Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kişilerin bayramı…- Azerbaycanın Silahlı Qüvveler Günü

26 Haziran 2016

5:08 pm


26/06/2016 [21:06]: xeber –
“Salam! Səni Azərbaycanda Silahlı Qüvvələr Günü münasibətilə təbrik edirəm”. Neçə illərdir ki, dost-tanışdan aldığım bu təbrik ismarıcı həm məni qıcıqlandırıb, həm də elə düşünürdüm ki, bu diqqətcil insanlar məni ələ salırlar. Fikirləşirdim ki, torpaqlarının xeyli hissəsi yağı əlində yağmalanan, illərdən bəri əsgəri atəşkəs rejimi altında mürgüləyən, tüfəngi pas atan bir məmləkətin kişisinə silahlı qüvvələr günü təbrik düşürmü? Və heç bir təbikə cavab vermirdim. Bu cür təbriklərin əks cinsin nümayəndələri tərəfindən yollanması isə mənə daha ağır gəlirdi, pis təsir edirdi. Bu təbriklərin alt qatında yurd yerlərimizin işğalda azad olunmasına çağırış hiss olunurdu. Hər təbrikin arxasında bir sual dayanırdı: güclü ordumuz, müasir silahımız, iqtisadi imkanlarımız olduğu halda, döyüşə başlamağımız üçün nəyimiz çatışmır. “Nəyimiz” məsələsi məni də həmişə düşündürüb.    Düzdür, mən hərbiçi deyiləm. Ancaq işimizdən-gücümüzdən, yaşımızdan asılı olmayaraq hər birimiz sevgili vətənin daimi əsgərləriyik. Həm də biz kişilərin xüsusi bayramı olmadığı üçün, iyunun 26-sı dolayısı ilə də, düzü ilə də bizim günümüz hesab olunur. Xatırlayırsızsa, dağılmış ittifaqın tərkibində olanda 23 fevral dəniz donanması günü kişilərin bayramı kimi qeyd edilirdi. Dağılmış dağılandan sonra, bir növü, bu bayramı 26 iyun əvəz elədi-Müstəqil Azərbaycanın Silahlı Qüvvələr Günü.Bu gün yenə də bayramdı- Azərbaycanın Silahlı Qüvvələr Günüdür. Əvvəlki illərdən fərqli olaraq, bu ilki ordu gününü aprelin əvvəlindən səbirsizliklə gözləyirəm. Axı mənə yenə təbriklər gələcək və ötən illərdən fərqli olaraq bu təbriklərə cavab yazacam: qürurla, iftixarla…bu dəfə ən gözəl sözləri ordumuzun ünvanına söyləyəcəm. Şanlı, qüdrətli, güclü ordumuz var, deyəcəm. Və bu fikri məndə bu ilin aprel döyüşləri yaratdı. Düşmənin burnun ovan əsgərlərimiz, bu haqq savaşda qalib gələcəyimizi sübut etdilər. “Erməni silahlı qüvvələri atəşkəs rejimini yenə də pozmuş, düşmən cavab atəşi ilə susdurulmuşdur.” Bu standart sözlər illərdir ki, qulağımızı yağır eləyib. İnşallah bir gün bu sözlər qulağımıza çatacaq-Düşmən bir dəfəlik cavab atəşi ilə susduruldu.Bu gün mənə ünvanlanan bir neçə təbrikə cavab yazdım. “Mən də sizi təbrik edirəm. İnanıram ki, tez bir zamanda işğal olunmuş torpaqlarımızı düşməndən azad edəcəyik. Həmin gün tarixə Azərbaycan Silahlı Qüvvələrinin Qələbə  Günü kimi yazılacaq.”Bayramınız Mübarək!Namiq Dəlidağlı




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler