Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Konstitusiyamızın müddealarına yeterince emel olunurmu?

07 Kasım 2016

10:28 am


07/11/2016 [14:24]: xeber –
Noyabrın 12-də Azərbaycanda
Konstitusiya Günü qeyd olunacaq. Maraqlıdır, bu gün Azərbaycanda istər məmur
kontingenti, istərsə də sadə vətəndaşlar konstitusiyanın müddəalarına yetərincə
əməl edirmi? Ölkəmizdə konstitusiyada yer alan təməl prinsiplərə lazımınca hörmət
və ehtiram varmı?

sayt-a açıqlama
verən millət vəkili Araz Əlizadə bu məsələdə hər kəsin öz məsuliyyət payını
başa düşməsinin zəruri olduğunu vurğuladı:

“Mən Azərbaycan
konstitusiyasından razıyam. Bu konstitusiya və onun müddəalarını dəstəkləyirəm.
Bildiyiniz kimi, konstitusiyada müəyyən dəyişikliklər oldu. Ola bilsin ki, gələcəkdə
də bu cür dəyişikliklər olacaq.

Bu konstitusiyada yer
alan müddəaların yerinə yetirilməsi məsələsinə gəlincə, buna hər kəs özündən
başlamalıdır. Əgər hər bir şəxs öz konstitusiya borcunu yerinə yetirsə, o zaman
şikayət etməyə də ehtiyac qalmaz”.

 

Seymur Əliyev

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler