Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Klinton sehvini dünyaya beyan etdi – “İraq müharibesi yanlış idi”

10 Eylül 2016

8:12 am


10/09/2016 [12:09]: xeber –
ABŞ prezidentliyinə xanım namizədin fikirlərinin pərdəarxası məqamları; ekspert: “İndidən etiraf edir ki…”ABŞ-ın sabiq dövlət katibi, prezidentliyə namizəd Hillari Klinton İraqda hərbi əməliyyatların keçirilməsinə dəstək verdiyi üçün peşman olduğunu bildirib. APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, o, bu barədə MSNBC telekanalının efirində deyib.“Prezident Corc Buşu dəstəkləyərək İraqda müharibənin lehinə səs verəndə səhv etmişəm. İraqda müharibəyə başlamaq səhv qərar idi. İnsan ən çox öz səhvlərindən öyrənə bilər. Biz bunun necə baş verdiyini dərk etməliyik ki, gələcəkdə belə hallar baş verməsin ”, – deyə Klinton qeyd edib.İki ay sonra Amerika prezidenti olmağa ən şanslı namizəd sayılan xanım Klintonun bu açıqlaması dünya gündəminə oturub. Ekspertlər hesab edir ki, bu, sırf seçkilərə yönəlik bir addımdır. Çünki ABŞ daxilində İraq əməliyyatlarının yanlış qərar olduğunu deyənlər artır. Klintonun rəqibi Donald Tramp isə bundan istifadə eləməyə çalışır.Seçki ərəfəsini yaşayan ABŞ-da təkcə İraqla bağlı müzakirələr getmir. Artıq 2011-ci ildə “Ərəb baharı”nın təsiri ilə bir sıra ölkələrdə baş verən üsyanlara Amerikanın dəstək verməsi də ciddi şəkildə tənqid olunur. Səbəb kimi həmin ölkələrin bugünkü acınacaqlı durumu göstərilir. ABŞ-dan əlavə, digər Qərb ölkələri daxilində də analoji fikirlər aparıcı yer tutmağa başlayıb.Politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Amerika 2000-ci ildən etibarın xarici siyasətdə səhvləri ard-arda edib: “2001-ci ilin 11 sentyabrında terrorçuların Amerikaya məlum hücumundan sonra o zamankı prezident Corc Buş əsəbi halda sərt qərarlar verdi. Əvvəlcə Bin Ladeni tələb etdi, alınmayanda Əfqanıstanla müharibəyə başladı. İkinci səhv qərar da İraq oldu. Yalandan guya Səddam Hüseynin əlində nüvə silahı var deyə, onun üzərinə hücuma keçdilər. Qısa müddətdə Səddam Hüseyni məhv etdilər, yerində nə qazandılar? O, diktator olsa da, ən azından İraqın ərazi bütövlüyü var idi. Pis-yaxşı əhali normal yaşayırdı. Terrorizm İraqda ümumiyyətlə yox idi. İndi bunların hamısı İraqda var, ölkə üç yerə parçalanıb, yüz minlərlə insan qırılıb. Ölkənin ərazi bütövlüyünün necə təmin olunacağı bilinmir. Barak Obama hakimiyyətə gələndən sonra dedi ki, diqqəti Əfqanıstan üzərində cəmləşdirib, qoşunları İraqdan çıxaracam. Bu, daha təhlükəli oldu. Çünki İŞİD kimi təhlükəli terror qruplaşması meydana çıxdı. Bu terror qruplaşmasının aparıcı fiqurları isə Səddam Hüseyn ordusunun zabitləridir. İşsiz qaldıqlarına görə onu yaratdılar. Liviyada da ABŞ böyük səhvə yol verdi. Bunu Obama açıq şəkildə etiraf etdi. Qəddafi də Səddam Hüseyn kimi diktator idi, amma əhalinin yaşayışına böyük diqqət ayırırdı. Liviyanın ərazi bütövlüyü var idi. Amerikanın xarici siyasətindəki bu cür yanlışlıqlardan sonra bu dövlətin siyasətinə inamım azaldı. Bütün dünyada da belədir. Bu hadisələr baş verən zaman dövlət katibi olan şəxs indi prezidentliyə iddiaçı şəxsdir. Klintonun səhvini etiraf etməsi nəyi dəyişəcək? Öldürülən minlərlə insanı geri qaytarmaq mümkün olmayacaq. İnanmıram ki, yaxın zamanlarda İraqın ərazi bütövlüyü yenidən təmin olunsun. Böyük dövlətlər DAİŞ-i necə aradan qaldırmaq üzərində baş sındırırlar. Bu da Amerikanın siyasətinin yaratdığı bəladır. Trampın mövqeyi son günlərdə möhkəmlənib. Əgər mart ayında Klinton reytinqdə öndə idisə, indi əksi baş verir. Çünki Klintonun etiraf etdiyi səhvləri Tramp əvvəlcədən deyirdi. Son çıxışında maraqlı bir nüans baş verdi. Jurnalist Putinin etdiyi səhvlərlə bağlı Trampa sual verdi. O, isə cavabında bildirdi ki, Obama bəyəm Putindən az səhv edib, yaxud ondan qabaqkı prezidentlər. Yaxın günlərdə Trampla onun arasında teledebatlar başlayacaq. Tramp çox hazırlıqlı, nitq qabiliyyəti yüksək olan bir siyasətçiyə çevrilib – bəzi fikirlərini bəyənməsək belə. İraq məsələsində Klintonu teledebatda mütləq vuracaq. Ona görə də Klinton indidən səhvini etiraf edir ki, teledebatda pis vəziyyətə düşməsin”.Politoloq “Ərəb baharı” ilə bağlı səslənən etiraflara da toxundu: “Son 10 ildə iki cərəyanı müşahidə etdik: keçmiş sovet ölkələrində ”rəngli inqilablar” və ərəb ölkələrindəki “Ərəb baharı”. “Rəngli inqilablar”ın uğurla başa çatdığını da söyləmək mümkün deyil. Doğrudur, Gürcüstanda hakimiyyət dəyişikliyi olub, demokratik ənənələr formalaşıb. Amma Gürcüstan Cənubi Osetiya və Abxaziyanı itirdi. Ukraynada da eyni proseslər getdi. Eyni ilə “Ərəb baharı” baş verən ölkələr bu aqibətlə üzləşdi. Həmin ölkələr diktatorlardan qurtuldu, amma demokratiya formalaşmadı. Əksinə, oralarda terror tüğyan etdi, ölkələr tar-mar oldular. Yıxmaq asandır, onu qurmaq isə – çətin. Amerika yıxmağı yaxşı bacardı, amma qurmağı bacarmadı. Bunu edə bilmədiyi üçün də belə hadisələr baş verdi”.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler