Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kinq-Boks üzre “Qara kemer” ustasından Prezidente ve DİN rehberine ŞİKAYƏT…

14 Eylül 2016

6:28 pm


14/09/2016 [22:24]: xeber –
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevə,Azərbaycan Respublikasının Daxili İşlər naziri Cənab Ramil UsubovaBakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, İntiqam Nəbiyev küçəsi, ev 3 “A”, mən.,25-də yaşayan Osmanov Azər Nəriman oğlu tərəfindənQaradağ Rayon Polis Idarəsinin Ələddin adlı təhqiqatçısının qanunazidd hərəkətlərindənŞ İ K A Y Ə TMən, Osmanov Azər Nəriman oğlu 1980-ci ilin sentyabrın 16-da Qazax rayonunda anadan olmuşam. Uzun müddət kinq-boks üzrə idmançı olmuşam. (“Qara kəmər” ustası titulum var)1994-1996-cı və 1999-cu illərdə bu idman növü üzrə Gürcüstan çempionu,1999-cu ildə isə Moskvada keçirilən Dünya çempionatında 2-ci yerə çıxmış, gümüş medal almışam.2001-ci ildə Gürcüstanda keçirilən Beynəlxalq Turnirdə “Qızıl kəmər”in qalibi olmuşam.2002-ci ildə Qazaxıstan Respublikasının Alma-Atı şəhərində keçirilən beynəlxalq turnirin qalibi olmuşam. Hazırda məni Türkiyədə keçirilməsi nəzərdə tutulan mötəbər idman yarışlarına dəvət edirlər.1998-2000-ci illərdə yaşadığım Lökbatan qəsəbəsində karate üzrə məşqçi olmuşam.Mənə MDB-nin demək olar ki, çox yerində bacarıqlı bir idmançı kimi pərəstişkarlarımın hörmətini görmüşəm və qürur duymuşam. Son illər Rusiya Federasiyasında kiçik bizneslə məşğul olmuşam. Azərbaycanda olduğum bir az müddət əvvəl yaşadığım Lökbatan qəsəbəsində sürmək üçün baş etibarnamə əsasında özümə 1996-cı buraxılış ili olan, MERCEDES E-230 markalı, dövlət nömrə nişanı 90 FX 029 olan avtomobil almışdım.Bu ilin avqustun 28-də, gecə saat 2-də qəsəbədəki tanışlarımın yanına getməli oldum. Həmin gün özümü yaxşı hiss etmədiyimdən qardaşım Ayaza xahiş etdim ki, məni avtomobillə aparsın. Saat 02-28 dəqiqədə bizim avtomobil Qaradağ İH-ti istiqamətindən bazara doğru hərəkət edərkən, bizimlə eyni yolda, sadəcə qabaqda hərəkət edən VAZ 21 07 markalı, 90 FG 717 dövlət nömrə nişanlı avtomobil qəfil tormoz edərək qoşa xəttdən geriyə-sola dönmək istədi. Bu zaman sürücü xəbərdaredici işığını da yandırmadı. Bizim avtomobili idarə edən qardaşım qəzadan qaçmaq üçün avtomobilini məcbur sola döndərib VAZ 2107 –nin qabağından keçməklə manevr etmək istədi. Onun sürəti 60-70-km/saat idi. Lakin VAZ 2107-i hərəkətini davam etdirdiyi üçün bizim avtomobil 2107 markalı avtomobilin sol qabaq və arxa qapılarını siyirməklə onu qarşı tərəfdə dayanmış metal rəngli MERCEDES E markalı digər avtomobilin arxa təkər və krılosuna vurdu. Sonda mənim avtomobilim səkidəki bardyura dəyib dayandı. Baş vermiş qəza həmin vaxt yaxınlıqdakı kameraya düşmüşdür. Biz, hər iki avtomobilin sürücüsü sığorta şirkətlərini və yol patrul əməkdaşlarını hadisə yerinə dəvət etdik. VAZ 2107 avtomobilinin dəvət etdiyi “Paşa Sığorta” əməkdaşları bizim avtomobildə olanlara və qarşı tərəfin sürücüsünə təklif etdilər ki, bütün şübhələrdən çıxmaq üçün Zığ qəsəbəsində yerləşən narkoloji məntəqəyə və alkotestdən keçməyə gedərsinizmi? Etiraz etməkdik. Və bu testlərdən keçdik. Hər şey qaydasında idi. Sığorta şirkətləri bildirdilər ki, qoy polisin təhqiqatı qurtarsın, biz avtomobillərə dəymiş zərərin əvəzini ödəməyə hazırıq. Razılaşdıq. Mən etiraf edirəm ki, gərək avtomobili idarə etməyə necə də olsa sürücülük hüququ olmayan qardaşıma həvalə etməzdim. Digər tərəfdən biz bunun üçün qanunda nəzərdə tutulan inzibati cəzanı – nəzərdə tutulan cəriməni ödəməyə hazırıq. Hadisə zamanı heç kim xəsarət almamışdır. Sadəcə olaraq hadisə vaxtı köhnə model olan VAZ 2107 –yə təxminən 600-800 manat, digər MERCEDES E klass avtomobilinə isə 300-500 manat civarında, mənim avtomobilimə isə xeyli (3-4 min manat) ziyan dəymişdir.Hazırda qəza hadisəsinin araşdırlması Qaradağ RPİ-nin təhqiqatçısı Ələddin adlı təhqiqatçının icraatındadır. Təhqiqatçı mülki formada məni 3 dəfə çayxanaya, bir dəfə isə Polis İdarəsinə dəvət edərək izahatımı almış, eyni məzmunlu söhbətlər etmişdir. O qardaşımı da hər gün dəvət edərək işi araşdırdığını bildirir. Hər dəfə mülki formada olan təhqiqatçı Ələddin qardaşımı dəvət edən zaman VAZ 2107-nin sürücüsünün atasını da çağırır. Və bu ağsaqqal idarədə otağa daxil olan kimi qardaşıma hədə-qorxu gəlməklə hay-küy salır. Təhqiqatçı isə yenə də qardaşımı əsassız olaraq qəzanı törətməkdə günahlandırır və bunun üçün izahatı onun dediyi kimi yazmağa vadar etmək istəyir. Bu hal bir neçə dəfə təkrar olduğuna görə qardaşım Ayaz təhqiqatçının və günahkar sürücünün atasının təzyiqlərinə etiraz olaraq izahatda “etiraz edirəm” yazmışdır. Təhqiqatçı hər dəfə izahat adıilə Ayazı idarəyə dəvət edəndə digər sürücünün atsını da dəvət edir ki, istəklərinə nail olsunlar. İzahatdan imtina etdiyi zaman təhqiqatçı Ələddin qardaşımın üstünə qışqırır ki, səni yenə həbs edəcəyəm, səni burada (qəsəbə nəzərdə tutulur) yaşamağa, gəzməyə, işləməyə qoymayacağam. Mən nə deyirəmsə onu izahatında yazmalısan.” Dəfələrlə olan bu təzyiqdən sonra Ayaz izahatında “mən belə təhqiqatçıdan imtina edirəm” yazıb verib. İşin belə olacağından əsəbiləşən təhqiqatçı indi də VAZ2107-nin sürücüsünü konkret təyinat üzrə sağlamlıq vəziyyətilə bağlı göndərişi yazıb qanunsuz olaraq Nağıyev adına xəstəxanada guya qabırğalarında hər hansı sınığın olub-olmamasını təyin etməyə göndərmişdir. Lakin ona bildirmişlər ki, sürücünü aidiyyatı üzrə səhiyyə məntəqəsinə göndərmək lazımdır. Hazırda bizə məlum olmuşdur ki, təhqiqatçı Ələddini belə qərəzli araşdırmağa vadar edən onun VAZ 2107 markalı avtomobilin sürücüsünün atası ilə qohum olması və eyni məhəllədə yaşamasıdır. Sürücü özü etiraf edir ki, Ələddin həmişə onların evinə gəlib-gedəndir, atasıilə də dostluq edir. Mən günahımı etiraf etmək istəsəm də atam qoymur.” Deməli, təhqiqatçı ona görə işin araşdırilmasına günahkar sürücünü deyil, onun atasını cəlb edir ki, mənim qardaşıma təzyiq edib hadisəni onun günahından törətməsini zorla etiraf etdirsin. Son günlər şəxsən müşahidə etmişəm ki, Ələddinlə sürücünün atası birlikdə qəsəbədə gəzirlər, söhbət edirlər.Bu zaman mən bunlarla salamlaşmışam. Onlar da yaxın olduqlarını gizlətmirlər.İndi bizə aydın olur ki, niyə təhqiqatçı dəridən-qabıqdan çıxıb günahkar sürücünü hadisədən 8-9 gün keçdikdən sonra digər yerə müayinə göndərişi verir. O bədən xəsarəti arayışı aldıqdan sonra bizə qarşı cinayət işinin açılmasına cəhd edir ki, iş böyüsün və “istədiyini əldə etsin”. Belə süni və əsassız araşdırmalardan bezən qardaşım Ayaz Qaradağ Rayon Prokurorluöuna getmiş, polisə nəzarət üzrə kurator, prokuror köməkçisi Etibar müəllimin qəbulunda olub, təhqiqatçı Ələddindən şikayət etmişdir. Lakin yenə də təhqiqatçı məni də qardaşımı da araşdırmaya çağırmaqla məşğuldur.Hörmətli, cənab Prezident! Sizin həmişə Azərbaycan idmanına necə qayğıilə yanaşmanızı qədirbilən xalqımız bilir və hər dəfə şahidi olur. Hələ Azərbaycan idmanı 90-cı illərdə və eləcə də XXI-əsrin əvvəllərində bugünki səviyyədə inkişaf etmədiyi vaxtda mən həmişə bir azərbaycanlı olaraq Beynəlxalq Turnirlərin dəflərlə qalibi olmuşam. Azərbaycanımızı tanıtmışam. Bir idmançı kimi MDB məkanında mənə olan rəğbətlə qürur duyuram. Və çox təəssüflənirəm ki, Azərbaycan polisinin adına, şərəfinə ləkə gətirən Ələddin kimi təhqiqatçılar sadə vətəndaşlarımıza qarşı kobud, qeyri-insani rəftar edir, təzyiq göstərirlər. Sizdən xahiş edirəm, mənə məxsus avtomobillə bağlı baş vermiş qəza zamanı ədalətin ortaya çıxması üçün aidiyyatı orqanlara göstəriş verəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.Hörməli nazir Ramil Usubov! Şəxsən mən qəzaya məruz qalmış avtomobilin sahibi kimi, baş vermiş avtoqəza hadisəsinin təhqiqatının Qaradağ RPİ-nin Ələddin adlı təhqiqatçısının “Polis haqqında Qanuna” zidd olaraq aparmasına qəti etirazımı bildirir, təhqiqatı Qaradağ Polis İdarəsinin digər savadlı, təcrübəli, qarşıtərəflə qohumluğu və dostluğu olmayan, nəfsitəmiz, mədəni bir təhqiqatçı ilə əvəz edilməsinə göstəriş verməyinizi xahiş edirəm.Qoşma: Avtoqəzadan sonrakı fotolar.Hörmətlə, “Qara kəmər”ustası: A.N.Osmanov (mob. 055-4004747)Nümayəndəmin tel. 050-3598632.13 sentyabr 2016-cı il


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler