Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kelbecerli girovlar haqqında film çekilib…

31 Ağustos 2016

12:44 pm


31/08/2016 [16:42]: xeber –
Kəlbəcərli girovlar Dilqəm Əsgərov, Şahbaz Quliyev və mərhum Həsən Həsənov haqqında sənədli film çəkilib.“İslahatçı Gənclər” İctimai Birliyinin təşkilati dəstəyi və ShushaPost.az informasiya portalının informasiya dəstəyi ilə hazırlanan “Dünya susmasın!” filmi erməni vəhşiliyi nəticəsində öz dədə-baba yurdundan didərgin düşmüş üç azərbaycanlı – Dilqəm Əsgərov, Şahbaz Quliyev və Həsən Həsənovun həyatından bəhs edir.Filmin ideya müəllifi olan “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli filmin çəkilməsində məqsədin erməni vəhşiliyini dünyaya çatdırmaq olduğunu dedi: “Mən Dilqəm Əsgərovu və Şahbaz Quliyevi 15 ildən çoxdur ki, tanıyıram. Hələ 1998-1999-cu illərdə Dilqəm ilk dəfə Kəlbəcərə getmişdi. 2005-ci ildə yazıçı, publisist, həm də keçmiş döyüşçü Ziyəddin İsmayılov ”Kəlbəcərə tək getmə, ata” adlı kitab yazmışdı. Mən bu şəxsləri bu kitabdan daha çox tanımağa başladım. Getdikləri yolu, başlarına gələnləri çox gözəl təsvir etmişdilər. Dilqəmlə o ərəfələrdə daha yaxından tanış oldum. 2005-ci ildən sonra isə Dilqəm Əsgərov hər dəfə gedəndə Şahbaz Quliyevlə birgə gedirdi. Onların çəkdiklərinə baxırdıq. Bu insanlar öz vətənindən ayrı dura bilməyən insanlar idi. Bir gün eşitdim ki, onlar girov götürülüb. Bundan sonra bütün gücümlə çalışdım ki, onlar gündəmdə qalsın. Özüm rəhbərlik etdiyim qəzetdə də silsilə yazılar verdim. Daha sonra  belə bir sənədli film ideyası verdim. “İslahatçı Gənclər” İctimai Birliyinin təşkilati dəstəyi ilə filmi yaratmağa çalışdıq. Dilqəm Əsgərov, Şahbaz Quliyev, həmçinin vəhşicəsinə qətlə yetirilən Həsən Həsənovun ailəsindən onlar haqda məlumat aldıq. Deputat Qənirə Paşayeva, hüquq müdafiəçisi Əhməd Şahidov da bu filmdə Azərbaycanlı girovların azadlığa çıxması məqsədilə atılan addımlar barədə məlumat veriblər. Biz bunu daxili auditoriya üçün yox, dünya çapında nümayiş etdirmək üçün çəkdirmişik”.Filmin sentyabrın ortalarında təqdim olunacağını deyən S.Rəhimli onun dünyaya yayımlanması üçün 3 dildə tərcümə olunacağını bildirdi: “Filmin əvvəlində Qarabağ münaqişəsinin başlanma səbəblərini, statistikanı vermişik. Xocalı soyqırımını da burada qabartmışıq. Biz filmdə bununla bağlı elə fraqmentlər tapıb qoymuşuq ki, onlar heç internetdə də yoxdur. Çəkiliş ərəfəsində mənə ən təsir edən məqam Şahbaz Quliyevin anası ilə söhbət oldu. Onun anası oğlunun əsrilikdə olduğunu bilmir. O elə bilir ki, oğlu Rusiyaya işləməyə gedib. O ardıcıl olaraq yuxuda oğlunun türmədə olduğunu görüb. Yaşlı ananı sakitləşdirmək üçün ona deyiblər ki, oğlun Rusiyada adam öldürüb və iki il həbs cəzası alıb. Yaşlı ana oğlunun iki ilinin noyabrda bitəcəyini güman edir. Bu çox təsirli bir məqamdır. Film 30 dəqiqəlikdir. Biz bu filmi 3 dilə – rus, ingilis və erməni dillərinə tərcümə etmək istəyirik. Daha sonra türk, fransız dillərinə də çevirəcəyik. Film demək olar ki, artıq yekunlaşıb. Sentyabrın ortalarında Beynəlxalq Mətbuat Mərkəzində (BMM) filmi ictimaiyyətə, jurnalistlərə ayrı-ayrılıqda təqdim edəcəyik. Ola bilər ki, filmin təqdimatını Gəncədə də keçirək. Çünki kəlbəcərlilərin çoxu Gəncədə yaşayır. Moskvada , Kiyevdə, Tiflisdə filmin təqdimatını keçirmək fikrimiz var. Artıq bu istiqamətdə işlər də gedir”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler