Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kerkük hücumunu planlaşdıran İŞİD üzvü tutuldu

23 Ekim 2016

10:00 pm


24/10/2016 [01:59]: xeber –
sayt Türkiyə mediasına istinadən xəbər verir ki, Kərkükə edilən hücumları təşkil edən 8 İŞİD üzvü tutulub. Tutulan terrorçuların arasında hücumu planlaşdıran İŞİD üzvünün də olduğu məlum olub. Bu barədə məlumatı İraq Kürd Regional Rəhbərliyi Təhlükəsizlik Agentliyi verib. Təhlükəsizlik Agentliyi tərəfindən edilən yazılı şərhdə “Terror təşkilatı İŞİD 21 oktyabr tarixində Kərkük şəhər mərkəzinin cənubundakı bəzi məhəllələrə və Dibis mahalına hücum təşkil edib. Şəhər peşmərgə və könüllü xalqın sayəsində nəzarət altına alınıb” – deyə məlumat verilib.Şərhdə bunlar da qeyd olunub: “Peşmərgə və təhlükəsizlik qüvvələrinin dəstəyi ilə Kərkük içərisində və xaricində gizlənən terrorçular tutuldu. Eyni zamanda Kərkük və Ərbil anti terror dəstələrinin sayəsində şəhərdə gizlənən 8 terrorist ələ keçirildi. İstintaqda əldə edilən ilk məlumatlara görə Kərkük hücum planını təşkil edən və şəhərin 1 iyun səmtində xalq tərəfindən yaralı olaraq tutulan terrorçunun Əbu İslam Ənsari, kod adı Mazin Nezha Məhəmməd Əl Ubedi ər-riyasız olduğu təsbit edildi. Bu terrorçular Dakuk mahalı ilə Bəşir kəndi arasında meydana gələn boşluqdan şəhər mərkəzinə sızıb. Daha sonra sayları yüzə çatan üzvlər dörd qrup halında pikaplara mindirilib, şəhərə gətirilib. Təhlükəsizlik Agentliyi tərəfindən tutulan terrorçular haqqında ətraflı istintaq davam edir”.Zəhra


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler