Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kesdiyi başı oynadırmış – Zerdabda dehşetli qetl

24 Ekim 2016

1:36 pm


24/10/2016 [17:34]: xeber –
Zərdab rayonu Yarməmmədbağı kəndində baş verən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub. 23 yaşlı həyat yoldaşı Rüxsanə Astanovanın başını kəsən Aqşin Astanov hadisəni qısqanclıq zəminində törədib.Mərhumun qohumlarının sözlərinə görə, rayon ərazisində şəxsi təsərrüfatların birində çobanlıq edən A.Astanov son vaxtlar ailənin qayğılarına biganə yanaşıb. Ehtiyac içərisində olan ailəyə qonşular kömək edirmiş. Bunu eşidən Aqşin Astanov gecə saatlarında evə gələrək, 3 azyaşlı övladının gözu önündə həyat yoldaşına balta ilə zərbə endirib, ölmədiyini görüncə başını bədənindən ayırıb. Mərhumun qohumu Sahib Məcnunovun sözlərinə görə, kənd camaatı qadının başını həyat yoldaşının əlində görüb: “Başı kəsəndən sonra əlində fırladırmış. Camaat görüb ki, əlində baş var. Uşaqlarda qorxudan harasa qaçıblar.  Sonra gəlib tutublar”.Mərhumun anası Gülnarə Məcnunova A.Astanovun psixoloji problemlərinin olduğunu deyib: “Başı çatmır, dəlidir. Mən nə bilim axı? Dəli olduğunu bilsəydim, ona qız verməzdim”. Qeyd edək ki, 33 yaşlı Aqşin Astanov bundan öncə iki dəfə ailə həyatı qurub. Onun sonuncu nikahdan 3 uşağı var. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler