Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“KİV-lerin cezalandırılacağı ile bağlı xeberdarlıqlar çekindirici effekt yaratmaq üçündür”

22 Haziran 2016

7:32 am


22/06/2016 [11:30]: xeber –
Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun ötən ilin noyabr ayında
KİV-ə ünvanladığı xəbərdarlıqdan 8 ay ötür. Xatırladaq ki, Ə.Həsənov məlum xəbərdarlığında
vəzifəli şəxsləlrə bağlı dezinformasiya yayn KİV-lərin ciddi şəkildə cəzalandırılacağını
bildrimiş, həmin media orqanları ilə bağlı sərt tədbirlərin görüləcəyini
vurğulamışdı. Lakin administrasiya rəsmisinin məlum xəbərdarlığından 8 ay ötsə
də, hələ ki, hər hansı bir KİV buna görə cəzalandırılmayıb.

Maraqlıdır,
edilən xəbərdarlığa uyğun olaraq media orqanlarının məsuliyyətə cəlb edilməməsi
nə ilə bağlıdır? Doğrudanmı KİV-də  8 ay ərzində
heç bir dezinformasiya getməyib? Əgər gedibsə, o zaman niyə həmin media
orqanları ilə bağlı hər hansı tədbir görülməyib?

Bununla
bağlı sayt-a açıqlama verən “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri,
media eksperti Arif Əliyev bu cür xəbərdarlıqların adətən çəkindirici effekt
yaratmaq üçün səsləndirildiyinə diqqət çəkdi:

“Bu cür xəbərdarlıqlar, məhdudlaşdırıcı normaların
yeridiləcəyi haqqında elanlar vaxtaşırı verilir. Xüsusilə də elektron media ilə
bağlı parlament səviyyəsində elan edilib ki, bu məsələyə yaxın vaxtlarda
baxılacaq, ciddi tədbirlər görüləcək və s. Amma bunları həyata keçimək o qədər
də asan məsələ deyil. Söhbət mövcud qanuni normaların tətbiqindən gedirsə, bu
barədə ayrıca nə isə elan etməyə ehtiyac yoxdur. Bu normalar onsuz da
mövcuddur. Müəyyən hallarda tətbiq olunur. Amma yeni normalardan söhbət gedirsə,
onun hazırlanması və tətbiqi həmişə həm hakimiyyətin daxilində müəyyən müqavimətə
rast gəlir, çünki orda da vəziyyət birmənalı deyil. Həm də jurnalist cəmiyyəti
və beynəlxalq təşkilatlar tərəfindən də ciddi müqavimətlə üzləşir. Son illərə nəzər
salsaq görərik ki, məhdudlaşdırıcı amillər daha çox informasiyanın əldə edilməsi
ilə bağlıdır.

Hesab edirəm ki, yalan
informasiyalar yayan KİV-lərin cəzalandırılacağı ilə bağlı xəbərdarlıqlar daha
çox çəkindirici effekt yaratmaq üçündür. Çünki bu sahədə bəzi normaların sərtliyi
haqqında söhbət çoxdan gedir. KİV haqqındakı qanunda həyata keçirilən dəyişikliklərlə
bağlı mübahisələr də bununla bağlıdır”.

 

Seymur Əliyev




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler