Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Kiraye qaldığım evin sahibini inandıra bilmirem ki, deputatam” -Millet vekilinden ilginc etiraflar

11 Ağustos 2016
3:28 pm


11/08/2016 [19:26]: xeber –
sayt Milli Məclisin deputatı, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev ilə müsahibəni təqdim edir:- Bu gün 37 yaşınız tamam olur. Ümumən ad günü təəssüratlarınızı bilmək maraqlıdır.- Həyatım boyu təmtəraqlı ad günü keçirməmişəm. Nə uşaqlıqda, nə də yetkin dövrümdə. Dəbdəbəni, qarışıq ortamı, ələlxüsus da hədiyyələri sevmirəm. Özümü tanıyandan özəl günlərimdə tək qalmışam, daha doğrusu təkliyə meylli olmuşam. Hətta bəzən telefonu belə söndürüb həmin günün mahiyyətini azaltmağa çalışmışam. Ya da bu kimi başqa şeylər.- Səbəb?- Yəqin içimdə keçmişdən qalan zədələr var. Fəqət, bunu ən çox onunla bağlayıram ki, ad günü keçirməyin, hədiyyə almağın özü də bir vərdiş məsələsidir. Bu vərdişi isə məndə uzun illər kimsə yaratmayıb. Uşaqlıqda ailəm yola verib, daha sonra başqaları.- Amma güman ki, deputat seçiləndən sonra təbrik edənlərinizin sayı artmış olar.- Deputat olandan sonra adətən xahişlər, “layk”lar, sənin vasitənlə “iş boğmağa” çalışanlar artır, təbriklər elə də artmır. Çünki təbrik mənfəət gətirən iş deyil.- Yəni, cəmiyyətdəki bütün münasibətlər mənfəət üzərində qurulub…- Bütün olmasa da, əksər münasibətlər. Çox təəssüf.- 36 yaşında deputat seçilmisiniz. Gənc olaraq Milli Məclisdə baş çıxarmaq çox çətin deyil ki?- Qətiyyən. Yetər ki, yerini biləsən.- Yerini bilməyənə yerini göstərirlər?- Yerini bilməyən sadəcə nüfuzunu, hörmətini itirir. – Qələbə xəbərini aldığınızda ilk telefon açdığınız adam kim olub?- Qızım. Səsim titrəyərək ona zəng etmişəm. Çünki bu həyatda mənə ondan çox azarkeşlik edən yoxdur. Hətta seçki günü Zaqatalaya dönmədən öncə qızımı bağrıma basıb dedim ki, seçilməsəm, üzülmə və rahat ol. Yəni məğlubiyyətə özümdən çox onu hazırladım. Və…telefonda xoş xəbəri verərkən elə bir bağırtı ilə qışqırdı ki, o səs həyatımın sonuna qədər qulağımda cingildəyəcək. – Neçə övladınız var?- Elə bir qızım var. 4-cü sinfi bu il bitirib. 10 yaşındadı. Həyatda ən böyük arzularım da onunla bağlıdır. İstəyirəm yaxşı təhsil alsın, millətinə, dövlətinə yararlı biri olsun.- Deputat qızı olmağın xüsusi avantajı varmı? Məsələn, məktəbdə güzəştlər olsun, yüksək qiymətlər yazılsın və s.- Əsla. Övladımın müəllimlərinin bəlkə də çoxu heç bilmir ki, mən deputatam. Çünki ailə olaraq reklamı sevmirik. Kimsə də bizə hansısa güzəşti eləmir. Məişətdə də eyni cür. Hamı necə, qızım da elə. Hərdən ata-bala metroya düşüb, avtobusa minib gəzirik, paltarlarımızı adi yerlərdən alırıq, pulu qənaətlə xərcləyirik. – Özəl məktəbdə oxuyur?- Xeyr. Çox təəssüf ki, hələ övladımı özəl məktəbdə oxutmağa gücüm çatmır. Amma bunu çox arzulayıram. İnşallah nə zamansa Əli Kərimli qədər pulum olsa, bunu düşünmədən edəcəm.   – Danışmaq gümüşdürsə susmaq qızıldır”- ifadəsini Milli Məclisə aid etmək olar? – Parlament Qanunverici orqandır. Ehtiyac olanda danışırıq. O danışığa ehtiyac olmayanda susmaq isə bir tək Milli Məclisdə deyil, elə hər yerdə qızıldır.- Elşən bəy, bir dəfə sosial şəbəkədə belə bir status paylaşmışdınız ki, idarə etdiyiniz maşını taksiyə bənzədiblər və ətrafdakı taksi sürücüləri hətta sizi özlərinə rəqib bilərək üzərinizə şığıyıblar. Avtomobiliniz o qədərmi köhnədir ki, onu taksi biliblər?- Avtomobilimin markasını deməyəcəm. Amma bazara çıxardıb satası olsam uzağı 4 min manat pul verərlər.- Bu, “sadə deputat” görüntüsüdür, yoxsa, həqiqətən dəyişməyə imkanınız yoxdur?- Maşın mənim üçün prioritet məqsəd deyil. Ona görə dəyişmirəm. Yəni əlimdəki bütün pulu xərcləyib maşın dəyişəcəyimə, yüz problem həll edərəm. Heç deyim ki, o maşını sürmürəm də. Həftənin ən az 5 gününü ictimai nəqliyyatdan istifadə edirəm. Amma məsələ burasındadır ki, hamı elə bilir göz qaytarıram. Ya da düşünürlər, bunun biznesi, pulu, var-dövləti var, sadəcə üzərinə diqqət cəlb eləmək istəmir. Əslində isə vəziyyət həqiqətən fərqlidir. Durumumdan, bu günümdən əsla və əsla şikayətçi deyiləm. Sadəcə varlı-karlı da deyiləm, bunu da hamı bilsin. Mən siyasətə pul qazanmaq üçün deyil, sidq ürəkdən Prezidentimə, Heydər Əliyev yoluna bağlı olduğum üçün gəlmişəm. Düzgün və doğru insanları müdafiə etməmdən dolayı da son dərəcə xoşbəxtəm. Mənfəət güdən adam olsaydım, 2009-dan bəri kirayədə yaşamazdım. Ya da kirayə qaldığım evin yiyəsini son bir il boyunca cidd-cəhdlə inandırmağa çalışmazdım ki, qardaş, vallah-billah, Allah haqqı mən deputatam, yalan danışmıram.“Oqtay Əsədov çox rahat insandı. Ona istənilən sözünü, dərdini, problemini deyə bilərsən”- Müxalifətə qarşı hər zaman aqressiv mövqeyinizlə seçilmisiz. Neyləyib sizə o müxalifət?- Şəxsi anlamda heç nə. Sadəcə onların səmimiyyətinə və mənim müdafiə etdiyim iqtidardan daha yaxşı olduqlarına heç bir zaman inanmamışam. Bu gün də fikrim ondan ibarətdir ki, tutaq Əli Kərimli xislətində biri hakimiyyətə gəlsə, Azərbaycan uzağı 3 günə müstəmləkəyə çevrilər, Qarabağ əbədiyyən əldən gedər, dövlət viran günə qalar. Ona görə bütün gücümlə belələrinə qarşı vuruşuram. Üstəlik, Azərbaycanda radikal müxalifət adlanan qrupun çörəyi dizi üstündədir. İllərlə onlara təmənnasız yardım edən dostları, silahdaşları bir göz qırpımında satıblar. Elə götürək sizin rəhbəriniz Rauf Arifoğlunu. Adam  müxalifət üçün həyatını fəda edib, bütün riskləri gözə alıb. Nəticə? Nəticə odur ki, liderini satan Əli Kərimli, on illər boyunca bir qabdan yediyi çörəyə gözünü yumaraq tüpürən Arif Hacılı Rauf Arifoğluna bu gün öz aləmlərində dərs keçir, həyat fəlsəfəsi xırdalayır. Oysa, Kərimli ilə Hacılının ikisini bir yerdə tərəziyə qoysaq Rauf bəyin müxalifət adına etdiyi fədakarlıqların 1 faizi qədər ağırlıq etməz. Amma nə olsun, danışanda ağızlarına çullu dovşan sığmır. Utanmadan xalq, millət marağından dəm vururlar. Azərbaycan xalqı da bu cür siyasi personajların əsl simasını görür və daha qlobal miqyasda qiymətini verir. Kişiliyini, yaddaşını, keçmişini unudan kəsdən bu millətə lider olmaz. Mən İlham Əliyevə ona görə hörmət edirəm ki, o dostuna da, silahdaşına da, millətinə də sahib çıxmağı bacaran insandır.- Nə qədər maaş alırsız?- Azərbaycansayağı desək, əlimə 2 min gəlir.- Hər halda yüksək əməkhaqqıdır.- Təbii. Buna kimsə bir söz demir. Çox şükürlər olsun. Sadəcə bəlli bir statusa sahib olandan sonra xərclər də artır. Məsələn, deputat gedib toya 100 manat yazdırsa, kənardan qəribə görünər. Üstəlik, min yerə gedib-gəlirik. Ya da nə bilim, köməkçi maaşı və s. Bunların hamısı hesabdır.- Köməkçinin maaşını dövlət vermirmi? Axı deputat köməkçisi ştatı var.- Verir. Amma məndə durum bir az fərqli oldu. Çox hörmətli insanlar xahiş etdilər ki, məndən öncə deputat olmuş rəhmətlik Hikmət Atayevin köməkçisi öz yerində qalsın. Ayrıca, özüm də kiminsə çörəyinə bais olmaq istəmədim. Həm, yaxşı da insandır, balaları, nəvələri var. Sadəcə bu minvalla mənim Bakıda əsas işlərimi görən, bütün seçki boyu addım-addım yanımda olan, hətta övladımı belə məktəbdən gətirən əsas köməkçim işsiz qaldı. Və bu gün məcburən öz əməkhaqqımın bəlli hissəsini köməkçimlə bölüşürəm. Çünki ona iş tapa bilmirəm. Amma Milli Məclis rəhbərliyinə xahiş etmişəm ki, həmin insanın işlə təmin olunmasına yardım göstərsinlər. Ümid edirəm, dəyərli Oqtay müəllim ilk fürsətdə bu xahişimi nəzərə alacaq. – Ümumiyyətlə spikerlə münasibətiniz necədir?- Çox normal. Oqtay müəllim həddən artıq rahat adamdır. Ona istənilən sözünü, dərdini, problemini deyə bilərsən. Üstəlik, rəhmətlik atamla da normal münasibətləri olub deyə mənə daha həssas yanaşır. İki dəfə qəbul edib, çox gözəl qarşılayıb, dinləyib, fikir mübadiləsi edib. Və deyim ki, Oqtay müəllim əsl ağsaqqaldır. Ona çox böyük hörmətim var.- Kreditiniz var?- İki banka kredit verirəm. Birini dollarla.- O zaman yəqin anlarsız, dollar krediti olanlar hansı çətinlikləri çəkir.- Təbii, anlayıram və eyni adlı duruma üzülürəm. Fikrim də bundan ibarətdir ki, banklar vətəndaşa güzəştə getməlidir. Ən azından verilən kreditlər köhnə məzənnə ilə qaytarılmalıdır.- Elşən bəy, ara-sıra deputatlar hansısa yüksək statuslu məmur ya da hökumət adamları ilə dostluqları haqda xüsusi fəxrlə danışırlar. Sizin belə dostlarınız var?- Dediyiniz kateqoriyada şəxsi münasibətim olan insanlar təhsil naziri Mikayıl Cabbarov və ASAN Xidmətin rəhbəri İnam Kərimlidir. Mikayıl müəllimlə 1 il fərqlə eyni fakültəni bitirmişik, İnam Kərimli isə qrup yoldaşım, lap yaxın dostum və əziz qardaşımdı. – Parlamentdə necə, dostunuz var?- Parlamentdə hər kəs mənim dostumdu. Hər biri də ayrı-ayrılıqda dəyərlidir. Ən çox əlaqə saxladığım, ən yaxın olduğum isə Xaçmazın deputatı Eldəniz Səlimovdur.- Əyləncəni sevirsiz?- Mən tip olaraq qapalı adamam. Nəinki əyləncəni, heç şadyanalığı da sevmirəm. Qarışıq mühitdə elə bilirəm hamı mənə baxır, hamının fikri məndədir. Bu səbəbdən sonuncu dəfə hətta harda rəqs elədiyimi belə unutmuşam.- İçki və siqaretlə aranız necədi?- Dar ortamda içki içənlərlə həmrəy ola bilirəm. Təbii, bəlli etapa qədər. Amma içki mənlik deyil. Siqaret limitim isə yoxdur. Çox çəkirəm. Təcili tərgitməm lazım.- Bir siyasətçi nə zaman xoşbəxt olur?- Siyasətdən gedəndə.- İnsanlar siyasətçidən ən çox nə istəyir?- Ağıza gələni deyil, ağıla gələni danışmağı.- Bu sahədə parlamaq üçün ağıla daha çox ehtiyac var, yoxsa bəxtə?- Səmimiyyətə.- Gözünüzü ən çox mazol edən nədir?- Politoloq və dietoloq. Bu həyatda onlardan çox rastlaşdığım heç nə yoxdur.- Sizi bu gün ilk təbrik edən kim olub?- Siqaret. Baş-başa 37 yaşa girdik. Və bir də 12-ci mərtəbədəki eyvanımdan çox uzaqlara baxdım.- Nə gördünüz?- Arzuları. Hələ əlim çatmayan, ünüm yetməyən arzuları.- Müsahibə üçün təşəkkürlər.- Mən təşəkkür edirəm. (musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap BIST 100 endeksi, günün ilk yarısında yüzde 0,59 değer kazanarak sürekli müzayede işlemlerine verilen araya 77.242,79 puan ile girmişti.Sürekli müzayede işlemlerinin tekrar başlamasının ardından yükseliş eğilimini sürdüren endeks, şu dakikalarda yüzde 0,66 artışla 77.300 seviyelerinde bulunuyor. Analistler, öğleden sonra ABD'de başta fabrika ve dayanıklı mal siparişleri olmak üzere açıklanacak verilerin takip edileceğini belirterek, BIST 100 endeksinin 77.800 seviyesinin direnç, 76.000 seviyesinin destek konumunda olduğunu kaydediyor.Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek bugün güne 1,237.65 dolardan işlem görerek başladı. Havalimanının batısında yer alan ve Gizlani Askeri Üssü'nde de tamamen kontrol sağlandı.Doğu cephesinden ilerleyen federal polis güçleri ve özel kuvvetler askerleri, havalimanı yakınındaki Elbu Seyf köyünü hafta başında terör örgütünden geri almıştı.Güney cephesinden ilerleyerek geçen yıl kentin tamamen kuşatılmasını sağlayan İran destekli Şii milisler Haşdi Şabi grubu da batı cephesinden ilk saldırıyı Çarşamba günü başlatmıştı. Telafer çevresindeki köylerde yoğun çatışma var.Bu arada Musul’un batısından ilk tahliye haberi geldi. El-Memum bölgesinden DEAŞ'ın kalkan olarak kullanmak için alıkoyduğu bin 508 kişi tahliye edildi. -Irak Göç ve Göçmenler Bakanlığınca kentin batısından tahliye edilen bin 508 kişilik ilk grup, Kayyara kasabasındaki kamplara yerleştirildi.Kapalıçarşı altın fiyatlarına göre çeyrek altın fiyatı bugün 192 lira, altın gram fiyatı ise 117 lira seviyesinde.Altın fiyatları ABD'den açıklanan pozitif verilerin ardından yatırımcıların riskli varlıklara geri dönüş yapmasıyla beraber dün geriledi. Spot altının ons fiyatı yüzde 0.2 değer kaybederek 1,237.65 dolardan işlem görürken, dün yüzde 0.7 değer kazanmıştı.KAPALIÇARŞI ALTIN FİYATLARIİstanbul Kapalıçarşı'da 24 ayar külçe altının gram satış fiyatı 116,75 lira, Cumhuriyet altınının satış fiyatı ise 780,00 lira oldu.Bu yıla en hızlı başlayan yatırım aracı altın oldu. 3 yıl yatırımcısına kaybettiren altın, Aralık ayında başladığı yükselişi bu yıl hızlandırdı. Peki altın fiyatları 3 yıllık kayıbın ardından nasıl yükselişe geçti? Altın fiyatları neden yükseliyor? Altın yorumlarını aşağıdaki playerdan izleyebilirsiniz.Analistler, bugün ABD'de açıklanacak ADP istihdam raporunun altın fiyatları üzerinde etkili olabileceğini belirterek, teknik olarak altının onsunda 1.210 doların destek, 1.250 - 1.255 dolar bandının ise önemli direnç seviyeleri olarak takip edileceğini kaydediyor. Altının gram fiyatında ise 116 seviyesinin izleneceğini dile getiren analistler, bu seviyenin altında kalınması durumunda düşüşün ivme kazanabileceğini, olası yükselişlerde ise 118 direncinin gündeme gelebileceğini tahmin ediyor.çarşambaAnalizciler, ABD'de üretimin azalacağına ve OPEC ile OPEC dışı üreticilerin birlikte kararlar alabileceğine ilişkin beklentilerin petrol fiyatlarında yukarı yönlü hareketleri destekleyen ana etkenler olduğunu ifade ediyor.günü 39 dolar sınırına yükselen Brent petrolün varil fiyatı, haftanın ilk işlem gününde 39,47 dolara kadar yükseldikten sonra şu dakikalarda 39,11 dolar seviyelerinden işlem görüyor. Brent petrol son olarak 11 Aralık 2015 tarihinde 39,71 dolara kadar yükselmişti.Avrupa'da tarafında ise piyasalar bu hafta Avrupa Merkez Bankası (AMB) faiz kararı ve Euro Bölgesi büyüme verisini bekliyor. Analistler, 10 Mart’taki AMB toplantısında alınacak yeni önlemlere yönelik beklentilerin arttığını belirtiyor. Bugün İuro Bölgesi'nde Sentix yatırımcı güveni açıklanacak. Cuma günü Almanya'da DAX 30 endeksi yüzde 0,74, Fransa'da CAC 40 endeksi yüzde 0,92 ve İngiltere'de FTSE 100 endeksi yüzde 1,13 prim yaptı.Amerika'da BÜYÜME HEDEFİ REVİZE EDİLDİAsya'da hafta sonu gerçekleşen Çin Ulusal Kongresi'nin yıllık toplantısında ülkenin büyüme hedefinin yüzde 7 civarından yüzde 6,5 - 7,0 aralığına düşürüldüğü kaydedildi. Çin'deki gelişmeler sonrasında Şanghay bileşik endeksi şu dakikalarda yüzde 0,32 yükseldi. Japonya'da Nikkei 225 endeksi ise yüzde 0,61 düşüşle 16.911,32 puandan kapandı.Analizciler, bu hafta yurt içinde sanayi üretimi ve ödemeler dengesi verilerinin izleneceğini, yurt dışında ise AMB toplantısı ve ABD verilerinin takip edileceğini dile getiriyor.Teknik açıdan BIST 100 endeksinin 77.800 seviyesinin direnç konumunda olduğunu aktaran analistler, 76.300 ve 75.500 seviyelerinin destek olarak öne çıktığını vurguluyor. musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler