Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Kende Gel” layihesinin açılış merasimi keçirildi

27 Temmuz 2016

12:32 pm


27/07/2016 [16:31]: xeber –
26-27 iyul 2016-cı il tarixində “Zəka” Gənclərin İntellektual İnkişaf və Yaradıcılıq Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “SYNERGY Fond” qeyri-hökumət təşkilatı tərəfindən “Şəmkir rayonunda kənd əhalisinin sahibkarlıq imkanlarının inkişaf etdirilməsi” layihəsinin açılış mərasimini həyata keçirildi.Açılışda Şəmkir Rayon İcra Hakimiyyəti başçısı Aparatında ictimai, siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Ruhid Hacıyev, Şəmkir Kapital Qrupun baş direktoru Araz Paşayev, Qeyri- Hökümət təşkilatlarına Dövlət Dəstəyi Şurasının baş məsləhətçisi Ramin Cəfərov, Azərbaycan Turizm və Menecment Universitetinin müəllimi, Kənd Yaşıl turizm İB sədri Qəhrəman Üsubov iştirak etdilər.Azərbaycanda kənd turizmin potensialının inkişafına dəstək olmaq üçün Şəmkir rayonunda “Kəndə gəl” pilot layihəsi keçirilir. Layihənin əsas məqsədi kənd turizminin inkişafında kiçik və orta sahibkarlığın rolunu artıraraq turizm sənayesində kəndlərin rolunu yüksəltməkdir .Bu yerlərin tanıdılması və turistlərin istifadəsinin asanlaşdırılması üçün kendegel.az yeni web saytı istifadəyə veriləcək. Eyni zamanda Azərbaycanda fəaliyyət göstərən turizm şirkətinin tur menecerlərinə bu yerlərin turizm potensialının əyani göstərilməsi üçün infotur təşkil olunacaq.Açılışın ardınca “Azərbaycanda kənd turizmin regional problemləri və inkişaf xüsusiyyətləri” mövzusunda təlim keçirildi. Məqsəd kəndlərdə turizmi inkişaf etdirmək və kənd əhalisinə əlavə gəlir gətirmək, onların sosial vəziyyətlərini yaxşılaşdırmaqdır.Kənd turizminin inkişafı həmin yerin mədəni mirasına tələbat yaradır. Azərbaycan da bu kimi yerlərdən biridə Gəncə-Qazax iqtisadi rayonuna daxil Şəmkir rayonudur. Şəmkir rayonunun Çənlibel, Yuxarı Seyfəli və Yeni Göyçə və s. kəndləri bu qəbildən olan yerlərdir. Yuxarıda sadalanları nəzərə alaraq layihə çərçivəsində bu kənd pilot kənd kimi götürülərək araşdırma nəticəsində təyin olunacaq kənd evlərinin sahiblərinə ilkin mərhələdə turizm xidmətləri haqda təlimlər keçiriləcək. Növbəti mərhələdə bu yerlərin tanıdılması və turistlərin istifadəsinin asanlaşdırılması üçün məlumatları Turizm İnformasiya Mərkəzlərində yerləşdiriləcək.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler