Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

KQB-nin berpası Putinin çevriliş qorxusunu büruze verir?

28 Eylül 2016

5:32 am


28/09/2016 [09:28]: xeber –
Rusiya prezidenti Vladimir Putinin Dövlət Təhlükəsizliyi Komitəsinin (KQB) bərpası ideyası bəzi ekspertlər tərəfindən güc deyil, zəiflik və inamsızlıq kimi dəyərləndirilir.Rusiya kəşfiyyat orqanlarının bir nazirlik altında birləşdirilməsi KQB-nin bərpası anlamına gəlir. Bu isə Kremlin siyasətini izləyənlərin dərin narahatlığına səbəb olub. Deyildiyinə görə, Federal Təhlükəsizlik Xidməti (FSB), Xarici Kəşfiyyat və Xüsusi Xidmət kimi orqanlar yenicə təsis edilmiş Dövlət Təhlükəsizliyi Nazirliyi altında birgə fəaliyyət göstərəcək.Vladimir Putinin hakimiyyətini möhkəmləndirməsi üçün yaradılan bu yeni nazirliyə 400 min insanın çalışdığı və birbaşa prezidentə tabe olan Milli Qvardiya daxil edilməyəcək. Milli Qvardiya özündə Daxili İşlər Nazirliyi, çevik cə xüsusi təyinatlı qüvvələri cəmləşdirir.Ekspertlərin fikrincə, nazirlik müstəqil bir siyasi qüvvəyə çevrilməsin deyə və 1991-ci ildə prezident Mixail Qorbaçova qarşı KQB-nin çevriliş cəhdi kimi halların qarşısını almaq məqsədilə Milli Qvardiya yeni nazirliyə balans kimi xidmət göstərəcək.1950-1980-ci illərdə KGB-nin sələfi olan və adı DTN, Dövlət Təhlükəsizliyi Nazirliyi kimi səslənən orqan insan hüquqları müdafiəçilərini həbs, təqib və təzyiqlərə məruz qoymaqla, əsasən yəhudilər olmaqla, ölkədən çıxmağa çalışanlara qarşı ciddi ölçülər götürməklə, bütöv Sovet cəmiyyətini dəmir yumruq altında saxlayırdı.Kreml MTN-ni təsis etmək və təhlükəsizlik xidmətlərini birəşdirməklə müxalifəti effektiv şəkildə susdurmağa nail olacağına ümid edirPraqada yerləşən Beynəlxalq Əlaqələr İnstitutunun Rusiya üzrə mütəxəssisi Маrк Qaleottininin dediyinə görə, Kreml DTN-ni təsis etmək və təhlükəsizlik xidmətlərini birəşdirməklə müxalifəti effektiv şəkildə susdurmağa nail olacağına ümid edir.2014-cü ildən bəri Rusiya prezidenti rəy soröularında respondentlərin 84 faizinin daəstəyini qazanır. Ancaq Qaletottinin sözlərinə görə Putini narahat edən kütlələr yox, öz hakim elitasıdır.“Hesab edirəm ki, Putin elitanın hazırkı və gələcək loyallığından narahatdır,” deyə təhlükəsizlik üzrə ekspert Putinin yəqin ki, öz etibar etdiyi şəxslərin çevrəsini kiçiltmək istədiyini deyib.Lakin bəziləri hesab edir ki, yeni təşkilatçılıq Putindən başqa digər səlahiyyətli şəxslərin də avtoritetini artıra bilər. Ola bilsin ki, bu yeni qurum bir vaxt Putinin özünü devirmək üçün kifayət qədər səlahiyyətə sahib olacaq.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler