Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kenan Hacının veziyyeti ağırlaşıb : “Quran haqqı zülüm çekirem”

06 Ekim 2016

12:44 pm


06/10/2016 [16:43]: xeber –
“Qaraciyərim əməlli-başlı daşa dönüb. Bu ayın 3-də yenə UZİ-dən keçdim. Vəziyyətim ağırdır”.Bunu sayta açıqlamasında 9 ildir Hepatit C xəstəliyindən əziyyət çəkən yazıçı Kənan Hacı bildirib.Kənan Hacı deyib ki, onun tam müalicə olunması üçün dövlətin köməyinə ehtiyac var: “Xəstəliyin tam müalicəsi üçün kimlərinsə yardımı yox,  konkret dövlətin köməyi lazımdır. O gün həkim analizlərə baxıb deyir ki, elə bil 60 yaşında kişinin analizidir. Ciyər bütün orqanları zədələyib.  Deyilənə görə, bu xəstəliyin tam çarəsi tapılıb. Misirdə var bunun dərmanı…  Heç olmasa onu mənimçün alsınlar. Quran haqqı zülm çəkirəm”.Kənan Hacı yaşadığı evin də səhhətinə mənfi təsir göstərdiyini söyləyib: “Qaldığım yer rütubət və nəmişlikdir. Orda sağlam adam da çürüyər. Evin döşəməsi büsbütün çürüyüb gedib. Dərdimizi kimə deyək? Ha fikirləşirəm bir çıxış yolu tapammıram”.Rəşad


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler