Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kerimov bir gün ferqle ikinci idi…

05 Eylül 2016

9:48 am


05/09/2016 [13:45]: xeber –
2016-cı il sentyabrın 2-də vəfat edən Özbəkistan prezidenti İslam Kərimov keçmiş SSRİ məkanında ikinci ən uzunömürlü dövlət başçısı idi. 78 yaşlı İslam Kərimov SSRİ vaxtı, 1989-cu ilin iyunun 23-də Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçiləndən Özbəkistanı idarə edirdi. 1990-cı il martın 24-də parlamentin qərarı ilə prezident vəzifəsinə gətirilən İslam Kərimov 1991-ci ildə Özbəkistan müstəqillik əldə etdikdən sonra 5 dəfə dövlət başçısı seçilmişdi.76 yaşlı Qazaxıstan prezidenti Nursultan Nazarbayev SSRİ məkanında ən uzunömürlü liderdir. O, 1989-cu il iyunun 22-də Qazaxıstan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilib (İslam Kərimovdan bir gün öncə), 1990-cı ilin aprelindən isə prezident postunu tutur.63 yaşlı İmaməli Rəhman 1992-ci ildən Tacikistanın başında dayanır. Əvvəl o, parlamentin sədri olub, 1994-cü ildə isə prezident kürsüsünə əyləşib.62 yaşlı Belarus lideri Aleksandr Lukaşenko 1994-cü ildən prezidentdir.Rusiya prezidenti Vladimir Putin (63 yaşı var) ölkəyə 2000-2008-ci illərdə rəhbərlik edib. 2012-ci ildə keçirilən seçkidə Vladimir Putin prezident postuna qayıdıb.Azərbaycanın prezidenti İlham Əliyev (54 yaşı var) 2003-cü ildən hakimiyyətdədir. 1993-2003-cü illərdə isə prezident kürsüsünü onun atası Heydər Əliyev tutub.Türkmənistanın dövlət başçısı Qurbanqulu Berdiməhəmmədov prezident postunda 2007-ci ildən oturur.62 yaşlı Ermənistan prezidenti Serj Sərkisyan 2008-ci ildən hakimiyyətdədir.Qırğızıstan prezidenti Almazbek Atambayev (59 yaşı var) dövlət başçısı postunu 2011-ci ildən tutur.Moldova lideri Nikolay Timofti (67 yaşı var) 2012-ci ildə prezident seçilib.47 yaşlı Gürcüstan prezidenti Georgi Margvelaşvili ölkəyə 2013-cü ildən başçılıq edir.50 yaşlı Pyotr Poroşenko 2014-cü ildən Ukrayna prezidentidir.(Transparency.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler