Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kim Çen In kökelib ve yata bilmir…

04 Temmuz 2016

9:16 am


04/07/2016 [13:14]: xeber –
Şimali Koreya lideri Kim Çen Inın dörd il ərzində çəkisi 40 kq artıb və bununla yanaşı o, yuxusuzluqdan əziyyət çəkir. Bu barədə Cənubi Koreya kəşfiyyatına istinadən “The Independent” məlumat yayıb.  Nəşrin məlumatına görə, 33 yaşlı Şimali Koreya lideri çox yeyir və sui-qəsd qurbanı olacağı qorxusundan çox pis yatır. “O, hakimiyyəti üçün hərbçilər tərəfindən potensial təhdidlərdən, şəxsi təhlükəsizliyinin təminatından narahatdır. Ola bilər ki, qida və spirtli içkilərdən həddən artıq çox istifadə etməsi xəstəliklərə səbəb olur”, – Cənubi Koreya parlamentinin kəşfiyyat üzrə komitəsinin sədri Li Çxol bildirib.2012-ci ildə Kim Çen Inın çəkisi 90 kq, 2014-cü ildə 120 kq olub, hazırda isə 130 kq-dır. Qəzet qeyd edir ki, 25 milyon sakini olan ölkədə aclığa baxmayaraq, piylənmə yüksək təbəqəyə adi olan ailələrin uşaqları və yeniyetmələri arasında problemə çevrilib. Ölkənin sabiq rəhbərləri Kim Çen İr və Kim İr Sen də piylənmədən əziyyət çəkirdilər. 2014-cü ildə KİV Kim Çen Inın pendirdən kökəldiyi barədə məlumat yaymışdı. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler