Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kerem Hesenovun Zerdabda verdiyi tapşırıq niye yerine yetirilmedi?

31 Ekim 2016

8:56 pm


01/11/2016 [00:54]: xeber –
sayt-a Göyçay rayonu Cəyirli kəndi sakini Feyzullayev Rahim Zülfü oğlu tərəfindən şikayət ərizəsi daxil olub.Şikayətçi ərizədə bunları bildirir:                               “Bir qrup vəzifəli şəxslər cinayətkar şəbəkə yaradaraq bizim ailəyə məxsus torpaq sahəsini əlimizdən alırlar.Bu cinayəti təsdiq edən ortada olan konkret saxta sənədlər var. Amma üstü pul gücünə ört-basdır edilir.30 sentyabr 2016-cı il tarixdə Zərdab rayonunda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənovun qəbulunda oldum. Şikayət ərizəmi ona təqdim etdim, məni dinlədi və dərhal araşdırılıb saxtakarlıq etmiş 16 saylı dövlət reyestr xidmətinin vəzifəli əməkdaşları Rövşən Həmidovun və Şahəddin Tacəddinovun barəsində qanunu tədbirlər görülməsinə tapşırıq verdi. Bundan sonra Kərəm Hsənovun  tapşırığına əsasən araşdırmanı barəsində şikayət etdiyim Rövşən Həmidov özü və onunla yaxın münasibətdə olan vəzifəli şəxslər aparıb saxtakarlığa haqq qazandırdılar. Hansı qanuna əsasən saxtakarlıq  etmiş şəxs özü barədə obyektiv araşdırma aparır. Amma həqiqət budur ki, Rövşən Həmidov və Şahəddin Tacəddinov vəzifə səlahiyyətlərindən sui-istifadə edib sənədləri qəsdən saxtalaşdırmışdılar. Qeyd edim ki, bizim ailəyə qarşı torpaq iddiası qaldırıan Göyçay rayonu Cəyirli kənd sakini Səfaralıyev Fərhad Xəlil oğlunun adına verilmiş 08.02.2011-ci il tarixli № 003779 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin əməkdaşı Rövşən Həmidovla,  Şahəddin Tacəddinov  Göyçay rayon sakini Fərhad Səfəralıyevlə əlaqəyə girərək 5000 manat rüşvət alıb həmin sənədi saxtalaşdırıb məhkəməyə buna əsasən rəy göndərmişdir.Həmin saxta sənədlər əsasında isə Göyçay rayon məhkəməsi 11 aprel 2016-cı il tarixdə qətnamə çıxararaq Fərhad Səfaralıyevə məxsus 27 ha torpaq sahəsinin bizim tərəfimizdən zəbt edilməsi qət edilmişdir.Xahiş edirəm diqqət yetirin Göyçay rayonu Cəyirli kənd sakini Səfaralıyev Fərhad Xəlil oğlunun adına verilmiş eyni tarixli 08.02.2011-ci il tarixli eyni nömrəli № 003779 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi iki dənədir. Fərq isə koordinatlarındakı ölçülərdir ki, bunu Rövşən Həmidov 5000 manat rüşvət hesabına etmişdir. Bu artıq cinayət əməlidir ki.araşdırılıb dərhal cinayət işi başlanılmasına dair qərar çıxarılmalıdır. Mən təkrar olaraq 28 oktyabr 2016-cı il tarixdə Sabirabad rayonunda Kərəm Həsənovun qəbuluna getdim.Amma orada məni sədrin birinci müavini Yusif Qəmbərov Kərəm Həsənovun qəbuluna düşməyə imkan vermədi, mənə dediki sənədləri sən özün saxtalaşdırmısan.Sonradan mənə bildirdilər ki, Rövşən Həmidov və Şahəddin Tacəddinov vəzifədə qalmaları üçün Yusif Qəmbərova küllü miqdarda pul veriblər.Buna görə də Yusif Qənbərov cinayətkar işçilərini qorumaq üçün məni sədr Kərəm Həsənovun qəbuluna düşməyə qəsdən imkan vermədi və mənə utanmadan şər atdı.Bu adamın və onun himayə etdiyi cinayətkarların qollarına qandal vurulmalıdır.O sənədləri saxtalaşdıranında, yalan deyənin də Allah balasın əlindən alsın cəzasın versin.Rövşən Həmidovun və Şahəddin Tacəddinovun cinayət əməli nəticəsində 5 ildir ki, həmin torpaq üzərində məhkəmə mübahisəsi gedir.Əslində isə həmin 68 ha torpaq sahəsi bizim qanunu əmlak payımızdır. Hörmətli Prezident və cənab Kərəm Həsənov, Sizdən xahiş edirəm rüşvət alıb saxta sənədlər tərtib etmiş  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsinin əməkdaşları Rövşən Həmidovun, Şahəddin Tacəddinovun və onları himayə edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Yusif Qəmbərovun barəsində təcili, ciddi tədbirlər görəsiniz.Onların cəzasız qalması bundan sonra çox cinayətlər törədilməsinə şərait yaradır.     Əlaqə telefonu;  (050) 565-16-65,    (070) 356-16-65


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler