Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kredit borcuna göre meşede gizlendi – Fotolar

03 Temmuz 2016

11:00 am


03/07/2016 [14:59]: xeber –
Rusiyanın
Kostroma şəhər sakini banka olan borcuna görə meşədə qurduğu sığınacaqda
gizlənib.

sayt Rusiya mətbuatına istinadən xəbər
verir ki, 38 yaşlı Rusiya vətəndaşının meşədə gizlənməsinin əsas səbəbi isə qiyamətin qopacağı haqqında xəbərlərdən qorxması
olub. Qiyamət haqqında xəbərlərdən təsirlənən Kostroma sakini düşünb ki, meşədə
gizlənsə, qiyamət bəlalarından xilas ola bilər. Bu istəyini gerçəkləşdirmək
üçün bankdan bir miqdarda kredit çəkər meşədə sığınacaq qurub. Daha sonra banka
olan kredit borcunu ödəyə bilmədiyi üçün sığınacaqda məskunlaşıb.

Bir
vətəndaşın meşədə qanunsuz ağac kəsilməsi ilə bağlı məlumatı dəqiqləşdirməyə
gələn polislər meşədə iki sığınacaq aşkar ediblər. Daha sonra isə
sığınacaqların sahibini tapıblar.

Meşədə
gizlənən rus birinci qurduğu sığınacağın güclü sel nəticəsində yararsız hala
düşdüyünə görə daha bir sığınacaq da düzəldib. İkinci sığınacaq da üzərindəki
ağırlığa tab gətirmədiyinə görə bir qədər çöküb.

Kostromalı rus sığınacağın tikintisi, yanacaq, batareya,
günəş batareyası və başqa alətlər almaq üçün bankdan 80 min rubl kredit
götürüb. Götürdüyü krediti ödəmədiyinə görə icra məmurları onu axtaranda isə
çıxış yolunu həmin sığınacaqda gizlənməkdə görüb. Ancaq sığınacaqlarının uçduğuna
görə kostromalı qohumlarının evinə sığınmağa məcbur qalıb.

Meşədəki həyatı haqqında polislərə danışan rus meşəyə
gedərkən özüylə iki toyuq apardığını deyib. İlk günlərdə toyuqları yeyib
qurtarandan sonra isə acından ölməmək üçün ağac budaqlarını suda bişirib yeyib.
O, polislərə tualet problemi yaşamadığını da deyib.  

Meşəyə sığınan rusun yeni hədəfi isə böyük su daşqınlarından
xilas olmaq üçün gəmi inşa etməkdir.Zəhra 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler