Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kişileri elcek kimi deyişen, intihar eden qadın nazir – FOTOLAR

17 Ağustos 2016

2:36 pm


17/08/2016 [18:32]: xeber –
O, ecazkar qadın idi. Qırx yaşı vardı, lakin gənc qıza oxşayırdı. Arıq, düzgün bədənli, mavigözlü, tac şəklində hörülmüş saçı… Nikita Sergeyeviçin xaricə hazırlaşarkən verdiyi əmri başa düşmək olar: “Nümayəndə heyətinə mütləq Furtsevanı əlavə edin! O, mənə lazım olacaq!”. Xruşşov Fursteva ilə yola çıxmağı xoşlayırdı… Kişilər nə üçün onun ardınca həsrətlə baxırdı? Özünü formada saxlamaq üçün o, çox çalışırdı. Yekaterina Alekseyevna gimnastika ilə məşğul olurdu, tennis oynayırdı, saunaya getmək zamanı gələndə bütün işlərini təxirə salırdı. O, saunada rəfiqəsi Lüdmila Zıkina ilə vaxt keçirməyi xoşlayırdı. Eşidəndə ki, Fransada arıqlamaq üçün “qraçidin” həbləri satırlar, onları gətizdirir və müntəzəm istifadə edirdi. Bəzən başı hərlənirdi, buna baxmayaraq öz rejiminə ciddi əməl edirdi. O, necə yaşayırdı… Yekaterinanın ilk əri çox da uzaqgörən deyildi. Saratov Aviasiya Texnikumunun komsomol yarim bölməsinin rəisi evləndiyi köməkçisinin əsl təbiətini görə bilməmişdi…Onun üçün Yekaterina həmişə yeddinci sinif təhsilli komsomol fəalı olaraq qaldı.Yekaterina fabrik-zavod texnikumunda da təhsil almışdı və rəhbərlik onun qabiliyyətini yüksək qiymətləndirirdi. Cütlük Saratovdan Moskvaya köçdükdən sonra, Furtsevanı MK ÜLKGİ- ə (Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı) qəbul edirlər, attestatı olmasa da, Kimya Texnologiyaları İnstitutuna daxil ola bilir. Yekaterinanın əri isə hələ də fil qulağında yatırdı. Amma hiss edirdi ki, arvadı pis təhsilinə baxmayaraq, ictimai işlərdə uğur qazana bilir. Yekaterinanın əri müharibənin ilk günlərində cəbhəyə gedir və geri qayıtmır. Sonralar məktub yazır ki, onun artıq başqa ailəsi var. Bu cütlük haqqında tarix elmləri namizədi E. Taranov, “Tarixi sensasiyalar kitabı”nda maraqlı faktlar yazmışdır. (“Paritet” nəşriyyatı, 1993). Alim Yekaterinanın yüksələn partiya karyerasını izləyib, ( İdman üzrə rayon şurasının üzvündən tutmuş, KPSB MK-nin (Sovet Birliyi Kommunist Partiyası Mərkəzi Komitəsi) katibinə qədər), arxiv sənədlərini tədqiq edib, onun haqqında gəzən şaiyələri, xatirələri toplayıb və Yekaterinanın siyasi simasını müəyyənləşdirib. Tikiş fabrikindən SSRİ-nin mədəniyyət naziri postuna… Yekaterina Alekseyevna Frunzensk partiya katibi seçilir. İşçilərin onun üçün yazdığı hesabatı çox savadsız oxuyur, vurğuları düzgün tələffüz etmir. Çıxışının pis alındığını ona deyirlər. Bundan sonra o, əzbərləməyə başlayır. Yaddaşı güclü idi, çıxışları emosional alınırdı. O, özünü çox ciddi partiyaçı kimi göstərirdi. Bundan ötrü hansısa professorun işdən çıxarılmasını təşkil edir və nitqində onu “ifşa” edirdi: “Siz necə kommunistsiniz? Özünüzü necə bu hala sala bilirsiniz?” və s. Sevgi macəraları Tarixçi E. Taranov yazır: “Moskva şəhər komitəsinin katibi, yaraşıqlı N. Firyubin ona pərəstiş edirdi. Onlar gizlicə görüşürdülər, məzuniyyətlərini birlikdə Soçidə keçirirdilər. Yekaterina tələb edirdi ki, münasibətləri ciddiləşsin. O isə boşanmanı uzadırdı, çünki iki uşağını ata bilmirdi. Partiya etikası da, belə bir skandalın çıxmasına icazə verməzdi. Yalnız 1951-ci ildə Firyubin boşanma ərizəsi yazır. Onlar tezliklə evlənirlər, lakin Xruşşov toydan sonra Firyubini sosialist ölkələrindən birinə səfir təyin edir… Xruşşov Yekaterina ilə xaricə səfərlərə getməyi xoşlayırdı. Onun gözəlliyi hətta Stalini də cəlb etmişdi. Təntənəli məclislərin birində Stalin onu çağırıb, söhbət etmişdi, xahiş etmişdi ki, foto çəkilərkən yaxınlıqda olsun. Onun demək olar ki, rəfiqəsi yox idi. Yekaterina inadla vəzifələrə yüksəlir, yalnız karyerası barədə düşünürdü. Onun nə zaman, necə addım atacağını kimsə təyin edə bilməzdi. Məsələn, bu gün insanların içində professor Klyuyev haqqında xoş sözlər deyir, bir qədər sonra isə onu “amerikan elmi qarşısında baş əydiyi” üçün biabır edir. Dünən o, Taqandakı teatr barədə xoş sözlər deyirdi, bu gün isə kənd kasıblığını açıq-aşkar göstərdiyi üçün növbəti əsəri repertuardan çıxartdırır. Eyni münasibəti o, kişilərə də göstərirdi. Vəfasız dost “Sovet ədəbiyyatının marşalı” titulunu qazanmış Stalinin məsləhətçisi Aleksandr Fadeyevin 50 illiyi keçirilirdi. Banket zalında Yekaterina Furtseva ilə mavigözlü, yaraşıqlı Fadeyev tanqo oynayır, ətrafdakılar isə heyrətlə bu cütlüyün möhtəşəm göründüyünü deyirdilər. Onlar dostcasına zəngləşirdilər, biri-birlərini görəndə sevinirdilər. “Marşal” qara siyahıya düşəndə Furtseva nümayişkarcasına onun adını rəyasət heyətləri, iclaslar, ictimai tədbirlər siyahısından çıxarır. Artıq onu kabinetinə çağırmır, xüsusi olaraq, özü üçün hazırlatdığı qara quşüzümü içkisindən təklif etmir. Onu siyasət maraqlandırmırdı? “Vışnevo Voloçka” fabrikinin tələbəsi Furtseva öz siyasi karyerasını müxtəlif vasitələrlə inkişaf etdirir. Bir dəfə o, Moskva Şəhər Partiyasında Məişət Xidməti Nazirliyinin işçilərini toplayır. Hesabatdan sonra müzakirələr başlayır. Furtseva professionallıqla “azad tikişin” üstünlüyündən, büzmələrdən, düzgün paltarlardan, dəb jurnallarından istifadənin vacibliyindən, alabəzək materialların alınmasından danışır. Elə həmin vaxtdan Moskvanın ən yaxşı dərziləri Yekaterina Alekseyevnaya xidmət etməyə başlayır. Saxta elmi iş və… O, çox gözəl geyinirdi. Onun kostyumlarının, paltarlarının forması anındaca xarici qəzetlədə çap edilirdi. Qərbin dəb jurnalları Yekaterinanı qeyri-rəsmi olaraq Moskvanın birinci xanımı elan etmişdi.Eleqant, enerjili, rəhbərlərə əhatə olunmuş, özünü yüksək vəzifələrdə rahat hiss edən Yekaterina birdən qərara gəlir ki, tam xoşbəxt olmaq üçün onun elmi dərəcəsi çatmır. Gərək dissertasiya yazsın! Mövzunu ona deyirlər: “Nazirliklərin partiya rəhbərliyi”. O, bu barədə fikrini bildirən kimi, pərəstişkarları onun üçün elmlər namizədlərindən ibarət qrup hazırlayır. Əlbəttə ki, Furtseva bu köməyi məmnuniyyətlə qəbul edir. Amma  dissertasiya hazır olanda qəfil hadisə baş verir: nazirlikləri ləğv edərək, Sovet Xalq Təsərrüfatı idarələri yaradırlar. Təbii ki, dissertasiya məsələsi təxirə düşür. Yekaterina yeni vəzifələrə təyin edilir. O, Moskvada müasir standartlara uyğun yeni məktəb tikdirir. Tibb İnstitutu üçün yeni klinika açmağa söz verir və bunu edir. Qarşıdurmalar ərəfəsində Malenkov, Kaqanoviç və Molotov  Xruşşovla “haqq-hesab çürütmək” istəyəndə o, sadiq insanlara zəng edir və onlar Xruşşovu xilas edirlər. Xruşşovla sevgili idilərmi? Xruşşovla Furtsevanı qarşılıqlı simpatiyadan əlavə nəsə bağlayırdımı? Tarix burada susur…Amma onun 50 illiyində Nikita Sergeyeviç  Brejnev və Mikoyanla birgə qadının bağ evinə gedir. Musiqi, güllər, tostlar, zəngin hədiyyələr içərisində Lenin ordeni də olur. Sonralar, Partiyanın XXII qurultayında Furtsevanın xahişi ilə heç qurultayın nümayəndəsi belə olmayan həyat yoldaşı Firyubini MK KPSB-nin üzvlüyünə namizəd seçirlər. Yeri gəlmişkən, Yekaterinanın bağ evi barədə də çox danışılır. Bir neçə il ərzində Yekaterina sadə bağ evini çox zəngin malikanəyə çevirmişdi. Mərmər girəcək, sauna və digər bər-bəzək və s. Partiya Nəzarət Komitəsi dəbdəbəli həyatsürdüyünə görə, ona şiddətli töhmət verir. Deyilənə görə, hətta onu partiya sıralarından da çıxarmaq istəyiblər, lakin Xruşovun xahişi ilə bu məsələdən yan keçilir. Tarixçi E. Taranov danışır: “Onun kabinetinə yazıçılar və kino işçiləri yığılmışdı. Ciddi söhbət gedirdi. Birdən qapını döymədən, içəri yarımhərbi formalı şəxs daxil oldu. Stola yaxınlaşdı və telefon xəttini kəsib, aparatı götürüb çıxdı. Hamı yerində donmuşdu. Hamı bir-bir otağı tərk edir. Yekaterina evə qayıtdıqdan sonra, damarlarını kəsir. Lakin onu xilas edirlər. Xəstəxanadan çıxanda o, artıq SSRİ-nin mədəniyyət naziri idi. Mixail Şoloxov hesab edirdi ki, o, əla nazir olub. Bəstəkar M. Tarverdiyev isə “Musiqi dərsi” kitabında başqa fikir bildirir: “Bu insan mədəniyyət sahəsində savadsız idi. Məsələn, o, simfoniya ilə operanı fərqləndirə bilmirdi…Hətta, bir dəfə Rusiyanın bütün kazak xorunu birləşdirməyi təklif etmişdi.”. Qalina Vişnevskaya “Qalina. Həyat tarixi” kitabında Furtsevanı “içki düşkünü” adlandırırdı. Digər mədəniyyət işçiləri də onu heç də təriflə xatırlamır. Lakin onların bir çoxu orden-medallarına, xarici səfərlərinə görə məhz Furtsevaya minnətdar olmalıdırlar. Lüdmila Zıkina deyirdi: “O, heç kimə “sən” deyə müraciət etmirdi, hamıya hörmətlə yanaşırdı, hamı üçün həyəcanlanırdı…”. Lakin şair Aleksandr Tvardovski bununla çətin razılaşır. Bir dəfə partiya biletlərinin dəyişdirilməsi vaxtı o, qeydiyyat kitabçasında sinfi mənşəyinin dəyişdirilməsini xahiş edir. Orada şairin “kulak” oğlu olduğu yazılmışdı. Furtseva ona söz versə də, sözünü tutmur, heç izahat vermədən cavab verir: “Moskva Şəhər Komitəsi hesab edir ki, dəyişikliyə ehtiyac yoxdur”. Tvardovski etiraz olaraq, partiya biletini almaqdan imtina edir və Furtseva heç vaxt bunu bağışlamır. Sonralar, Tvardovskinin “Yeni dünya” jurnalının baş redaktorluğundan qovulması da məhz Yekaterinanın işi olur. Furtseva çıxış etdiyi təntənəli iclasdan sonra, qəzeti açaraq deyir: “Mən mətbuatı izləyirəm, mənim çıxışımdan sonrakı alqışları az veriblər…İnsanlar unudur ki, bu, mənim yox, partiyamızın şərəfinədir…”İndi demək çətindir: O, həqiqətənmi belə düşünürdü, yoxsa rol oynayırdı? Furtsevanın müəmmalı ölümü Yekaterina Alekseyevna Furtsevanın ölümü indiyədək müəmmalı qalır. 1974-cü il oktyabrın 24-də Yekaterina dünyasını dəyişir. Onun qəfil ölümü ilə bağlı bir neçə versiya irəli sürülür. Versiyalardan birinə görə, Furtseva həyat yoldaşı Firyubinlə birgə yaşadığı mənzilə qayıdanda ona məlumat verirlər ki, artıq təqaüdə çıxmalıdır. Bundan depressiyaya düşən qadın üstəlik, ərinin başqa bir qadınla görüşdüyünü öyrənir. O, ikiqat zərbəyə dözə bilmir… Və bundan sonra baş verənləri heç kim dəqiq bilmir. Gecə yarısı Nikolay Firyubin qızı Svetlanaya zəng vurur: “Artıq anan yoxdur…” Ata ilə qızı xəstəxanaya çatanda , reanimasiya briqadası hələ orada idi. Həkim Svetlanaya bildirir ki, hətta onu xəstəxanaya aparsaydılar belə  xilas etmək mümkün olmayacaqdı. Diaqnoz belə qoyuldu: ürək çatışmazlığı. Moskvada isə onun intihar etməsi ilə bağlı şaiyələr gəzirdi. 2001-ci ildə SSRİ DTK-nin keçmiş sədri Kryuçkova sual verilir:  “Həqiqətənmi Yekaterina intihar etmişdi?” Kryuçkov belə cavab verir: “Həmin vaxt onu tanıyanların hamısı iddia edirdi ki, Furtseva vanna otağında özünə qəsd edib”. “Həyatım boyu yalnız onu sevmişəm…” Onun birinci əri Pyotr İvanoviç Bitkov dəfn mərasimindəki çıxışında deyir ki, bütün həyatı boyu yalnız Yekaterinanı sevib… Firyubin isə Moskva Şəhər Partiya Komitəsinin vəfat etmiş katibinin dul qadını Kleopatra Qoqoloyeva ilə yaşadı. Kleopatra Yekaterinadan dəfələrlə gənc  idi… Yekaterina Alekseyevna Furtseva isə Moskvada Novodeviçye qəbirstanlığında uyuyur. Zaman keçdikcə, onun bütün insanlara xas pislikləri unuduldu. O, yaddaşlarda hədsiz gözəl və enerjili qadın kimi qaldı.(publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler