Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Körpeme xatir mene yardım edin”

29 Temmuz 2016

6:32 pm


29/07/2016 [22:31]: xeber –
Bakı şəhər sakini Kərimov Tural Vaqif oğlu ötən ilin aprel ayında başına gələn bədbəxt hadisə nəticəsində yataq xəstəsi olub. Turalın bildirdiyinə görə, işdən evə gedərkən iş yoldaşlarının olduğu maşınla avtobus toqquşub. Nəticədə maşında olan şəxslər xəsarət alıblar. Onun çanaq nahiyyəsindəki zədənin bərpası üçün Almaniyadan xüsusi süni çanaq gətirilməli, əməliyyatı isə Astarxan şəhərində keçirilməlidir. Bu əməliyyatın reallaşdırılması üçün Kərimovlar ailəsinə böyük məbləğda vəsait lazımdır.  Hazırda Tural Kərimov ailəlidir və bir qız övladı var.Tural Kərimov redaksiyamıza məktub və video müraciət ünvanlayıb:“Bakıda fəhlə işləyirdim. İşdən evə gedərkən ötən ilin aprel ayında qəza nəticəsində xəsarət aldım  və Bakının  “Semaşko” xəstəxanasına çatdırıldım. 1 ay komada qaldım. 12 dəfədən çox əməliyyat olunmuşam. Arxa sümüklərimdən, qarın deşikərindən və  yan hissələrimdən əməliyyat olundum. Əməliyyatları, dərmanları və sistemləri öz hesabımıza etmişik. Hazırda evimizi satmışıq. Ayaqda tas, sidik kisəmdəki daş və kəsilmiş-deşilmiş, bədənimdə olan çirklə bağlı əməliyyatlarımı etmək üçün Astarxan şəhərinə gəlmişik. Sentyabr ayından burdayıq. 10 aydı artıq Astarxanda atam və anamla kirayə qalırıq. “Aleksandra” xəstəxanasının uroloji şöbəsində 2 ay yatmışam. Hazırda  6 gündü xəstəxanadan evə gəlmişəm. Həkimlərin rəyinə görə əvvəl  ayaqdan əməliyyat olunmalıyam. Daha sonra Allahın köməkliyilə böyrək və bağırsaq əməliyyatlarına getməliyəm. Ayaq əməliyyatında sümüyümə tas qoyulmalıdı. 3 ay orda olmalıyam. Əziz həmvətənlərim, müsəlman bacı və qardaşlarım, artıq satdığımız evin pulu qurtarıb. İmkanımız yoxdu ki, iynə-dərmanlarımı alaq. Allahın köməkliyilə sizin maddi dəstəyinizə çox ehtiyacim var. Mənim bir qız övladım var. Adı Yağmurdu. Körpəmə xatir mənə yardım edin. Qızım boynu bükük qalmasın. 10 aydı vətəndən kənardayam.  Astarxan şəhərinə gələndən  qızımın  səsini  skayp-da eşidirəm. İcazə ərizəsi yazım qızım yanıma  gələ bilsin. Təəssüf ki, onu da edə bilmirəm. Əvvəlcədən ailəm adından təşəkkürümü  və minnətdarlığımı  bildirirəm. Hörmətlə və ümüdlə Kərimov Tural Vaqif oğlu”Elşən Yəhyayev


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler