Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

KİV:”Islam Kerimov sentyabrın 3-de Semerqendde defn olunacaq” – Fotolar

01 Eylül 2016

11:36 pm


02/09/2016 [03:33]: xeber –
Özbəkistanın yerli və bəzi xarici KİV-lər prezident İslam Kərimovun ata yurdu olan Səmərqənddə dəfn mərasiminin keçirilməsinə hazırlıq işlərinin sürətlə aparıldığını bildirir.     “Reuters” agentliyinin məlumatına görə, hazırda şəhərin mərkəzi küçələrində genişmiqyaslı təmizlik işləri həyata keçirilir.    Yerli “Fərqanə” xəbər agentliyi də İslam Kərimovun Səmərqənddə dəfninə hazırlıq işlərinin aparıldığını bildirir. Nəşr sentyabrın 1-də çəkildiyi iddia edilən şəkillərə əsaslanaraq bildirir ki, Özbəkistan lideri iki qardaşı və anasının məzarı yanında dəfn olunacaq.      Agentlik qeyd edir ki, İslam Kərimovun vəfat etməsi barədə məlumat rəsmi olaraq sentyabrən 2-də elan ediləcək. 78 yaşlı Özbəkistan liderinin dəfn mərasiminin sentyabrın 3-də keçiriləcəyi bildirilir   Məlumata görə, yerli vaxtla 23.00-da  göyərtəsində İslam Kərimovun cəsədi olduğu təyyarə paytaxt Daşkənddən Səmərqəndə yola düşüb. Agentliyin məlumatına görə, MDB ölkələri və digər xarici dövlətlərin rəsmi şəxsləri vida mərasimində iştirak etmək üçün Özbəkistana səfər edəcək.    Yerli “Azadlıq” radiosu Özbəkistanın baş naziri Şövkət Mirzəyevin Səmərqəndə gəldiyini bildirib. Şəhərdə təhlükəsizlik tədbirləri xeyli gücləndirilib, mərkəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılıb.   Qeyd edək ki, “Fərqanə” agentliyi bundan əvvəl İslam Kərimovun sentyabrın 29-da beyninə qaz sızmasından vəfat etdiyini bildirib. Lakin, İslam Kərimovun vəfat etməsi xəbəri indiyədək rəsmi təsdiqlənməyib./APA/


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler