Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kerimov xeste yatağında… -Özbekistana müharibe elan edildi

01 Eylül 2016

11:12 am


01/09/2016 [15:09]: xeber –
Qırğızıstan Özbəkistana Orto-Toki su anbarının yerləşdiyi əraziləri tərk etmək çağırışı edib. Rəsmi Bişkek Özbəkistanın istifadə etdiyi Orto-Toki su anbarının Qırğızıstan ərazisi olan Cəlalabad rayonunda yerləşməsi məsələni yenidən gündəmə gətirib və Daşkənddən həmin əraziləri tərk etməsini tələb edib. Bu haqda Qırğızıstanın yerli informasiya agentliklərindən biri mənbələrə istinadən məlumat yayıb. “Bişkek tərəfi Özbəkistan tərəfinə dəfələrlə bildirib ki, Orto-Toki su anbarı Qırğızıstana aiddir və onun ərazisində yerləşir”, – deyə mənbə bildirib.   Mənbə qeyd edir ki, Qırğızıstan dövləti ərazi bütövlüyü və dövlət sərhədlərinin toxunulmazlığı prinsipini əsas gətirərək, Özbəkistanı beynəlxalq hüquq normalarına əmə etməyə çağırır. SSRİ-nin ağır mirası Qeyd edək ki, Mərkəzi Asiyanın əsas problemlərindən olan su mübahisəsinin əsası SSRİ dövründə qoyulub. Belə ki, 1930-cu ildə Özbəkistanın Fərqanə vadisində pambıq istehsalı inkişaf etdiyi üçün SSRİ bu bölgəyə güclü dəstək verib. 1940-cı ildə 660 hektarlıq Qırğızıstan ərazisi su hövzəsinin tikilməsi üçün Özbəkistana verilib. 1972-ci ildə su rezervləri genişləndirilib. Amma sovet imperiyası dağılandan sonra qırğızlar tarixi torpaqlarını geri istəyiblər. Özbəklər isə həmin əraziləri qaytarmaq niyyətində deyil. Su uğrunda mübarizə Su resursları uğrunda Qırğızıstan-Özbəkistan, həmçinin, Mərkəzi Asiyanın digər dövlətlərinin də iştirakı ilə müharibənin başlaması ehtimal zaman-zaman gündəmə gəlib. Adi görünən bu məsələ əslində, kifayət qədər ciddi problemlərə yol açır. Regionun əsas su resurslarına sahib Amudərya və Sırdərya çaylarının yuxarı hövzəsində yerləşən Qırğızıstan və Tacikistan aşağı hövzədə yerləşən Qazaxıstan, Özbəkistan və Türkmənistanın əkinçilik təsərrüfatını nəzərə almadan hidro qurğular tikməyə başladılar.Qırğızıstanda və Tacikistanda suya daha çox ehtiyac qış aylarına düşür – elektrik stansiyalarının məhsuldar işləməsi məqsədi ilə artıq suyu çaylara buraxırlar. Nəticədə, qış aylarında Özbəkistan və Qazaxıstan torpaqları su altında qalır. Bu ölkələrdə isə əksinə, yaz-yay aylarında əkin sahələrinin suvarılması başlıca problemə çevrilir. Külli miqdarda texniki bitkilər – pambıq, qarğıdalı və s. istehsal edən bu regionun suya böyük ehtiyacı yay aylarında yaranır. Mərkəzi Asiyada su müharibəsi Belə vəziyyət isə region ölkələrini üz-üzə qoyur. ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin hazırladığı “2030-cu ilədək qlobal tendensiyalar: alternativ dünyalar” hesabatında da göstərilir ki, 2030-cu ilədək Mərkəzi Asiyada su resursları uğrunda dövlətlər arasında münaqişələrin baş verməsi mümkündür. Bu ilin mart ayında isə Özbəkistanla Qırğızıstan sözün əsil mənasında müharibə həddinə çatdılar. Özbəkistan birtərəfli qaydada Qırğızıstanla iki sərhəd-keçid məntəqəsini bağlayaraq, Ala-Buka rayonundakı mübahisəli əraziyə onlarla hərbçi və iki zirehli transportyor yerləşdidi. Qırğızıstan isə bunun qarşılığında Özbəkistanla sərhəddəki üç sərhəd keçid məntəqəsini bağladı. Lakin tərəflər hərbi qarşıdurmadan son anda geri çəkildilər.  Kərimovun xəstə yatağına düşməsi… Özbəkistan prezidenti İslam Kərimovun insult keçirməsindən sonra  Bişkekin tarixi mübahisəni yenidən dirçəltməsi Mərkəzi Asiyada 20 ildir aktual olan su müharibəsinin baş vermə ehtimallarını gündəmə gətirir. Görünür, indiyə qədər sərt siyasəti ilə Qırğızıstana meydan oxuyan Kərimovun yoxluğu Bişkekə yarayır. Hər halda Daşkənddə hakimiyyət daxilindəki gərgin vəziyyət ərazilərini geri almaq baxımından ən çox Qırğızıstana sərf edir. Bişkekin Daşkəndə çağırış etməsi ilə bağlı xəbərin məhz sentyabrın 1-də – Özbəkistanın müstəqillik günündə yayılması da təsadüfə bənzəmir. Əslində, bu məsələnin gündəmə gətirilməsi Özbəkistana müharibə elan etmək mənasına gəlir. (publik.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler