Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Kiminse kimden xoşu gelmirse, ona Gülençi damğası vurmalı deyil” – Əflatun Amaşov

25 Ağustos 2016

8:40 am


25/08/2016 [12:37]: xeber –
Bu gün Azərbaycan Mətbuat Şurasında “Dini radikalizmə qarşı medianın rolu: Media və radikal dini cərəyanlar” mövzusunda “dəyirmi masa” keçirilib. sayt xəbər verir ki, tədbirdə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, aparıcı media rəhbərləri, millət vəkilləri və jurnalistlər iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Azərbaycanda dini məsələlərlə bağlı kifayət qədər qanunvericilik bazası mövcuddur.: “Azərbaycanda dini etiqad azadlığı ilə bağlı qanunlar var. Ölkədə dini azadlıq kifayət qədərdir. Hər kəs üçün dini azadlıq mövcuddur. Azərbaycan dünyəvi və tolerant dövlətdir. Azərbaycan mətbuatının əsasını qoymuş “Əkinçi” qəzeti də dini tolerantlığı və azadlığı hər zaman yüksək tutub. Azərbaycan mediası dini və digər bütün sahələrdə Azərbaycan dövlətinin yanında olub. Bu gün də bu belədir. Çünki Azərbaycan mediası vətənpərvər mediadır. Azərbaycan mediasında çox cüzi halda dini ayrı-seçkiliyə rast gəlmək olar. Ölkəmizdə dini ayrı-seçkiliyə yol verilmir. Ancaq çox təəssüf ki, bəzi hallada bir sıra KİV-lər tərəfindən dini ayrı-seçkiliyə yol verilir. Son zamanlar gündəmə gələn nurçuluqla bağlı məsələni də bu baxımdan qeyd etmək olar. Türkiyədə baş verən 15 iyul hadisələrindən sonra nurçuluqla bağlı məsələ Azərbaycan mediasında da geniş gündəm yaradıb. Burada təkcə söhbət nurçuluqdan getmir, eyni zamanda nurçuluğun bir qanadı olan Hizmət hərakatından gedir. Necə ki, Fətullah Gülən hərəkatı Türkiyədə 15 iyul hadisələrini törətdi. Bütün bunlar Azərbaycanı da narahat edir. Azərbaycan ictimaiyyəti bu məsələlərdən doğru məlumatlanmalıdır. Bu gün kiminsə kimdən xoşu gəlmirsə, ona Nurçu, Gülənçi damğası vurmalı deyil. Biz bunu MTN hadisələri zamanı da müşahidə etmişdik. Media bunu ciddi və qərəzsiz araşdırıb, kimin haqlı, kimin haqsız olduğunu cəmiyyətə çatdırmalıdır. Tədbirimizn əsas məqsədi də bu cür məsələləri müzakirə etməkdir”. Prezident Administrasiyasının (PA) İctimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Bəhruz Həsənov qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra dünyaya inteqrasiya etməyə başlayıb: “Azərbaycanın dünyaya sürətlə inteqrasiya etməsinin faydalı tərəfləri ilə yanaşı, zərəli tərəfləri də olub. Bunlardan biri də zərərli dini cərəyanların və ədəbiyyatların ölkəyə transferidir. Bu cür zərəli dini cərəyanlara qarşı mübarizədə təkcə dövlət qurumları deyil, media da fəal iş aparmalıdır. Bu, dünyanın aparıcı dövlətlərinin təcrübəsində də var. Bu gün Azərbaycan mediasının əsas istqiaməti əhalini maarifləndrmək, dövlətçiliyi müdafiə etməkdir. Bu baxımdan hesab edirəm ki, Azərbaycan mediası yarandığı gündən bəri maarifçilik, dövlətçilik missiyasını davam etdirir. Çox təəssüf ki, bu gün bir çox radikal dini cərəyanlar Azərbaycana ayaq açıb. Biz bunu Nardaran hadisələri zamanı da müşahidə etdik. Bu baxımdan da Azərbaycan mediası radikal dini cərəyanlarla mübarizədə fəal olmalıdır. Bu gün bizi narahat edən məsələrdən biri də gündəmdə olan Fətullahçı dini cərəyanı ilə bağlıdır. Bildiyiniz kimi, Fətullahçı dini cərəyanı Türkiyədə 15 iyul hadisələrini törədib. Bu dini cərəyanın nə qədər təhlükəli olduğunu biz Türkiyədə baş verən hadisələrdən görmüşük. Din insanları birliyə, sülhə dəvət etməlidir, seprataçılığa, radikallığa deyil. Bir çox radikal dini cərəyanların əsas meydanı məhz media olur. Bunu Türkiyədə 15 iyul hadisələri zamanı da gördük. Bu baxımdan da Azərbaycan mediası ayıq-sayıq olmalıdır”. Bu gün Azərbaycan Mətbuat Şurasında “Dini radikalizmə qarşı medianın rolu: Media və radikal dini cərəyanlar” mövzusunda “dəyirmi masa” keçirilib. (Publika.az) 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler