Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kende hücum eden panda memurları 83 min dollar cerimeletdirdi…

28 Haziran 2016

3:44 am


28/06/2016 [07:41]: xeber –
Panda tərəfindən hücuma məruz qalan çinli 80 min dollar məbləğində kompensasiya alıb. Hadisə martın 14-də baş verib. Heyvan kəndə hücum edib, kənd əhli isə onu yaxalamaq üçün ağacdan yerə düşməsini gözləyib. Və bir gün panda çirk içində zərərçəkmişin üstünə cumaraq, ayağını dişləyib. Panda kişini o vaxt buraxıb ki, başqa bir kənd sakini onun üstünə paltosunu ataraq çaşdırıb. Bununla belə, son məqamda panda qaçmağa nail olub. Baş vermiş hücum nəticəsində kişi 7 saat davam edən əməliyyat keçirib. Bundan sonra çinlinin oğlu meşə təsərrüfatı idarəsinin yerli məmurlarını məhkəməyə verib. Onun şikayət ərizəsində qeyd edilib ki, meşələrdə hazırda 100 vəhşi panda var. Danışıqlardan sonra məmurlar 520 min yuan, yəni 83 min dollar məbləğindəki kompensasiyanı ödəməyə razılaşıblar. Kişi özü isə nəticədən razı qaldığını deyib. Bu pullar onun əməliyyat məsrəflərinə sərf olunacaq. Bununla yanaşı, yenidən cərrahi müdaxilə lazım ola bilər. (musavat.com)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler