Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Kempinski Otel Badamdar”ın “Qurd qapısı” macerası başa çatdı…

29 Temmuz 2016

5:12 pm


29/07/2016 [21:11]: xeber –
Mətbuatda Kempinski Şirkəti və “Kempinski Otel Badamdar”ın sahibkar şirkəti 31 iyul 2016-cı il tarixindən etibarən ölkəni tərk edəcəyinə dair məlumatlar yayılıb.Bildirilir ki, otel fəaliyyətini “Badamdar Hotel Baku” adı ilə davam etdirəcək. sayt araşdırma apararaq Kempinski şirkətinin Azərbaycanı tərk etmə səbəbini aydınlaşdırmağa çalışıb. Oteldə çalışan yüksək vəzifəli şəxsin sayt – a verdiyi xəbərə görə otel açıldığı gündən özünü doğrulda bilməyib. Belə ki, otelə yalnız dövlət xətti ilə müştərilər cəlb olunurmuş. Turistlər isə otelə çox nadir hallarda gəlirmiş. Otelin yerləşdiyi ərazinin də turistik baxımıdan əlverişsiz olması müştəri qıtlığının yaranmasında az rol oynamayıb. Belə ki, otelin pəncərələrindən qəbiristanlıq və maşın bazarına mənzər açılması turistlərin ürəyincə olmayıb. Son bir ildə isə otelin vəziyyəti daha da pisləşib. Oteldə çalışan bir sıra işçilər ixtisar olunmaqla yanaşı digər işçilərin əmək haqqı azaldılıb.Xatırladaq ki, “Kempinski Hotel Badamdar”ın açılışı 2011-ci ilin sentyabrın 1-də baş tutmuşdu. O, Bakıda Kempinski beynəlxalq otellər şəbəkəsinin ilk “Resort” oteli idi.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler