Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kim Çen In amerikalı telebeni niye oğurladı? – SƏBƏB

03 Eylül 2016

8:00 am


03/09/2016 [11:59]: xeber –
Çində 2004-cü ildə itən Amerika tələbəsi Devid Sneddon əslində Koreya Xalq Demokratik Respublikasının hakimiyyəti tərəfindən oğurlanıb.  Amerikalı tələbənin oğurlanmasında məqsəd Şimali Koreya lideri Kim Çen İna ingilis dilini öyrətmək olub. Yaponiya KİV-i iddia edir ki, 36 yaşlı Devid Sneddon arvadı və iki uşağı ilə birlikdə indiyə qədər Pxenyanda yaşayır. 2004-cü ildə Briqama Yanqa Universitetinin 24 yaşlı tələbəsi Devid Sneddon Çində Yantzı çayının sahilində gəzməyə çıxıb. O vaxtdan amerikalını heç kim görməyib. Devid Sneddonun həlak olduğu deyilir, ancaq onun qalıqları tapılmayıb. Yaponiyalı jurnalistləri iddia edirlər ki, Sneddonu Şimali Koreyanın paytaxtı Pxenyanda sağ görüblər. ABŞ Dövlət Departamentinin nümayəndələri bildiriblər ki, Şimali Koreyada Sneddonun axtarışlarına başlayacaq. Məlumata görə, Koreya Xalq Demokratik Respublikasının həbsxanalarında onlarla ABŞ vətəndaşı var.(Publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler