Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Kelbecerde bir gün…

29 Temmuz 2016

9:04 pm


30/07/2016 [01:03]: xeber –
Şifahi xalq ədəbiyyatının ilk  yazılı nümunələrindən olan dastanlarımız xalqımızın  mənəvi dəyərlərini, adət-ənənəsini, məişətini, qəhrəmanlıq tarixini yaşadan ən gözəl folklor nümunəsidir. Qarabağ ellərinin, xüsusilə də toylu-düyünlü, gəlimli-gedimli, qonaqlı-qaralı, dağlı-aranlı Kəlbəcər toylarının ikinci hissəsi, gecə yarıdan sonra dastanlarla başlayar və sübhəcən davam edərdi. Dəfələrlə bu dastanların sehrində qəflətən üzümüzə düşən günəş şəfəqlərindən artıq səhərin açılmasını bildiyimiz unudulmaz anlar xatirələrimizə qızıl hərflə yazılmışdır.Kosmik sürətlə inkişaf edən cəmiyyətimizdə gedən proseslər və dəyişikliklər gənc nəslin davranış və vərdişlərindən də yan keçməyib. Adət-ənənələrimiz  unudulur, yeni adətlər, vərdişlər, musiqilər həyatımıza daxil olur və öz izini qoyur. Belə bir çətin dövrdə ölkəmizin dəyərli Prezidentini cənab İlham Əliyev və  Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun və Azərbaycan Mədəniyyət Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanımın Azərbaycan xalqının mədəniyyət və incəsənət nümunələrinin bərpası  və qorunub saxlanması naminə verdiyi qərarlar və əməllər hər kəsi sevindirir. Sevindirici hallardan biri də budir ki, dastanlarımız nəinki unudulmur, hətta yeniləri yaranaraq gənc nəslin tərbiyəsində əsas rol oynayır. Belə dastanlardan biri də öz zərif çiynində hələ uşaqlıqdan ağır yük daşımağa öyrənən elimizin vətənpərvər qızı Cəmilə Çiçəyin sevimli şairimiz Əyyub müəllimin şeirlərinə söykənərək yazdığı, ülvi hisslər, incə duyğular aşılayan məhəbbət dastanı olan sayca altıncı kitabı “Əyyub və Sənəm dastanıdı”ır. Dastanı həyəcansız və bir neçə  dəfə gözləri yaşarmadan oxumaq mümkün deyil. Dastanı birnəfəsə oxudum. Çünki Kəlbəcərdən ayrılmaq istəmirdim. Oxuduqca  hər qarışında izim qalan cənnətməkan Kəlbəcərin sanki min rəngə çalan çəmənlərində gəzib-dolaşır, qız-gəlinlə bəzənən yarpızlı, lilparlı aynalı bulaqlarından su içir, el şənliklərində iştirak edir, yanağı lalədən rəng alan, qaymaq dodaqlı, abırlı-həyalı qızların bülbüllərin səsinə qarışan gülüş səslərinə qulaq asırdım.Dəlicəsinə sevən aşiq Əyyubun ehtiyatlı, titrək addmları qəlbimi titrədir, ürəkdən sevsə də üzə vurmayan, adət-ənənəyə sadiq qalan Sənəmin həyalı hərəkətləri ruhumu təzələyir, sanki yenidən gənclik illərimə qayıdırdım. Təəssüf ki, bu dəfə də dastan kədərli, faciəli sonluqla bitir. Bu da əsrlərlə yaşanan  və övladlarımızın acı tale yaşamasına gətirib çıxaran yararsız milli xüsusiyyətimizin bu gün də, davam etməsi səbəbindəndir. Övladlarını üz və görkəm gözəlləri ilə, maddi zənginlik içərisində yaşayan insanlarla ailə qurmağa məcbur etmək adətlərini tənqid edərək insanları mənəvi zənginliyə, daxili paklığa səsləyən bu dastan böyük əhəmiyyət daşıyır. Hörmətli Cəmilə xanım, ruhunuza, qəlbinizin böyüklüyünə sağlıq deyib, əminliklə deyirəm ki, dastanı oxuyan hər kəs yaxşılığa doğru ən azı bir addım dəyişib sizə minnətdar olacaqdır.Şair-publisistAdil Həmid


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler