Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kerametle magiyanı nece ferqlendirmeli – Elmi-ledun araşdırma

02 Ekim 2016

11:00 am


02/10/2016 [14:57]: xeber –
“İçərilərindən bir adama: “İnsanları (Allahın əzabı ilə) qorxut, iman gətirənləri (yaxşı əməllərinə görə) Rəbbi yanında gözəl mükafat gözlədiyi ilə müjdələ!” – deyə vəhy etməyimiz xalqa təəccüblü gəldimi ki, kafirlər: “Bu, həqiqətən, açıq-aşkar bir sehrbazdır!” dedilər”. “Yunus” surəsi, 2.Dünənki yazımızda kəramət sahiblərindəki hikməti şərh edərək, onların funksiyasını tester cihazının funksiyası ilə müqayisə etmişdik (yazını bu linkdən oxumaq olar:  moderator.az/news/153210.html  ).  Məqalənin yayımlanmasından sonra ünvanımıza çoxsaylı suallar gəlib. Onlara ayrı-arılıqda cavab vermək fiziki cəhətdən çətin olduğundan, bütün suallara bir yazıda cavab vermək qərarına gəldik. – Bu gün cəmiyyətimizdə kəramətli adamlar varmı? Varsa biz onları niyə tanımırıq?- Kəramət sahiblərindən (Allah dostlarından) bir qisminin vəzifəsi insanları irşad etmək, doğru yola yönəltmək olduğu halda, digər qismi də vardır ki, onların vəzifəsi insanlara yardım etmək, xidmət göstərməkdir. Allahın sevimli qulları olan bu şəxslərin dünyanın nizamı (düzəni) ilə görəvli olduqlarını bir kəs bilməz (dərk etməz). Bunlardan biri vəfat etdikdə yerinə digəri təyin olunar, bu vəzifə ilə görəvləndirilər. Onlar irşad əhli, yəni insanlara doğru yol göstərən vəlilərdən olmayıb, ancaq maddi yardımlarda bulunarlar. Yer üzündə bunların sayının bəzi alimlər yeddi, bəziləri qırx, bəzi alimlər isə yetmiş olduğunu söyləmişlər. Fəxri-Kainat Peyğəmbərimiz onlar haqqında bir hədisində buyurmuşdur: “Ümmətim arasında hər zaman 40 kişi bulunur. Bunların qəlbləri İbrahimin (ə) qəlbi kimidir. Allah-təala onlar səbəbi ilə qullarından bəlaları götürər. Bu zatlara ebdal deyilir. (“Ebdal” – təsəvvüfdə yüksək məqam – P. Y.) Onlar bu mərtəbəyə namaz və orucla yetişmədilər”.Abdullah ibn Məsud: “Ya Rəsulallah! Nə ilə bu dərəcəyə çatdılar?” – deyə soruşdu. “Comərdliklə və müsəlmanlara nəsihət etməklə yetişdilər” – deyə, buyurdu. Oxucuların diqqətini bir məqama da cəlb etmək istəyirik ki,  Övliyalıqda yüksək dərəcələrə çatmış mübarək şəxslərdən bir qisminə də “Qütb” və ya bunun sinonimi olan “Aktab” adı verilir. İşlərin görülməsinə və çətinliklərin aradan qaldırılmasına vasitə olan bu müqəddəs insanların dünya işləri və maddi aləmlə əlaqəli olanlarına “Qütb-ül-aktab”, “Qütb-ül-ebdal” və ya “Qütb-ül-medar” (medar qütbü), din və irşad işləri ilə vəzifəli olanlara Qütb-ül-irşad (irşad qütbü) deyilir. Qütb-ül-aktab – aləmin nizamı ilə əlaqələnən, bolluq-qıtlıq, barış-savaş, sağlamlıq-xəstəlik, ruzi, yağmur və buna bənzər olaylarla görəvləndirilən, rical-i qeybdən yəni hər kəsin tanımadığı (kəşf etmədiyi) Allah adamı olub, əmrində üçlər, yeddilər, qırxlar deyə söylənən yenə bu işlərlə vəzifəli seçilmiş insanların olduğu böyük vəlilərdir. Böyük alim İmam Rəbbaninin bildirdiyinə görə Qütb-ül-ebdal (və ya Qütb-ül-medar) deyilən bu zat hər zaman bulunur. Fəqət bunlara inziva (insanlar arasına qarışmamaq) lazımdır. Bunları hər kəs tanımaz (dərk etməz). Hətta, bunlardan bəziləri özü-özünü belə tanımaz (dərk etməz). Yenə İmam Rəbbani həzrətləri buyurur: “Qütb-ül-medar – aləmdə, dünyada hər şeyin var olması və yaşaya bilməsi üçün feyz (həyat eşqi) gəlməsinə vasitə olur. Hər şeyin yaradılması, ruzilərin göndərilməsi, dərdlərin, bəlaların götürülməsi, xəstələrin şəfa tapması, Qütb-ül-ebdal və ya Qütb-ül-medar deyilən zatın feyzləri ilə olur. İman sahibi olmaq, hidayətə qovuşmaq, ibadət etmək, tövbə etmək isə, Qütb-ül-irşadın feyzləri  ilə olur. Qütb-ül-ebdalın (Qütb-ül-medarın) hər zamanda, hər əsrdə bulunması lazımdır. Aləmin ondan boş qalması mümkün deyildir. Çünkü, aləmin nizamı ona bağlı yaradılmışdır. Əgər bu qütblərdən biri vəfat edərsə, yerinə başqası təyin edilir. İrşad qütbü isə, belə deyildir. Çünkü, aləmin rüşd, hidayət və imandan boş olduğu zamanlar olur.Qızıl satan müştərini çağırmaz O ki, qaldı bu cür adamların cəmiyyətdə niyə tanınmamasına (kəramət sahibi kimi qəbul edilməməsinə), qeyd edək ki, bu kateqoriyadan olan insanlar (Allah dostları) özlərini reklam etməzlər. Bunu qızıl satanla da müqyisə etmək olar. Belə ki, bazara girərkən bütün satıcıların “xiyar”, “pomidor”, “kartof”…  deyə qışqıraraq müştəri çağırdığını eşidərik. Bazarda olan qızıl satanın isə, heç vaxt qışqırıb müştəri çağırdığını eşidən olmayıb. Əksinə, qızılı həm satan, həm də alan pünhanlığı sevər. Kəramət sahibləri də qızıl satana bənzəyirlər – heç vaxt kəramətli olduqlarını etiraf etməzlər. Çünkü, onların dualarının qəbul olması daha çox Allahın dua edilən şəxsə (!) məhəbbətindən, mərhəmətindən aslıdır. Yəni, dua edənlə yanaşı, dua edilənin də Allah yanında hörməti olmalıdır. Yəni, o şəxsin gözəl imanı, əxlaqı və saleh əməlləri olmalıdır ki, onları vəsilə tutub, Allaha dua edəsən ki, bu şəxsi dardan qurtarsın. Ola bilər müraciyət edən şəxsdə bunların heç biri olmasın və ona edilən dua da qəbul olmasın. Onda kəramət sahibi həmin şəxsin qabağında necə deyərlər pərt ola bilər. Odur ki, Allah dostları dualarının qəbul olacağına qabaqcadan zəmanət verə bilmirlər. Bu və digər səbəblərdən özlərini kəramət sahibi kimi  təqdim etmirlər (tanıtmırlar). – Bizim qəbul edib-etməməyimizdən aslı olmayaraq, bu gün cəmiyyətimizdə magiya ilə məşğul olanlar var ki, çoxları savadsızlıqdan bunları Allah dostları (kəramət sahibləri) kimi qəbul edirlər və onlar özləri də verdikləri informasiyaların Allahdan olduğunu bildirirlər. Bu sahədə elmi olmayan sıravi insan bunları biri-birindən necə ayrdıd etsin? Necə bilsin ki, bu falçıdır, yoxsa övliyadır?- Düzdür, elə bir qarmaqarışıq dövrə gəlib çıxmışıq ki, haqqı batildən ayırmaq çətinləşib. Dediyiniz mövzuda “Quran”ın “İnək” surəsinin 102-103-cü ayələrində geniş bəhs olunur. Ayələrin məzmunundan aydın olur ki, bəzi insanlar (onlara xalq arasında falçı, cadugər, elmi camiədə isə “maq” deyilir) ər-arvad arasına nifaq salmaq üçün Harut və Marut adlı iki mələkdən (şeytandan) sehr öyrənirlər…Narahatlıq yaradan bir məqamı da vurğulamaq istəyirəm ki, sehrbazlıq, cadugərlik Musa Peyğəmbərin zamanından sonra heç vaxt indiki qədər geniş vüsət almamışdır. İnsanların demək olar ki, əksər hissəsi onların “xidmətindən” istifadə edərək, məqsədlərinə nail olmağa, digər insanlara problem yaratmağa çalışırlar. Yaxınlığınızda yaşayan istənilən cadugərin  qapısında düzülən növbələrə baxsanız, bunu özünüz də aydın görə bilərsiniz. Nəzərə alsaq ki, hər şəhərdə, rayonda belə “maq”ların sayı minlərlədir, onda nə qədər insanın onlara müraciət etməsini və yüzminlərlə insanın neqativ təsirə məruz qalmasını təsəvvür etmək çətin deyil. Məhz bu növbələrin, belə “xidmətlərin” nəticəsidir ki, bu gün cəmiyyətdən xeyir-bərəkət çəkilməkdə, aclıq, səfalət hər yanı bürüməkdə, ailələr sürətlə dağılmaqda, hər gün intihar xəbərləri gəlməkdədir…-  Falçıların xidmətindən istifadə edib hansısa məqsədə nail olmaq mümkündürmü? – Əsla yox! Qəti şəkildə sizi əmin edirəm və Allahı, “Quran”ı şahid gətirirəm ki, sehrbazların, cadugərlərin (eləcə də bu kimi işlərlə məşğul olan bəzi mollaların) xidmətindən istifadə etməklə, heç bir xoş (!) məqsədə nail olmaq mümkün deyildir!!! Bu necə mümkün ola bilər ki, Allah onları “Quran”da lənətləyir və cəhənnəm vəd edir?! Ancaq onların dağıtdığı ailələrə, bədbəxt etdiyi insanlara baxıb “sevinmək” olar. Təəssüf ki, bu gün cəmiyyətimizdə bu kimi ürəkağrıdan hallara baxıb sevinən paxıl insanlar da az deyildir. Məhz belələrini nəzərdə tutub Rəbbim “Sübh” surəsində buyurur: “…Ovsun oxuyub düyünlərə üfürən, yaxud cadu edib iplərə düyün vuran qadınların şərindən və bir də paxıllığı tutanda paxılın şərindən…” (bax: “Fələq”, “Nas” surələrinə).Ayədə paxıl adamlardan təsadüfən bəhs olunmur. Təcrübə göstərir ki, bu cür nalayiq işlərlə əsasən paxıl adamlar məşğul olurlar. Yəni, onları sehrbazların növbəsində durmağa vadar edən səbəb öz qohumlarına, qonşularına qarşı olan hədsiz paxıllıq hissidir… Amma, bəzən avamlıqdan (ufologiya elmindən bixəbərlikdən) da cadugərlərə üz tutanlar, onlardan öz dərdlərinə çarə gözləyənlər var. Onların atdıqları addım suda boğulanın saman çöpünə əl atmasına bənzəyir. –  Magiya pisliyə qadirdisə (onların hər cür pisliyə qadir olduqlarını Allah-təala Quran-Kərimdə təsdiq edir), bəs niyə yaxşılığa da qadir olmasın? Bunun sirri nədir? – Maraqlı sualdır, maraqlı da cavabı var: bunun sirrini onların istifadə etdikləri əşyalarda və o əşyaların tərkibindəki kimyəvi birləşmələrdə, maddələrdə axtarmaq lazımdır. Araşdırmalarımız göstərir ki, sehrbazlar bir qayda olaraq neqativ enerjiyə malik olan maddələrdən hazırlanmış əşyalardan istifadə edirlər (uran və s. kimyəvi elementlər ətrafa zəhərli şüalar buraxdığı kimi, bəzi elementlər də neqativ eneri ötürərək, insanın aurasını pozur ki, bu da xəstəliyə və yuxarıda sadaladığım mənfi hallara səbəb olur). Məhz bunun nəticəsidir ki, bu cür təsirə məruz qalan insanlar adətən yuxularında canavar, ilan və s. neqativ heyvanların üstlərinə hücum etdiyini görürlər və bu da onlarda yuxu pozğunluğuna, diksinməyə, yersiz qorxuya səbəb olur. İnsanlar cadugərlərdən o vaxt uzaqlaşarlar ki, (onların növbəsinə o vaxt yazılmazlar ki,) bu sahədə maariflənsinlər. Yəni, ufologiya elmindən xəbərdar olsunlar. Sehrbazların işinin mahiyyətini bilsinlər. Yazılarımızın böyük əksəriyyəti buna xidmət edir. Yəni, insanlara yalnız “getmə” deməklə, onları çəkindirmək olmaz. Əksinə, onlarda daha da maraq yaranacaq. Çünki, Yaradanın sözünə baxmayan bəndə (Allah “Quran”da sehrbazlara getməyi qadağan edir) gəlib hansısa bir ziyalının qadağasınamı tabe olacaq?! Əsla tabe olmayacaq. Tabe olsaydı, bu gün cadugərlərin qapısının qarşısında bunca uzun növbələr yaranmazdı. Əlac qalır bu sahədə insanları maarifləndirməyə. Yəni, işin mahiyyətini açmağa.Bu sahədə oxucunun gözünü açmaq üçün daha bir gizli məqama aydınlıq gətirmək istəyirik. Sual olunur: niyə şama, kofeyə… baxaraq dil-dil ötən “maq” bu vasitələr götürülsə (şam söndürülsə, kofe bayıra atılsa…) lal olur? Cavabı budur ki, şeytan oddan yaranıb, şamın da yanar hissəsi oddur, hansıki, şeytan onun içindədir və informasiyanı da məhz oradan ötürür. Odur ki, həmin anda şamı üfürsəniz, informasiya mənbəyini kəsmiş olacaqsınız.Elə isə, cadugərin qarşısında oturan insan bir anlıq özünə sual versin: mən şeytanamı pənah gətirdim? Bu mənə yaraşarmı? Şeytandan nicat tapmaq mümkündürmü? Məndən qabaq kimsə şeytandan xeyir görübmü? İnsan bu sualları özünə versə, məncə bir daha oralarda növbə gözləməz (kofedə də böyük magik qüvvə – neqativ enerji vardır ki, fəsad törədə bilir. Məhz bu fəsadın nəticəsidir ki, kofeni içən insanda bir qayda olaraq yuxu pozğunluğu baş verir).-  Əgər insan neqativ (bəd nəzər, magiya və s.) təsirə məruz qalıbsa və onda yazınızda  sadalanan əlamətlər müşahidə olunursa, bundan necə xilas olsun?- Araşdırmalarımız göstərir ki, hələ ta qədimdən son 30-40 ilə qədər (tibb elmi xeyli inkişaf edənədək) bu cür problemlərlə qarşılaşan insanlar yaşadıqları ərazidə olan kəramət sahiblərinə (ilkin dövrlərdə peyğəmbərlərə, sonrakı dövrlərdə isə, Allah dostlarına) üz tutar, dərdlərini onlara danışar və onların xeyir-duası ilə özlərində sağlam, xoş əhval (oxu: sabit cərəyan, enerji) hiss edərdilər. Onlarda həyat eşqi, yaşamaq həvəsi, özünəinam yaranardı.Keçən yazımızda tester cihazından təsadüfən bəhs etmədim. Kəramət sahiblərinin bu funksiyası fizikada tester cihazının funksiyası ilə üst-üstə düşür…Mövlanə Cəlaləddin Rumi kəramət sahiblərini mənəvi həkimlər adlandırır və onları maddi həkimlərlə (tibb işçiləri ilə) belə müqayisə edir:“O zahir həkimlər başqadır, onlar ürəyə nəbzi tutaraq baxırlar və verdikləri əczalarla (dərmanlarla) insanın cismini müalicə edirlər. Mənəvi həkimlər isə, nəbzi tutmadan ürəyə baxırlar və Allahın bəxş etdiyi elmlə (elmi-ladunla) insanın ruhunu müalicə edirlər. Onların dəlilləri kəşf, ilham və sirri-İlahidir. Onlar müalicə haqqı da istəməzlər”.Araşdırmalarımız göstərir ki, bu cür neqativ təsirdən xilas olmaq üçün kəramət sahiblərini (sağdırsa özünü, ölübdürsə qəbirini) ziyarət etmək müsbət nəticə verir. Bu ziyarətlər 3 (yaxud 7) dəfə təkrar olarsa (ziyarətlər arasında qalan günlərin sayı 3-5 gündən çox olmasın) nəticənin daha yüksək olması ehtimalı var. Paşa Yaqub – tədqiqatçı-yazıçıMüəllifin arxivi:moderator.az/search?q=pa%C5%9Fa%20yaqub


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler