Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Komite sedri Corc Buma ile görüşüb

11 Ekim 2016

3:28 pm


11/10/2016 [19:27]: xeber –
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrupunun rəhbəri ilə görüşüb.Oktyabrın 11-də Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrupunun rəhbəri Corc Buma ilə görüşüb.Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlar, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, eyni zamanda dayanıqlı inkişafın davamlılığının təmin edilməsi ilə bağlı görülən işlər barədə məlumat verib. Dayanıqlı inkişaf məqsədlərinin ölkə səviyyəsində icrasının təmin edilməsi və bu sahədə səmərəli milli icra mexanizminin formalaşdırılması məqsədilə Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 6 oktyabr 2016-ci il tarixli fərmanının əhəmiyyəti xüsusi olaraq vurğulanıb.Qeyd olunub ki, Dövlət Statistika Komitəsi bır sıra nüfuzlu beynəlxalq təşkilatlarla, o cümlədən BMT-nin struktur bölmələri olan UNDP (BMT-nin İnkişaf Proqramı), UNFPA (BMT-nin Əhali Fondu), YUNESKO, Dünya Bankı kimi qurumlarla səmərəli əməkdaşlıq edir. Milli statistika sisteminin təkmilləşdirilməsi və Avropa standartlarına uyğunlaşdırılması sahəsində görülən işlər və gələcək layihələrdən söhbət açılıb. 12-16 sentyabr 2016-cı il tarixində Avropa Statistika Bürosu (Avrostat), BMT-nin Avropa İqtisadi Komissiyası (BMT AİK) və Avropa Azad Ticarət Assosiasiyası (AATA) tərəfindən Azərbaycan Respublikası Milli Statistika Sisteminin Qlobal Qiymətləndirilməsinin (xarici audit) ilkin mərhələsinin nəticələri diqqətə çatdırılıb.BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrupunun rəhbəri Corc Buma səmimi görüşə görə məmnunluğunu bildirib. Qlobal məqsədlərin Azərbaycan Respublikasında səmərəli həyata keçirilməsi yolunda, dayanıqlı inkişafın təmin edilməsində hökumətin həyata keçirdiyi tədbirlər, o cümlədən Azərbaycanda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının yaradılması müsbət qiymətləndirilib. Dayanıqlı İnkişaf Qrupu olaraq dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində Azərbaycan hökümətinə dəstək verməyə hazır olduğunu bildirib.Görüşdə Dövlət Statistika Komitəsi və BMT-nin İnkişaf Proqramının İstanbul Regional Mərkəzinin Dayanıqlı İnkişaf üzrə Qrupu arasında əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.Qeyd edək ki, Azərbaycan, BMT-nin digər 193 üzvü kimi, 2015-ci ilin sentyabrında BMT Sammitində 2030 Gündəliyini imzalayıb, kollektiv təşəbbüsə qoşularaq, ölkəmizi daha da güclü edəcək təxirəsalınmaz, cəsarətli və transformativ tədbirlərin həyata keçirilməsi öhdəliyini öz üzərinə götürüb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler