Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Konstitusiyaya teklif edilen deyişiklik Qarabağın geleceyi üçün önemlidir”

29 Temmuz 2016

6:44 am


29/07/2016 [10:41]: xeber –
Prezidentin təklif etdiyi və olduqca fundamental dəyişiklikləri özündə ehtiva edən Referendum Aktı nəyə xidmət edir, cəmiyyətə nə verəcək ? Son günlər həm iqtidar, həm də müxalifət düşərgəsinin sözçüləri, habelə hüquqşünaslar, politoloqlar sözügedən Referendum Aktına münasibət bildirmək baxımından xüsusi fəallıq nümayiş etdirirlər. Belə demək mümkünsə, qızğın müzakirələrə start verilib. Ancaq səsləndirilən rəylərin, ortaya qoyulan mövqelərin kontekstinə nəzər saldıqda isə görürük ki, ekspertlərin bir qismi təklif olunan dəyişiklikləri yalnız qara rəngdə təqdim etməyə çalışır. Söhbət təbii ki, müxalif fikirli ekspertlərdən gedir. İqtidar cəbhəsinin sözçüləri isə məlum dəyişiklikləri müsbət yöndən dəyərləndirməyə üstünlük verirlər. Bu da təbiidir. Çünki iqtidar iqtidar ampluasından, müxalifət də müxalifət ampluasından çıxış edir.Bir də üçüncü tərəf və ya üçüncü baxış bucağı da vardır. Yəni məsələyə bir də vətəndaşın gözüylə baxmaq lazımdır. Bəs vətəndaş nə düşünür ? Sözügedən dəyişikliklər vətəndaşın maraq və mənafeləri ilə üst-üstə düşürmü? Bax bu da çox önəmlidir. Və mən də siyasətlə məşğul olan bir şəxs kimi yox, ilk növbədə məhz bir vətəndaş kimi konstitusiya dəyişiklikləri barədə danışmaq istəyirəm. Daha doğrusu, 29 dəyişiklikdən hələki yalnız birinə, Silahlı Qüvvələrlə bağlı Konstitusiyadaki 9-cu maddəyə edilən düzəlişə münasibət bildirmək istəyirəm. Çünki həmin düzəliş nəinki təkcə ordu quruculuğu ilə bağlı məsələdir, burda söhbət həm də bu millətin taleyindən qırmızı xəttlə keçən işğal altındaki torpaqlarımızın sonraki aqibətindən gedir. Əgər biz Qarabağımızı azad görmək istəyiriksə indikindən də daha güclü orduya və mükəmməl hərbi qanunçuluq bazasına malik olmalıyıq. Elə sözügedən dəyişiklik də məhz bu baxımdan çox önəmlidir və bəyəniləndir.Söhbət nədən gedir ? Söhbət ondan gedir ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllini yalnız beynəlxalq aləmin öhdəsinə buraxmamalıdır, buraxa bilməz. Bunun üçün biz ölkəmizin siyasi, iqtisadi və hərbi qüdrətini daha da artırmalıyıq. Doğrudan da, qüdrətli dövlətə və orduya nail olmaq üçün ölkənin ilk növbədə mükəmməl qanunvericilk bazası və hüquq sistemi olmalıdır. İstər regional, istərsə də beynəlxalq səviyyələrdə təhlükələrin mövcudluğu və onların artma tendensiyasının müşayiət olunması ölkənin təhlükəsizliyi və müdafiəsi ilə bağlı məsələlərin konstitusion norma olaraq əsas qanunda təkmilləşdirilməsini və daha dəqiq ifadə olunmasını zərurətə çevirir. Müharibə şəraitində yaşayan, torpaqları işğal olunan və ərazi bütövlüyü pozulan bir ölkə üçün Silahlı Qüvvələrə üstünlük verilməsi ən zəruri amillərdən biri hesab olunur.Hazırki Konstitusiyanın 9-cu maddəsində deyilir: “Azərbaycan Respublikası öz təhlükəsizliyini və müdafiəsini təmin etmək məqsədi ilə Silahlı Qüvvələr yaradır. Silahlı Qüvvələr Azərbaycan ordusundan və başqa silahlı birləşmələrdən ibarətdir”. Təklif olunan dəyişikliyə əsasən isə bütün hüquqi silahlı birləşmələr Silahlı Qüvvələrin tərkib hissəsi olacaq. Başqa sözlə desək, Silahlı Qüvvələrin tərkib hissəsi olmayan hər hansı bir silahlı birləşmə avtomatik olaraq qanundan kənar hesab ediləcək.Düşünürəm ki, bu dəyişiklik həqiqətən hərbi sistemimizin effektivliyini artıracaq və gələcəkdə bu sahədə baş verə biləcək hər hansı bir hərcmərcliklərin qarşısını alacaq. Xatırlasaq ki, 90-cı illərin əvvəllərində az qala hər yerindən duranın bir silahlı dəstəsi, qruplaşması vardı, amma torpaqları itirə-itirə gəlirdik, onda situasiya hər kəsə tam aydın olar və eyni zamanda da məlum dəyişikliyin nə qədər əhəmiyyətli bir məsələ olduğunu da hamımız anlamış olarıq. Odur ki, mən bir keçmiş hərbçi kimi Ana Yasamızın 9-cu maddəsi üçün təklif edilən bu dəyişikliyi birmənalı surətdə dəstəkləyirəm.Növbəti şərhlərimdə digər maddələr üzrə dəyişikliklərə də münasibətimi bildirəcəm. Ümumən isə hesab edirəm ki, bu dəyişikliklər dövlət və cəmiyyət idarəetməsinin daha da təkmilləşdirilməsinə xidmət edir. Və biz Demokratik Azərbaycan Dünyası Partiyası (DADP) olaraq bu dəyişiklikləri dəstəkləyirik !Əlisahib Hüseynov Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler