Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kempo üzre 2-ci Avrasiya çempionatı başa çatdı

18 Ekim 2016

4:16 am


18/10/2016 [08:13]: xeber –
Bakı növbəti möhtəşəm idman yarışına ev sahibliyi etdi. ”Şağan Olimpia idman Kompleksin”də keçirilən “Kempo”  üzrə Avrasiya çempionatında dünyanın müxtəlif ölkələrindən idmançılar öz məharətlərini göstəriblər. Kempo üzrə Avrasiya çempionatı  16.10.2016-cı il tarixində 2-ci dəfə Azərbaycanda baş tutmuşdu. Çempionat Gənclər və İdman nazirliyinin,Bakı şəhər Gənclər və İdman baş idarəsinin və Şərq əlbəyaxa Döyüş Növləri Federasiyaları Assosasiyasının razılığı ilə və “Toğrul”idman klubunun təşkilatçılığı ilə keçirilmişdir. Beynəlxalq yarışda 24 klubdan 220-ə yaxın idmançı öz güclərini sınayıb. Xarici ölkələrdən Gürcüstan, Rusiya və İran idmançıları da iştirak etmişdilər. Azərbaycan Kempo Federasiyasının prezidenti Rauf İbrahimov bu cür dünya miqyaslı yarışların ölkəmizə gətirilməsinə Azərbaycanın sürətli iqtisadi inkişafının idman yarışlarına birbaşa təsirinin nəticəsi ilə əlaqəli olduğunu deyib.Rauf İbrahimov deyib ki, Bakının günü-gündən gözəlləşməsi idman yarışıları həvəskarlarına paytaxta izləmək şansını verir.Kempo üzrə 2-ci Avrasiya çempionatının hakimi Anar Heydərquliyev isə açıqlamasında “müxtəlif paytaxt yarışlarında, respublika birincilik və çempionatlarında, açıq turnirlərdə biz ildən-ilə artan rəqabəti görürük. Ölkə və paytaxt çempionatlarındakı rekordların sayı bunu deməyə əsas verir. Sevindirici haldır ki, kütləviliyin sayı da artır. Bu artım isə müstəqil respublikamızda idmana olan qayğının nəticəsidir” deyə bildirib.Yarışın informasiya dəstəyini Day.az, Trend.az, Milli.az saytları öz üzərinə götürmüşdü. Çempionatın televiziya yayımı isə İdman Azərbaycan televiziyası  tərəfindən təşkil olunmuşdu.Qeyd edək ki, çempionat Kempo PRO,Kempo Full və Kempo Submission (Gi-NoGi) versiyaları üzrə keçirilmişdi.Azərbaycan Kempo Federasiya Mətbuat Xidməti


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler