavanını 12%-dən 15%-ə qaldırmasından sonra banklar da kreditləri bahalaşdırmağa başlayıblar.Bu gün 15%-dək faiz dərəcələri ilə banklara yatırılan əmanətlər sığortalanır. Artıq bir neçə bank manat əmanətləri üzrə faiz dərəcəsini 15%-ə və daha yüksək səviyyə qaldırıblar. Buna müvafiq olaraq nağd pul kreditləri üzrə faiz dərəcəsi də 34-35%-ə çıxıb. Çünki banklar özləri pulu daha baha cəlb edirlər. İndiyədək belə kreditlər 29-30%-lə verilirdi. Hətta bəzi banklarda kreditlərin faizi bir qədər də aşağı idi.Qeyd edək ki, adətən, Mərkəzi Bank faiz dərəcələri artdırdıqda kreditlərə tələb azalır, insanların banklara əmanət qoymaq meyili güclənir.Çünki əmanətlər üzrə faizlər nağd pulu saxlamağın “alternativ xərci”dir. Nəticədə iqtisadi subyektlər daha az kredit alırlar və qazandıqları pulun çox hissəsini xərcləməyərək yığıma yönəldirlər. Beləliklə də, məcmu tələb daralır və inflyasiyanın azalması üçün şərait yaranır.(Marja)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler