Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Kinomuzun artan ehtiyaclarına daha böyük qayğı lazımdır”

02 Ağustos 2016

10:04 am


02/08/2016 [14:02]: xeber –
2 avqust Azərbaycanda Milli Kino Günü kimi qeyd edilir. Artıq 16 ildir ki, bu tarix kino xadimlərinin bayramı kimi xatırlanır. Azərbaycan kinosu dünya çapında o qədər də çox uğur qazanmasa da, istedadlı kino xadimlərinin varlığı hər zaman hiss olunub. Sovet ideologiyası, müstəqillikdən sonrakı ağır durum bizdə kinonun inkişafına əngəl törətdi. Bugün isə Azərbaycan kinosu özünün dirçəliş dövrünü yaşayır.Xalq artisti Ramiz Həsənoğlu sayt saytına açıqlamasında kinonun ehtiyaclarının artdığını və onlara xüsusi qayğının lazımlığını bildirib:”Son illər kinomuzda bir canlanma var. Ümidvaram ki, bu ötəri deyil. Kinomuzun artan ehtiyaclarına daha böyük qayğı lazımdır”.Xalq artisti Ramiz Əzizbəyli isə kinonun teatrla müqayisədə daha yaxşı inkişaf etdiyini bildirib:“Teatrla müqayisədə kino sahəsi daha sürətlə inkişaf edir. Doğrudur, bu gün “YUĞ”,  Pantomima kimi elit kütləyə hesablanan teatrlar inkişaf etməkdədir. Mən onları öpüb, bağrıma basıram. Amma ümumilikdə, bugün kino teatrdan bir addım öndədir”.Elmin Nuri


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler