Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kitabları ingilis diline tercüme olunmuş yazarların nezerine!

21 Ağustos 2016

10:16 am


21/08/2016 [14:12]: xeber –
ABŞ-ın İndiana, o cümlədən Miçiqan Dövlət universitetlərində dünyanın hər yerindən tələbələr təhsil alır. Bu universitetlərin hər birində zəngin kitabxanalar mövcuddur ki, tələbələr mütamadi olaraq həmin kitabxanalardan istifadə edirlər. Və bu kitabxanalarda dünya ölkələrinin hər birinin mədəniyyətinə, tarixinə, məişətinə, ədəbiyyatına xas olan kitablar var. Maraqlı orasıdır ki, həmin kitabxanalarda Azərbaycanla bağlı kitablar çox azdır. Qərara gəlmişəm ki, adı çəkilən universitetlərdəki tanışlardan istifadə edərək Azərbaycan yazarlarının ingilis dilində olan maraqlı kitablarını həmin kitabxanalara hədiyyə edək. Kitablarının dünya şöhrətli bu universitetlərin kitabxanalarında olmasını istəyən müəlliflərdən xahiş edirik ki, bu fürsətdən istifadə edib bizimlə əlaqə yaratsınlar. Sizin xərciniz yalnız verəcəyimiz ünvana kitabları bağlama edib göndərməyə çıxacaqdır. Azərbaycandan ABŞ-a bağlama göndərməyin xərci çəkisindən asılı olaraq, təxminən 100-150 manat civarındadır.P.S. Texniki kitablar da mümkündür.Ünvan: Elman Mustafayev. 26 Middlevale Rd. Bldg 1628. Apt. C. East Lansing. Mİ 48823-5857. USA


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler