Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kılıçdaroğluna silahlı hücum: yaralılar var – VİDEO (YENİLƏNİB)

25 Ağustos 2016

1:56 pm


25/08/2016 [17:53]: xeber –
Terrorçular Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanını qumbaraatanla atəşə tutmaq istəyib. Bu barədə NTV telekanalı məlumat yayıb. Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri K. Kılıçdaroğlunu zirehli texnikaya əyləşdirərək onu ərazidən uzaqlaşdırıblar. Terrorçularla atışmada 3 əsgər yaralanıb, onlardan birinin durumu ağırdır. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olaydan bir qədər sonra Kamal Kılıçdaroğluna telefon açaraq onunla danışıb. K. Kılıçdaroğlu “CNN Türk”ə açıqlamasında durumunun normal olduğunu bildirib: “Biz yola çıxarkən polis yolda atışma olduğuna dair hər hansı xəbərdarlıq etmədi. Güman edirəm ki, atışma biz oradan keçərkən başlayıb. Avtomobildən düşməyimizə icazə verilmədiyi üçün tam olaraq nə baş verdiyini anlamadıq. Sonra zirehli maşınla oradan uzaqlaşdırıldıq. Təhlükəsizlik qüvvələri sürətlə lazımi tədbirləri gördülər. Hər hansı problemimiz yoxdur. Təhlükəsiz şəraitdəyik”.    Qeyd edək ki, terrorçuların PKK mənsubları olduğu güman edilir. PKK son aylarda Türkiyənin Qara dəniz vilayətlərində də fəallaşıb. ***Türkiyənin ana müxalifət lideri, Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun avtomobil karvanı Artvin vilayəti ərazisində hərəkət edərkən polislə terrorçular arasındakı atışmanın ortasında qalıb. “Hürriyet”ə xəbər verir ki. K. Kılıçdaroğlu bu gün əvvəlcə təyyarə ilə Qars şəhərinə, oradan isə avtomobillə Gürcüstanla həmsərhəd Artvinə gedib. O, Artvin vilayətinin Şavşat şəhərinin mərkəzində toplaşan tərərfdarları qarşısında çıxış edib. Sonra Artvin şəhərinə yola düşən müxalifət liderinin avtomobil karvanının hərəkəti vilayətin Ardanuç rayonunun Yanıklı kəndi yaxınlığında polislər tərəfindən dayandırılıb. Yol kənarında barrikada qurulduğunu müəyyən edən polis orada terrorçuların gizləndiyini ehtimal edərək həmin nöqtəni atəşə tutub. K. Kılıçdaroğlunun avtomobili isə mühafizə məqsədilə əhatəyə alınıb, sonra ərazidən uzaqlaşdırılıb.  K. Kılıçdaroğlunun müşavirlərindən biri hadisənin müxalifət liderinə hücum olmadığını və avtomobil karvanının hərəkət etdiyi ərazidə təhlükəsizlik qüvvələri ilə terrorçular arasında atışma baş verdiyini söyləyib. Lakin başqa bir məlumata görə, naməlum terrorçular K. Kılıçdaroğluna hücum planlaşdırıb. Hadisə ilə bağlı təhqiqat başlayıb. (apa) *** Artvinə gedən Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlunun kortejinə Ardanuç mahalı yaxınlığında atəş açılıb. sayt Türkiyə mediasına istinadən xəbər verir ki, Kılıçdaroğlunun mühafizəçiləri cavab atəşi açıb. Təhlükəsizlik gücləri avtomobil karvanına atəş açanların tutulması üçün əməliyyata başlayıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler