Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kiçik Nobel mükafatının sahibi olan azerbaycanlı alimle görüş keçirilecek

27 Eylül 2016

11:04 am


27/09/2016 [15:02]: xeber –
Sentyabrın 28-də, saat 14:00-da Qərb universitetində dünya şöhrətli riyaziyyatçı alim Məsud Əfəndiyevlə görüş keçiriləcək.sayt xəbər verir ki, “Elmlərin konvergensiyasi: gözlənilməz nəticələr” mövzusunda keçiriləcək tədbirdə universitetin professor-müəllim və tələbə heyəti iştirak edəcək.Məsud Əfəndiyev Almaniya hökumətinin təsis etdiyi kiçik Nobel mükafatı sayılan “Aleksander fon Humboldt” mükafatını alan ilk azərbaycanlıdır.1994-cü ildən Almaniyada yaşayan alim Münhen, Ştutqart, Berlin kimi nüfuzlu universitetlərdə dərs deyib. Hazırda H.Helmholts adına Münhen Elmi-Tədqiqat Mərkəzində ”Dinamik sistemlər” şöbəsinin müdiridir.2005-ci ildə Yaponiyanın nüfuzlu “Japan Society for the Promotion of Scionce – JSPS” təşkilatının mükafatına layiq görülüb. M.Əfəndiyev postsovet məkanında dünyanın altı aparıcı elmi jurnalının redaksiya heyətinin üzvü olan yeganə riyaziyyatçı alimdir.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler