Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Keskin devalvasiya olacaqmı?

28 Haziran 2016

2:16 pm


28/06/2016 [18:14]: xeber –
“Sentyabr ayına qədər manatın kəskin ucuzlaşacağını hesab etmirəm. İyulun ikinci yarısı və avqust aylarında isə manatın nisbətən bahalaşacağı gözlənilir”.sayt xəbər verir ki, bunu Fins.az-a açıqlamasında iqtisadçı ekspert Samir Əliyev deyib. Ekspertin sözlərinə görə, son bir həftə ərzində dolların bahalaşmasının əsas səbəbi bankların xarici borc öhdəlikləri ilə bağlıdır: “May ayından bəri keçirilən valyuta hərraclarında kommersiya bankları ilə yanaşı, Mərkəzi Bank da iştirak edirdi. İyun ayından sonra isə Mərkəzi Bank hərracda iştirak etmir. Hazırda isə hərracda iştirak edən bankların sayı 30-u ötür və hər dəfə 100% alıcılıq olur”.“İyulun ortalarında banklar vergi ödəyəcəyinə görə, manata tələbat yaranacaq. Bu səbəbdən iyulun ortalarından sentyabra qədər olan dövrdə manat bir qədər bahalaşacaq.Dolların məzənnəsinin 1,50-1,65 manat səviyyəsində dəyişəcəyini güman edirəm”, – deyə ekspert əlavə edib. Ekspert qeyd edib ki, manatın ucuzlaşması hökumətin davranışından daha çox asılıdır.Manatın məzənnəsi ilə bağlı qərarı Mərkəzi Bank müəyyənləşdirsə də, son sözü Maliyyə Nazirliyi deyir.“İlin sonuna kimi neftin qiyməti 30 dollara və daha aşağı düşməsə, üfüqdə manatın kəskin ucuzlaşacağı gözlənilmir”. Manatın qiymətinə təsir edən əsas amillər aşağıdakılardır: – Neftin qiyməti- Tədliyyə balansının vəziyyəti- FED-in uçot dərəcəsi ilə bağlı qərarı- Ölkədən xaricə kapital axını- Büdcənin icra vəziyyəti Ekspert sonda insanlara uzunmüddətli dövrlər üçün əllərində olan vəsaiti dollarda saxlamağı tövsiyə edir. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler