Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Könlü balıq eti isteyenlerin qayığı yararsız gerek – FOTOLAR

07 Eylül 2016

7:36 pm


07/09/2016 [23:32]: xeber –
sayt – a Kür çayının Şəmkir Su Anbarının Samux rayonu istiqamətində balıq ovu ilə məşğul olan şəxslər, daha doğrusu onların istifadə etdiyi qayıqlarla bağlı maraqlı informasiya daxil olub. Özəl mənbədən daxil olan məlumata görə, balıq ovu ilə məşğul olan və buna görə ayda 300 manat məbləğində pul ödəyən balıqçılara məxsus qayıqların böyük əksəriyyəti istifadə üçün yararsızdır. Belə ki, gövdəsi demək olar ki, tamamilə çürüyən və bu buna görə də bir neçə yerdən alüminium lövhələrlə yamanan bu qayıqların hər an batmaq təhlükəsi var. Balıq ovu zamanı həmin qayıqlara çürüyən və təkrar yamanan yerlərdən su dolur ki, balıqçılar içəri dolan həmin suyu plasmas qablar vasitəsi ilə təzədən çaya tökmək zorunda qalırlar. Təəccüb doğuran digər bir məqamsa bu cür təhlükəli qayıqlarda çalışan şəxslərin xilasedici jiletlərdən istifadə etməməsidir. Halbuki, balıqçılıqla məşğul olan bu şəxslərin iş zamanı xilasedici jiletlərdən istifadə etməsi qanunun tələbidir.Mənbənin məlumatına görə, bu qayıqların FHN-nin qeydiyyatından keçmədiyi, ümumiyyətlə sözügedən qurumun bu qayıqlara baxış keçirmədiyi ehtimalı olduqca böyükdür. Ən azından ona görə ki, əgər FHN tərəfindən bu qayıqlara baxış keçirilsəydi, o zaman onların istifadə üçün yararlı olmadığı bəlli olar və həmin qayıqlar istifadədən kənarlaşdırılardı.Mənbənin məlumatına görə, hazırda bu balıqçılara Rəşad adlı şəxs nəzarət edir ki, bizə təqdim edilən foto və videolar bu nəzarətin hansı səviyyədə olduğunu aydın şəkildə göstərir: 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler