Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kelbecerin Tehsil Şöbesinin eks müdirinin şerlediyi jurnalistin cezası yarıbayarı azaldıldı

Genel 17 Haziran 2016

6:48 pm


17/06/2016 [22:43]: xeber –
Bu gün Ali Məhkəmədə hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə jurnalist Ərşad İbrhimovun işi üzrə kasasiya şikayətinə baxılıb. Vəkil Bəhruz Bayramovun verdiyi açıqlamaya görə, məhkəmə prosesində jurnalistə bəraət istənilib. Lakin məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin qərarını dəyişdirərək, Ə.İbrahimova təyin olunan 10 il cəzanı 5 il müddətinə endirib.Xatırladaq ki, Ərşad İbrahimov hal-hazırda korrupsiya əməllərinə görə həbsdə olan Kəlbəcər rayon təhsil şobəsinin sabiq müdüri Məhəmməd Bağırovun korrupsiya əməlləri barədə silsilə araşdırmaların müəllifi olub. M. Bağırov tutduğu əzifədən azad edildikdən sonra jurnalistin barəsində Gəncə şəhər Polis İdarəsinə şikayət edib. Bunun əsasında da jurnalistə qarşı cinayət işi başlanılıb, barəsində həbs-qəti imkan tədbiri görülüb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə Ərşad İbrahimov 11 il azadlıqdan məhrum edilib. Sonradan Gəncə Apelyasiya Məhkəməsi bu cəzani 1 il azaldıb. Haqqında silsilə araşdırmalar dərc edilən Kəlbəcər rayon təhsil şobəsinin sabiq müdüri Məhəmməd Bağırovun korrupsiya əməlləri sübuta yetirilərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il müddətinə azadlıqdan məhrum edilib.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler