Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Korrupsiyaya qarşı sistemli addımlara daha çox ehtiyac var”

08 Eylül 2016

11:00 am


08/09/2016 [15:00]: xeber –
Yaxın
gələcəkdə Azərbaycanda büdcədən maliyyələşən bütün təşkilatlarda korrupsiya ilə
mübarizə məqsədilə bölmə yaradılacaq. Bu istiqamətdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu
komitəsində müzakirələrn aparılması planlaşdırılır. Yeni dəyişikliyə görə, korrupsiya
ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli
şəxs və ya səlahiyyətli struktur bölmə müəyyən ediləcək.

Maraqlıdır, korrupsiyaya
qarşı mübarizə məqsədi ilə bütün büdcə təşkilatlarında korrupsiyaya qarşı
mübarizə məqsədi ilə bölmələrin yaradılması nə dərəcədə məntiqlidir? Mübarizə tədbirlərinin
bunca genişləndirilməsi problemin özünün də böyüməsindən, genişlənməsindən xəbər
vermirmi?

Məsələ ilə bağlı
sayt-a açıqlama verən AXP sədri Pənah Hüseyn belə bir dəyişikliyin tətbiqinin
inandırıcı olmadığını, habelə sistem dəyişikliyinə daha çox ehtiyac duyulduğunu
vurğuladı:

“Doğrusu, məlum
qanun dəyişikliyi ilə bağlı məlumatlı deyiləm. Lakin büdcədən maliyyələşən
bütün təşkilatlarda korrupsiyaya qarşı mübarizə məqsədi ilə hansısa strukturun
yaradılması və ya yetkili şəxsin ayrılması mənə məntiqli gəlmir. Çünki belə
olsa, onda gərək uşaq bağçalarında, orta məktəblərdə də bu cür strukturlar
formalaşsın ki, bu da qeyri-ciddi görüntü formalaşdırır. Şübhəsiz ki,
korrupsiyaya qarşı mübarizə mühüm əhəmiyyət kəsb edən bir sahədir. Lakin bu
istiqamətdə daha çox qanunvericilik sahəsində yeniliklər etməyə ehtiyac var. Baxmayaraq
ki, bu sahədə müəyyən qanunlar qəbul edilib, konkret idarələr yaradılıb və s.

Hesab edirəm ki,
korrupsiyaya qarşı mübarizə məqsədi ilə sistem xarakterli addımların atılmasına
ehtiyac var. Bu cür addımlar atmadan korrupsiyaya qarşı mübarizəyə cəhd etmək,
yuxarıda qeyd etdiyim kimi, hansısa uşaq bağçasında anti-korrupsiya adı ilə
struktur formalaşdırmaq faydasızdır. Bu kimi addımlar əks-effekt verəcək və
korrupsiya üçün əlavə zəmin formalaşdıracaq”.

 

Seymur Əliyev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler