Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Kişi müsahibe zamanı qefil durub meni öpdü” – Jurnalistlerin müsahibe xatireleri

23 Haziran 2016

12:24 pm


23/06/2016 [16:22]: xeber –
Jurnalistlərin müsahibə prosesində maraqlı hadisələrlə qarşılaşdığını hamımız bilirik. Təcrübəsi çox olan, uzun müddətli iş praktikasına malik jurnalist üçün bu kimi hadisələr o qədər də qeyri-adi hal sayılmır. Amma gənc jurnalistlər koriyeralarının ilk pilləsində müsahibələr zamanı üzləşdiyi maraqlı olayları heç cür unuda bilmirlər.sayt saytı da bunu nəzərə alaraq məhz gənc jurnalistlərdən müsahibə zamanı şahidi olduğu maraqlı hadisələri xəbər alıb:Namidə Bingöl, Modern.az saytının əməkdaşı“Bir dəfə Hafiz Hacıyevdən müsahibə götürəndə maraqlı mənzərə ilə qarşılaşdım. Müsahibə zamanı köməkçisi ancaq mənə çay gətirdi. Hafiz Hacıyev isə əyilib yerdən termos götürdü və özünə çay süzdü. Soruşanda ki, “niyə termosda çay içirsiz?”. Çox gülməli cavab verdi. Dedi ki, məni zəhərləyərləyəcəklərindən qorxuram. Onlar məni öldürmək istəyir. Heç kəsə inanmıram. Heç katibəmə də inanmıram. Çayımı da evdən gətirib içirəm. Üstəlik, “bağışlayın ki, bu çaydan sizə verə bilməyəcəm”-deyəndə dedim ki, “günahkar olmağı düşünmürəm”. Həmin termos hələ də gözümün qabağından getmir.Bir müsahibim də Şuşadan olan məcburi köçkün idi. Müsahibənin ortasında kişi başladı ağlamağa. İxtiyarsız olaraq mən də buna qoşulub ağladım. Bir də ayıldım ki, jurnalist missiyamdan çox uzaqlaşmışam. Evdəkilər də bizə tamaşa edirdilər. Bu arada, düz 10 dəqiqəyə yaxın ağladıq. Sonra müsahibəni yığanda hər ikimizin ağlamağımıza xeyli gülmüşdüm”.Şəhanə Rəhimli, azvision.az saytının əməkdaşı:“Deməli bir dəfə, mahnı müsabiqəsinin gənc ifaçısından müsahibə alırdım. Çox şirin, danışqan mehriban oğlan idi. Düz bir saatdan çox danışdı. Əla bir müsahibə alındı. Elə ki, sağollaşdım, müsahibəni telefonun yaddaşına qeyd edəndə “yes” yerinə “no” düyməsini basdım. Bütün müsahibə silindi. Oğlanı geri qaytarıb yenidən müsahibə aldım. O da yenə başladı. Əvvəl necə danışmışdısa yenidən o cür danışdı.İkinci dəfə də yaxşı müsahibə alındı. Amma yenə də oğlanı yola saland texniki problem baş verdi və müsahibə silindi.Artıq üçüncü dəfə müsahibə almağın yeri yox idi. Rəng aldım, rəng verdim. Amma biruzə vermədim. Müsahibədən dərhal sonra oturub yadımda nə qalmışdısa, hamısını yaddaşımdan yazdım.Bir dəfə də haradasa yaşı 80-90 olan bir baba ilə – Kamil adlı papaq ustası , müsahibəyə getmişdim. Onda da jurnalistikaya təzə gələn vaxtlarım idi. Fotoqrafımız Elçin Murad da mənlə idi.“Salam-sağol”dan sonra müsahibəyə başladıq. Gördüm ki, mən elə sual verirəm, amma müsahib başqa ab-havadadır. Verdiyim sualları sevgi mövzusuna fırladır. Özümü o yerə qoymadım.Sualları verməyə davam etdim. Axırda kişi dözmədi sorusdu : “Ay qızım, mənim neçə yaşım olar?- Yəqin ki, 60.- Düz tapmadın, 80 yaşım var. Cavanlığımın səbəbini deyimmi sizə?- Buyur, ay usta.- Aşıqlıq, rəssamlıq kimi məhəbbət də elə bir şeydir ki, hər adama verilmir. Kimin ki, məhəbbəti var, sevir, o cavan qalır. Aşıq Pənah havayı yerə deməyib ki, “sevgi sevən mərd olar, sevməyən namərd olar. Sevərsən ayrılarsan, bax bu yaman dərd olar”. , cavan olaydım , özün başa düşdün də” deyib üzümə baxdı. Tez müsahibəni bitirdik. Çölə çıxandan sonra Elçinlə buna görə hətta bir az atışdıq. Dedi, sən niyə şirin danışırsan ki, kişi də sənə sevgi elan eləsin. Amma indi o günləri , papaqçı babanı xatırlayanda xeyli gülürük .3-4 il bundan qabaq bir bir kitabxanaçı kişi ilə müsahibəyə getmişdim. Yaşı haradasa 60-70 olardı. Girdim, salamlaşdım. Sonra müsahibəyə başladıq. Həmin məkanda ikimiz idik. Fotoqraf bir az gecikirdi. Sualları verirdim, bu da normal cavablandırıdı. Müsahibənin gedişatında birdən gözləmədiyim anda müsahibim durub üzümdən öpdü. Çox qorxdum. Özümü itirdim, suallar artıq yadimdan çıxdı. Bir gözüm otağın qapısında, bir gözüm də müsahibde qaldi ki, bir də ayağa dursa qaçım. Amma bir təhər özümü topladım. Özümü o yerə qoymadım və müsahibəni bitirdim. Sonra da dabanıma tüpürüb qaçdım”.Cavid Zeynallı, apa.az saytının əməkdaşı“Bir dəfə yaşlı aktyorlardan biri ilə müsahibəyə getmişdim. Müsahibənin şirin yerində müəllimi yuxu tutdu, danışdığı yerdə yatdı. İndi bu yatır, mən də gözləyirəm ki, yuxudan dursaydı, söhbətimizi edərdik. (gülür)Bir dəfə redaksiyadan bir jurnalistə zəng vurublar ki, tədbirdə kimlər çıxış edəcək? O da proqramdan adları saydı-saydı, lap axırda dedi, xaricilərdən də Kofe Break müəllimin çıxışı gözlənilir…”Sevinc Fədai, xeber365.com saytının əməkdaşı:“İndiyə qədər müsahibədə başıma nə isə qeyri-adi hadisə gəlməyib. Ancaq türklər demiş, müsahibimin məni xəyal qırıqlığına uğratdığı olub. Belə ki, müsahiblərim əsasən söz, sənət adamı olub. Onlar arasında çox sevdiyim adamlar olub ki, müsahibə əsnasında tamamilə fikrim dəyişib. Bu da məni çox incidib. Görmüşəm ki, istedadlı insanların hamısı heç də təsəvvür etdiyimiz kimi böyük deyil. İnsani münasibətinə görə müsahibədən ağlayaraq çıxdığım da olub. Hətta sonuncu belə bir müsahibədə ağlaya-ağlaya çıxdım ki, yağış yağır. Özümü filmlərdə haqsızlığa uğrayıb, gedəcək yeri olmayan, tək-tənha qızcığazlar kimi hiss etdim (gülür). Ona görə də artıq müsahibə etməyə bir o qədər də can atmıram”.Sahib Əsədbəyli, idman jurnalisti:“Sayğıdəyər heykəltaraşımız, xalq rəssamı Ömər Eldarovla müsahibə vaxtı – təxminən startdan beş-on dəqiqə keçmiş – diktofonun batareyası qurtarmışdı. Açığı, bir saatadək davam edən söhbətdə rusdilli Ömər bəy fikrini anlatmaqda çətinlik çəkirdi. Yəni, əvvəl təəssüflənsəm də, sonradan bunu nəzərə alıb, ürəyimi yerinə gətirdim. Materiala gəldikdə, etiraf edim ki, cavabların hardasa 70 faizi öz “əl işi”m idi. Məğzə toxunmadan xeyli əlavələr etmişdim”.Elmin Nuri




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler