Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Klicdaroglunun qardasindan CHP-ya FETÖ ittihamlari

01 Aralık 2016

6:56 am

– xeber –
CHP sədri Kamal Kılıçdaroğlunun qardaşı Cəlal Kılıçdaroğlu CHP-dən istefa verdiyini açıqlayıb.
Avropa.info xəbər verir ki, Cəlal Klıcdaroğlu yaydığı yazılı açıqlamada partiyanın sədr müavini Təkin Bingölün onun CHP-dən çıxarılmasını tələb etdiyi üçün bu addımı atdığını deyib.

“FETÖ-nün Didim Bələdiyyəsi ilə olan əlaqəsini ortaya çıxarmaq üçün etdiyim yürüşdən sonra, CHP-nin sədr müavini Təkin Bingöl mənim partiyadan çıxarılmağımı istəyib. Şərəf duydum, çünki, mən mübarizəmdə haqlıyam və haqlı olduğum ortaya çıxacaq. CHP rəhbərliyi, Atatürkün prinsip və inqilablarına sahib çıxan, FETÖ-yə qarşı duran, ölkəsinə, millətinə, partiyasına bağlı olan bir insanı partiyadan çıxarmaqla hədələyir, lakin FETÖ-nün bələdiyyə imamı olduğu dəqiqləşən Erkan Karaaslan ilə səmimi davranır.

Belə bir insanı dəstəkləyən bir partiya ilə mənim də işim olmaz. CHP rəhbərliyi Atatürkün şəkilini zibil qutusuna atanı deyil, bunu aşkara çıxaranı partiyadan çıxarmaq istəyir . Atatürk abidəsini söküb Didim Bələdiyyəsinin zibilliyinə atan Dəniz Atabayı deyil, məni partiyadan qovurlar. FETÖ-nün məktəblərinə yardım edən Beşiktaş Bələdiyyə sədri Murad Xəzinədarı deyil, vətəninə millətinə sadiq olan Birgül Ayman Güləri partiyadan qovurlar. Bu qədər olanlardan sonra ağlıma bu sual gəldi: Görəsən, məni partiyadan çıxarmaq üçün təlimatı Pensilvaniyadan aldılarmı? Bu saatdan sonra, mən CHP-də qalmaram. Zəhmət çəkməsinlər, istefa verirəm”.

axar.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler