Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kelem dolmasından marixuana çıxdı – Foto

15 Ekim 2016

9:24 am


15/10/2016 [13:20]: xeber –
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Baş idarəsinin və 3 saylı İstintaq təcridxanasının əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə narkotik maddənin keçirilməsinin qarşısı alınıb. sayt Penitensiar Xidmətə istinadən xəbər verir ki, Cinayət Məcəlləsinin 181.2.1, 181.2.5-ci maddələrinə əsasən həbsdə saxlanılan Ramazanov Sərvan Əlikram oğluna qardaşı Bərdə rayon Lək kənd sakini Ramazanov Sərxan Əlikram oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman plastik qabın içərisində olan dolmanın altında sellofana bükülərək gizlədilmiş, xalis çəkisi 8.328 qram olan narkotik vasitə – marixuana aşkar edilərək götürülüb.Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi üçün Xəzər Rayon Polis İdarəsinə göndərilib.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler