Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Köhne kefenler sonsuz qadınlara verilir, sünnet olan uşağa etden libas geyindirilir – adetler

23 Ekim 2016

4:00 pm


23/10/2016 [19:58]: xeber –
sayt  ara-sıra dünyadakı müxtəlif xalqlara, azlıqlara, tayfalara, qəbilələrə xas olan qeyri-adi, maraqlı, eləcə də qorxunc olan adət və  ənənələr haqqında yazılar təqdim edir. Belə yazıların oxucular tərəfindən çox maraqla qarşılandıını nəzərə alıb bu mövzuda növbətini yazını təqdim edirik. Bundan əvvəl sizə İndoneziyanın bir qəsəbəsində yaşayan Troja adlı tayfanın icra etdiyi ölüləri məzardan çıxarma ənənəsi haqqında məlumat vermişdik. Sən demə bu adət təkcə trojalarda mövcud deyilmiş. Belə ki, Madaqaskarın paytaxtı Antananarivonun 50km uzaqlığında yerləşən Ambohitseheno şəhərindəki Nanjakana Morarano kəndində də qəbirdən çıxarmaq adəti var. Və bu adət indi də davam etdirilir.Ölümlə həyat arasında əlaqə qurduqlarına inandıqları üçün ölüləri qəbirdən çıxarmaq ənənəsini davam etdirən kəndlilər özlərini bununla atalarının adını daşımağa layiq gördüklərinə inanırlar.Qəbirdən çıxarma mərasiminə qatılan kəndlilər ölən ailə üzvlərini şərəfləndirmək məqsədilə mərasim iştirakçılara qurbanlıq ət və plov paylayırlar.3 gün müddətinə davam edən bu mərasimin ilk günündə kənddəki bütün xalq ziyafətə dəvət edilir.2-ci gün Hira Gasy adı verilən ənənəvi musiqilər altında rəqslər edilir.3-ci gün isə ölüləri qəbirdən çıxartma prosesi başlayır.Qəbirdən çıxarılan ölülərin köhnə kəfənini çıxarıb yeni kəfənlərə bükürlər. Köhnə kəfənlər uşaqları olsun deyə sonsuz qadınlara və ya şans gətirdiyinə inanan kəndlilərə təqdim edilir.Yeni kəfən geyindirilən cəsədlər quruması üçün bir müddət saxlanıldıqdan sonra 7 dəfə məzarının ətrafında fırladılır. Daha sonra rəqslərin müşayəti ilə məzarlarına geri qoyulur.Keniyada uşaqların sünnət mərasimi zamanı həyata keçirən ənənə də olduqca təəccüblüdür. Keniyanın qərbində yerləşən Bungomada Luhya qəbiləsinə məxsus Bukusa xalqının kişi üzvlərinin hər ilin avqust ayında etdikləri bir adət var. Belə ki, həmin vaxt 16 yaşından kiçik bütün kişilər sünnət olunmaq üçün əvvəlcə buz kimi soyuq çaya girirlər. Mərasimdə aparılan bütün sünnətlərdə keyləşdirmə üçün hər hansı iynə və ya dərmandan istifadə edilmir. Mərasimindən əvvəl gecə ailənin bir kişi üzvü bir inək kəsir və sünnət ediləcək oğlanın əyninə həmin inəyin ətindən paltar kimi geyindirilir. Bundan sonra oğlanlar bir neçə dəqiqəlik buz kimi suyun içinə girilər. Sudan çıxdıqdan sonra sünnət əməliyyatına başlanır.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler