Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kerkükde gizli kürd anlaşması: ne baş verir? – Şok iddia Kerkükde gizli kürd anlaşması: ne baş verir? – Şok iddia

25 Ekim 2016

8:16 am


25/10/2016 [12:14]: xeber –
İŞİD-in Kərkükə hücumundan əvvəl şəhərdə gizli görüş keçirilib. Hadisədən bir neçə gün öncə Kərkükə gələn PYD lideri Salih Müslüm Bərzaniyə qarşı Goran hərəkatı, Kürdüstan Vətənpərvərlər Birliyi (KYB) və şiə silahlı qruplaşmalara ittifaq qurmaq təklifi edib. Görüşdə şəhərin idarəçiliyi və neft quyularının bölünməsi məsələsi də müzakirə edilib. Salih Müslimin səfərindən sonra İŞİD üzvlərinin şəhərə hücumu diqqət çəkib. Hücumda iştirak edən terrorçuların əksəriyyəti də kürd əsilli olub. 1.4 milyon adamın yaşadığı Kərkük Cəlal Təlabaninin 5 min nəfərdən ibarət KYB qüvvələri tərəfindən qorunur. Bundan əlavə, 600-ə yaxın İraq hökumətinə bağlı polis qüvvəsi Kərkükdə asayiş keşiyindədir. Ancaq İŞİD hücumu zamanı nədənsə KYB və İraq polisi arasında böyük “anlaşılmazlıq” yaşanıb. “Yeni Şəfəq”in əldə etdiyi məlumata görə, peşmərgə qüvvələri ilə ordu arasında rabitə əlaqəsi belə yaradılmayıb. Şəhəri müdafiə edən birliklər yalnız mobil telefon vasitəsilə əlaqə saxlayırmış. Şahidlərin məlumatına görə, cüzi qüvvə ilə şəhərə hücum edən İŞİD-çilər 2,5 saata 10 yaşayış məntəqəsini ələ keçirib. 1500-dən artıq İraq polisi və peşmərgə qüvvələri isə şəhəri müdafiəsiz qoyaraq geri çəkilib. Terrorçuların əsasən türkman məhəllələrinə hücumu da ortada gizli anlaşmanın olduğundan xəbər verir. Bundan əlavə, hücum etmədən öncə İŞİD-in şəhər daxilindən çox güclü dəstək aldığı məlum olub.  Kərkük hücumunda diqqət çəkən digər bir məqam isə anidən ortaya çıxan şiə qruplaşmalar və PKK qüvvələrinin xilasedici rolunu oynamasıdır. PKK və şiələrin İŞİD kimi şəhərdə xeyli tərəfdara sahib olduqları, hücuma keçmək üçün əmr gözlədikləri deyilir. Xatırladaq ki, İŞİD-in Kərkükə hücumu bir neçə gün öncədən İraq kəşfiyyatına da məlum olub. Oktyabrın 6-da kəşfiyyat Kərkükdəki təhlükəsizlik qüvvələrinə xəbərdarlıq məktubu göndərib. Məktubda İŞİD-in Mosulda müqavimət göstərməyəcəyi, Kərkükə hücum edəcəyi barədə informasiya yer alıb.Bu məktubdan 3 gün sonra, oktyabrın 9-da İraqdakı ABŞ hərbçiləri toplantı keçirib. Peşmərgə qüvvələrinin də qatıldığı toplantıda İŞİD-in mümkün hücumu müzakirə edilib və Kərkükün müdafiəyə ehtiyacı olmadığı irəli sürülüb. ABŞ komandirləri “İŞİD Kərkükə hücum etməkdənsə, mübarizəni Mosulda davam etdirəcək”, – deyib. Bununla da şəhər müdafiəsiz qalıb.Toplantıdan 3 gün sonra İraq kəşfiyyatı Kərkükə növbəti dəfə xəbərdarlıq məktubu göndərib, terrorçuların hücuma hazırlaşdığını bildirib. Ancaq bu dəfə də kəşfiyyatın xəbərdarlığına məhəl qoyan olmayıb.(Axar.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler