Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kredit alanların sayı keskin azalıb

08 Ağustos 2016

1:08 pm


08/08/2016 [17:04]: xeber –
2016-ci ilin iyulun 1-ə Azərbaycan kredit təşkilatları tərəfindən 18 milyard 434,2 milyon manat kredit qoyuluşunun 6 milyard 911,9 milyon manatı ev təsərrüfatlarına  (istehlak kreditləri – red.) aid olub. Bu isə cari ilin may ayının yekunları ilə müqayisədə 20,8 milyon manat və ya 0,3% azdır.Bu barədə sayt Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir. 2014-ci ilin yekunları ilə müqayisədə 819,9 milyon manat və ya 10,6%, 2015-ci ilin yekunları ilə müqayisədə isə 1 milyard 471,7 milyon manat və ya 17,55% azdır. Bir ildə isə bu göstərici 7 milyard 884,6 milyon manatdan 6 milyard 911,9 milyon manata düşüb. Bu isə 972,7 milyon manat və ya 12,33% azalma deməkdir. İlin əvvəli ilə müqayisədə isə bu rəqəm 8 milyard 66,5 milyon manatdan 6 milyard 911,9 manata düşüb. Bu isə 1 milyard 154,6 milyon manat və ya 14,31% azalma deməkdir.AMB qeyd edib ki, kredit təşkilatları tərəfindən verilən istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi isə son bir ayda 38,1%-dən 37,5%-ə düşüb. Xatırladaq ki, verilən istehlak kreditlərinin ən pik həddi 2015-ci ilin martın 1-də qeydə alınıb – 8 milyard 416,7 milyon manat. Ötən ilin əvvəlində, eləcə də fevralın 1-nə olan hesabata görə, istehlak kreditlərinin cəmi kreditlərdə xüsusi çəkisi nə az, nə çox 44% olub.Qeyd edək ki, ötən ilin yekunlarına görə, Azərbaycanda istehlak kreditlərinin həcmi 8 milyard 383,6 milyon manat təşkil etmişdi. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler