Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Körpelere niye mehz 21 ay ana südü verilmelidir? – 21 ededinin “Quran”dakı sirleri…

09 Ekim 2016

1:04 pm


09/10/2016 [17:01]: xeber –
“Biz insana ata-anasına yaxşılıq etməyi (valideynlərilə gözəl davranmağı, onlara yaxşı baxmağı) tövsiyə etdik. Çünki anası onu (bətnində) zəhmətlə gəzdirmiş, əziyyətlə  doğmuşdur. Onunla (ana bətnində) daşınma və (süddən) kəsilmə müddəti otuz aydır (9 ay bətndə, 21 ay ana südü ilə bəslənir). Nəhayət, insan kamillik həddinə yetişib qırx yaşa çatdıqda belə deyər: “Ey Rəbbim! Mənə həm mənim özümə, həm də ata-anama əta etdiyin nemətə şükür etmək və Sənə xoş gedəcək yaxşı əməl etmək üçün ilham ver, nəslimi əməlisaleh et. Mən günahlarımdan Sənə tövbə etdim və şübhəsiz ki, mən müsəlmanlardanam!”  “Belələri (dünyadakı) yaxşı əməllərini qəbul edəcəyimiz, günahlarından keçəcəyimiz və onlara verilmiş doğru vədə görə cənnət əhli içərisində olacaq kimsələrdir!” “Qumsal təpələr” surəsi, 15-16. Müqəddəs kitabın bu və digər ayələrində Allah-təala insana yeni doğulan körpənin 21 ay ana südü ilə bəslənməsini tövsiyə edir. Həmçinin, bildirir ki, belə uşaqlar böyüyüb 40 yaşına çatarkən kamil olarlar və həyatı dərk edərək, günahlarına görə tövbə edib, Allaha sığınarlar. Yuxarıdakı ayədə  Allah-təala belə şəxslərin günahlarını bağışlayacağını və Cənnətlə mükafatlandıracağını vəd edir?Sual yaranır: niyə məhz 21 ay? Elmi-lədun hesablamalarımız göstərir ki, bu tövsiyə 21 ədədindəki hikmətlə bağlıdır. Odur ki, bu hikmətə birlikdə nəzər salaq.Bildiyimiz kimi, həm Yerin, həm də Göyün yeddi qatdan ibarət olması “Quran”da təsbit olunmuş və bunu elm sübut etmişdir. Həmçinin, Allah qarşısında səcdə edən hər bir insana fikir versək, onun yeddi üzvünün – 2 ayaq, 2 diz, 2 əl və 1 alın – yerə toxunduğunu görərik. Beləliklə, Yer, Göy və Allaha baş əyən kamil insanın qatlarını toplasaq 21 ədədinin alındığını görərik:7 + 7 + 7 = 2121 ədədi “Quran”ın “Peyğəmbərlər” surəsinin sıra nömrəsi olduğundan, bu ədəd müqəddəs kitabda elm, kamillik və Peyğəmbərlik rəmzi sayılır. Araşdırmalarımız göstərir ki, insanda elm və digər insani keyfiyyətlərin  (kamilliyin) təməli ana südü ilə qoyulur. Bu təməlqoyma prosesi 21 ay çəkir. Ona görə də hər şeyi qabaqcadan hesablayan və bilən Rəbbim yeni doğulmuş körpənin məhz 21 ay ana südü ilə qidalandırmağı bir çox ayələrdə tapşırmışdır. Bildiyimiz kimi, “Quran” insanın “texniki pasport”u olaraq göndərilmişdir – necə ki, hər bir alim ixtira etdiyi cihazın işləmə qaydasını göstərən teniki pasport yazar. Təəssüflər olsun ki, məişətdə işlətdiyimiz cihazlarda problem yaranmasın deyə onun texniki pasportunu tez-tez oxuyub əməl etdiyimiz halda, özümüzün, yaxud övladlarımızın həyatında problem yaranmaması üçün Yaradanımızın bizə göndərdiyi “texniki pasport”u bir dəfə də olsun oxumuruq (yaxud, əməl etmirik).  Haşiyə çıxaraq qeyd edim ki, bu yaxınlarda doğulduğum kəndə yolum düşdü və orada qısa bir sorğu apardım. Məlum oldu ki, böyük bir kənddə bir dənə də olsun tərcümə “Quran” yoxdur. Bilirəm ki, bütün kəndlər belədir (ən çox 1-2 kitab ola bilər). Mollalarda olan ərəbcə “Quran”ı isə, heç özləri başa düşmürlər, nəinki dinləyənlər.Odur ki,  aparılan araşdırmalar göstərir ki, yeni doğulan körpələrin 80 faizi ana südü ilə deyil, sünü qidalarla yemlənir. Bunun nə demək olduğunu dərk etmək üçün başqa bir statistikaya nəzər salaq. Aparılan araşdırmalar zamanı məlum olmuşdur ki, ağır cinayət törədən məhkumların 92 faizi belə süni qida ilə bəslənələr olub! Buradan belə nəticə çıxır ki, analar öz övladlarına 21 ay süd verməməklə onlarda tərbiyənin, əxlaqın, insan və Vətən sevgisinin, bir sözlə, kamilliyin təməlini qoymurlar. Məhz təməlin olmaması səbəbindən gələcəkdə övlad bu keyfiyyətləri əxz edə bilmir və beləliklə, bütün bu insani hisslərdən məhrum olur. Nəticədə belə insanların 92 faizi ağır  cinayətlər törədirlər.  Buradan belə nəticə də hasil olur ki, analar körpələrin südünü kəsməklə və insani keyfiyyətlərin təməlini qoymamaqla, əslində cinayətkarlığın və gələcək cinayətlərin təməlini qoymuş olurlar! İndi bildinizmi evlərimizdə tərcümə “Quran”ın olmaması sonda hansı nəticələrə gətirib çıxarır?! Dərk etdinizmi bu gün cəmiyyətimizdə ana sevgisi, Vətən sevgisi, böyüyə hörmət və s. insani hisslər niyə qəhətə çıxıb?! Valideyn övlada (və yaxud əksinə), qardaş-qardaşa, qohum-qohuma qonşu-qonşuya qənim kəsilib! İnsanlar əqrəb kimi bir-birlərini sancmağa məqam gəzirlər. Çünki körpəlikdə yedikləri qidaların tərkibi əqrəb, siçan, və s. vəhşi heyvanların geni ilə zəngindir. Bütün bunlar insanlarda genetik dəyişməyə, genetik mutasiyaya səbəb olmuşdur. Bu səbəbdən bu gün insanlarda aqressiya, cinayətə, pisliyə meyllilik çox güclüdür, nəinki insani hisslər. Bu gün qadınlar arasında sürətlə yayılan süd vəzlərində şişlərin yaranması da 21 ay südlə qidalandırma barədə “Quran”dakı tapşırığa əməl etməməyin nəticəsidir! Beləliklə, Allahın tövsiyyəsinə əməl etməyən analar övladlarının fiziki və mənəvi sağlamlıqları ilə yanaşı, öz sağlamlıqlarını da risk altında qoyurlar.“Quran”ın “Loğman” surəsində iki il ana südü ilə qidalananların hansı tərbiyələrə malik olduqları barədə belə buyrulur: “Yadında olsun ki, bir zaman Loğman öz oğluna nəsihət edərək belə demişdi: “Oğlum! Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük günahdır!” 31:13“Biz insana ata-anasına yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı tövsiyə etdik. Anası onu bətnində çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. Biz insana buyurduq:  “Mənə və ata-anana şükür et. Axır dönüş Mənədir!” “Əgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, bu işdə onlara itaət etmə. Qalan dünya işlərində onlarla gözəl keçin (onlara itaət et). Tövbə edib Mənə tərəf dönənlərin (islamı qəbul edənlərin) yolunu tut. Sonra (qiyamət günü) Mənim hüzuruma qayıdacaqsınız. Mən də dünyada nə etdiklərinizi bir-bir sizə xəbər verəcəyəm!” “Loğman öyüd-nəsihətinə davam edərək dedi: “Oğlum, dünyada gördüyün hər hansı yaxşı, yaxud pis iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın (daşın) içində, yaxud göylərdə və ya yerin təkində olsa da, Allah onu ortaya gətirər (onun haqq-hesabını çəkər). Həqiqətən, Allah lətifdir (bütün incə, nazik işləri biləndir; lütfkardır), hər şeydən xəbərdardır!”Oğlum! Namaz qıl, insanlara yaxşı işlər görməyi əmr et, pis işləri qadağan elə. Bu yolda sənə üz verəcək müsibətlərə döz. Həqiqətən, bu dediklərim vacib əməllərdəndir!” “Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!“Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və danışanda səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” “Loğman” surəsi, 13-19-cu ayələr.  Bütün bunlar bir daha sübut edir ki, analarımız Allahın tövsiyyəsinə əməl edərək, körpələrini  21 ay ana südü ilə bəsləməlidirlər. Bu onların həm özlərinin, həm də övladlarının (fiziki və mənəvi) sağlamlığının zəmanəti olar.Paşa Yaqub – tədqiqatçı-yazıçıMüəllifin arxivi:moderator.az/search?q=pa%C5%9Fa%20yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler