Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Konstitusiya Mehkemesi Ali Mehkemenin qerarını leğv edib

15 Ekim 2016

9:44 am


15/10/2016 [13:42]: xeber –
Konstitusiya Məhkəməsi Ali Məhkəmənin qərarını ləğv edib.Məhkəmənin mətbuat xidmətindən “Report”a verilnə məlumata görə, bununla bağlı qərar Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun növbəti açıq məhkəmə iclasında qəbul edilib.İclasda “Savalan” Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 9 fevral tarixli qərarının Azərbaycan Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxılıb.Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim Rafael Qvaladzenin məruzəsini, ərizəçinin və cavabverən orqanın nümayəndələrinin çıxışlarını və ekspertin rəyini dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək qəbul edib.Qərara əsasən, “Savalan” Açıq Səhmdar Cəmiyyətinin istifadə hüququnun dövlət qeydiyyatına alınması və dövlət reyestrindən çıxarışın verilməsi tələbinə dair iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 2016-cı il 9 fevral tarixli qərarı Azərbaycan Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəllənin 96-cı maddəsinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilib. İşə bu qərara uyğun olaraq, Azərbaycanın inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilən qaydada və müddətdə yenidən baxılacaq.Qərar dərc edildiyi gündən qüvvəyə minir, qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv oluna, dəyişdirilə, yaxud rəsmi təfsir edilə bilməz.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler